Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bu, əsl qan tökülməsidir! – Ximenez İdman
  • Qué es el jackpot progresivo y cómo funciona Blog
  • Azərbaycanda həkimlər rüşvətə görə həbs edildi Kriminal
  • İsrail 100.000 ehtiyat əsgərini çağırır Dünya
  • Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov 2026/2027-ci tədris ilində universitetə yeni qəbul olunmuş tələbələrlə görüş keçirib. Təhsil
  • Avropa İttifaqından Rusiya ilə bağlı geri addım Siyasət
  • Bu məhsullar ürək və damar sağlamlığını yaxşılaşdırır Cəmiyyət
  • AFFA “Sumqayıt”ı 10 min manat CƏRİMƏLƏDİ İdman

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Mingəçevirə səfər edib – icra başçısı ilə görüş keçirilib

Posted on 7 Avqust 20267 Avqust 2026 By admin Şərh yoxdur İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Mingəçevirə səfər edib – icra başçısı ilə görüş keçirilib

İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz Mingəçevir şəhərinə səfər edib.

Səfər çərçivəsində səfir Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb. İcra başçısı qonağı salamlayaraq ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb və şəhər haqqında ətraflı məlumat verib.

İlham İsmayılov bildirib ki, Mingəçevir Azərbaycanın dördüncü sənaye şəhəri olmaqla yanaşı, həm də mühüm turizm mərkəzlərindən biridir. O, şəhərdə iri sənaye müəssisələrinin, dördulduzlu hotellərin, bir universitetin, iki kollecin və müxtəlif mədəniyyət ocaqlarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Mingəçevir yalnız sənaye və turizm potensialı ilə deyil, həm də elmi, təhsil və mədəni imkanları ilə seçilir.

Görüş zamanı 44 günlük Vətən müharibəsi dövründə İsrailin Azərbaycana göstərdiyi mənəvi dəstəyə görə təşəkkürünü ifadə edən İlham İsmayılov iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, israilli iş adamlarını Mingəçevirdə sənaye, turizm və tibb sahələrinə investisiya yatırmağa dəvət edərək, şəhərdə yeni layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin mövcud olduğunu bildirib.

Səfir Ronen Krausz göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, səfərinin əsas məqsədinin Mingəçeviri yaxından tanımaq olduğunu bildirərək şəhərdə olmaqdan məmnunluğunu qeyd edib.

Səfir vurğulayıb ki, Azərbaycan və İsrail arasında uzun illərə söykənən dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq əsasən energetika və müdafiə sahələrini əhatə etsə də, hazırda digər istiqamətlər üzrə də əlaqələrin genişləndirilməsi istiqamətində işlər aparılır.

 

Ronen Krausz Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Qarabağ və Laçına səfər etdiyini, bu səfərlərdən xoş təəssüratlarla ayrıldığını da diqqətə çatdırıb.

Görüşün sonunda tərəflər arasında xatirə hədiyyələri təqdim olunub.

Ronen Krausz Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını və “Azərbaycan İES” MMC-ni də ziyarət edib.

Səfər çərçivəsində İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz və Mingəçevir şəhər icra hakimiyyətinin nümayəndəsi şəhərin aparıcı sənaye müəssisələrindən olan “Mingəçevir Tekstil” MMC-də də olublar. Qonaqlara müəssisənin istehsal prosesi, müasir avadanlıqlarla təchiz edilmiş istehsal sahələri və ixrac potensialı barədə ətraflı məlumat verilib. Səfər zamanı tekstil sənayesinin inkişaf perspektivləri, investisiya imkanları və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Esmira Hidayətova, Mingəçevir

Siyasət

Yazı naviqasiyası

Previous Post: Avqustda pulu tükənməyəcək bürclər
Next Post: Mingəçevir Dövlət Universitetini seçmək – uğurlu gələcəyə atılan ən doğru addımdır

Related Posts

  • YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub Siyasət
  • Bir əsgəri belə yoxdur: NATO-nun ordusuz yeganə üzvü müharibəyə necə hazırlaşır? Siyasət
  • Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəldi Siyasət
  • İran və Ukrayna eyni müharibənin iki cəbhəsidir – Sibiqa Siyasət
  • Ərdoğan Makronu Ermənistandan Türkiyəyə buraxmayıb Siyasət
  • Livanda İsrail hücumlarının qurbanlarının sayı açıqlandı Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” – 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə Kriminal
  • Yayda açıq havada gəzərkən bu mikroblara diqqət edin Cəmiyyət
  • Başqa planetdən radiosiqnal qeydə alındı – Yadplanetlilər gəlir? Maraqlı
  • Mingəçevirdə Aprel şəhidləri anılıb: icra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri ailələri ziyarət edib Cəmiyyət
  • Qatarlar qrafikindən kənara çıxa bilər – RƏSMİ Ölkə
  • İsrail İranda yeni hava hücumları dalğası başladıb Siyasət
  • Livanda İsrail hücumlarının qurbanlarının sayı açıqlandı Siyasət
  • Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı Mədəniyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by