Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • 30 ildən sonra Horovlu Baharı azad şəkildə qarşıladı – FOTOLAR Ölkə
  • Bakı Metropolitenindən bloqerin şikayətinə cavab – “Xətdən qatar çıxarılmayıb” Cəmiyyət
  • Son zəngin qürur və duyğu dolu anları Təhsil
  • Qlobal ərzaq böhranı xəbərdarlığı: “Super El-Ninyo” qiymətləri rekord həddə çatdıra bilər Dünya
  • Kolleclərə qəbul olanların siyahısı açıqlandı Təhsil
  • Azərbaycandakı Türkiyə bankının riskli aktivləri kəskin artdı İqtisadiyyat
  • Lənkəranın bəzi yerlərində işıq olmayacaq Ölkə
  • Hindistan yeddi ildən sonra ilk dəfə İran nefti alacaq Dünya

“20 ildir millidəyəm, ilk dəfədir utanıram”

Posted on 4 Oktyabr 2026 By admin Şərh yoxdur “20 ildir millidəyəm, ilk dəfədir utanıram”

Xorvatiya millisinin kapitanı Luka Modriç UEFA Millətlər Liqasının matçında İngiltərə yığmasına öz meydanlarında 0:7 hesabı ilə məğlub olduqları üçün azarkeşlərdən üzr istəyib.

 şənbə günü Xorvatiya millisi Riyeka şəhərində UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunun III turu çərçivəsində İngiltərə yığmasına 0:7 hesabı ilə uduzub. Bu, Xorvatiya millisinin rəsmi oyunlar tarixində aldığı ən böyük məğlubiyyətdir.

Start heyətində meydana çıxan 41 yaşlı Luka Modriç hesab 0:5 olarkən, 56-cı dəqiqədə əvəzlənib.

“20 ildir Xorvatiya millisindəyəm və ilk dəfədir ki, utanc hissi keçirirəm. Mübarizə aparmadıq, aqressiv oynamağa çalışmadıq, komanda ola bilmədik. Güclü rəqibə uduzmaq olar, lakin öz nüfuzunu itirmək və bu gün olduğu kimi məğlub olmaq olmaz. Həqiqətən utanıram.

Günahkar axtarmağa ehtiyac yoxdur. Həmişə olduğu kimi, bunun öhdəsindən birlikdə gəlməliyik. İndi isə məni bağışlamağınızı xahiş edirəm. Futbolda bundan da böyük məğlubiyyətlər olur, lakin mən heç vaxt belə hisslər keçirməmişdim. Bu, ilk dəfədir başıma gəlir”, – deyə Modriç vurğulayıb.

Qeyd edək ki, bu qələbədən sonra 6 xal toplayan İngiltərə millisi əlavə göstəricilərə görə İspaniyadan geri qalaraq qrupda ikinci pillədə qərarlaşıb. Xorvatiya 3 xalla üçüncü, Çexiya isə xalsız dördüncü yerdədir.

Xorvatiya millisi oktyabrın 6-da IV tur çərçivəsində İspaniya yığmasını qəbul edəcək. İngiltərə isə həmin gün doğma meydanda Çexiya ilə qarşılaşacaq.

İdman

Yazı naviqasiyası

Previous Post: İki İran diplomatı ABŞ-dan qovuldu
Next Post: “Yeddi şərt yerinə yetirilməlidir, əks halda Hörmüz boğazı açılmayacaq”

Related Posts

  • UEFA İnfantinonun rəhbər seçilməsinə qarşıdır İdman
  • Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu İdman
  • Əliyar Ağayevin səhv qərar verdiyi TƏSDİQLƏNDİ: 2-si də penaltidir İdman
  • Bakıda idman qidaları ilə bağlı fitness zallarında reyd keçirib, qanunsuzluqlar aşkarlanıb İdman
  • Avropa Liqasında 1/4 finala yüksələn KOMANDALAR İdman
  • “Əl-Əhli” erməni futbolçunu 25 milyona aldı İdman

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Tanınmış vəkilin ailəsində AĞIR İTKİ Cəmiyyət
  • İran hücum etdi: Çox sayda Amerikalı əsgər yaralandı Siyasət
  • Daha bir icra hakimiyyətində ixtisar – 36 əməkdaş çıxarıldı Ölkə
  • Polis Saatlıda əməliyyat keçirdi – Həbs edilənlər var – FOTO Kriminal
  • ABŞ dəniz piyadaları Cənubi Çin dənizində drona zərbə endirdi Siyasət
  • Neymar Robinyonun oğlunu vurdu İdman
  • Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Dilqəm Nağıyevin abidəsinin açılışı olub Cəmiyyət
  • Avtomobili olanların NƏZƏRİNƏ – Bu rüsumlar artırıldı İqtisadiyyat

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by