Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq Maraqlı
  • Cómo elegir un casino online fiable en España Blog
  • DYP rayonlara səfər edən sürücülərə müraciət etdi Ölkə
  • Azərbaycanın xarici dövlət borcu bu qədərdir  İqtisadiyyat
  • Kiyevdə daha bir körpü hədəfə alındı – Nəqliyyat dayandırıldı Siyasət
  • Netanyahu ölüm xəbərlərinə belə cavab verdi Dünya
  • Kosmos səyahəti insan bədəninə necə təsir edir? Maraqlı
  • Cabbar Musayev qərar imzaladı Ölkə

Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür

Posted on 14 Fevral 2026 By admin Şərh yoxdur Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür

Bu gün Azərbaycan Televiziyasının (AzTV) fəaliyyətə başlamasından 70 il ötür.
 Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb.
Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər isə Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb.
Fevralın 14-də “Göstərir Bakı!” kəlməsi ilə başlayan ilk efirdə Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.
Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə ikisaatlıq proqramla efirə çıxıb.
İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış olmayıb. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərib. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alıblar. Seçim isə zəngin olmayıb: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilib, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyub.
1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başlayıb və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırılıb. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi isə 7 saatadək artırılıb. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçib.
Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Həftənin bu günləri şadlıq saraylarında toy etmək qadağan edildi
Next Post: Şamil Heydərov və Ramiz Mehdiyev kölgəsi: “İdeal” MTK-da 600 minlik hesabat sirri və sakinlərin üsyanı

Related Posts

  • Penitensiar xidmətin rəisi vəzifəsindən azad olundu – YENİSİ TƏYİN EDİLDİ Cəmiyyət
  • Sakinlər narahatdır: Sahibsiz itlər uşaqlara hücum edir Cəmiyyət
  • Bu ərazilərdə işıq olmayacaq Cəmiyyət
  • Ötən gün itkin düşən 9 nəfər tapılıb Cəmiyyət
  • Yeməkdən sonra piyada gəzmək mütləqdir? Cəmiyyət
  • Qəzada ölən piyadanın oğlu: “25 min manat ziyana düşmüşük” Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycana gətirilən minik avtomobillərinin sayında kəskin azalma İqtisadiyyat
  • Fransa prezidenti Azərbaycan dilində paylaşım edib Dünya
  • Qvardiolanın növbəti hədəfi bəlli oldu İdman
  • Azərbaycanda qızla intim görüntülərini paylaşan tiktoker saxlanıldı Kriminal
  • Zaurun verilişinin yerinə bu layihə başlayır Mədəniyyət
  • Dünya
  • Vüsal Şilderin qətlinin sifarişçisi hakim qarşısında Kriminal
  • Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by