“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu günə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb.
Bu barədə QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, uçuşların təxirə salınmasının səbəbi əlverişsiz hava şəraitidir.
Hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar.
Qeyd edilir ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və uçuşlar beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.