Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Planetin ən gözəl qadınından boşandım, çünki.. Dünya
  • MDU-da yeni laboratoriyalar tələbələrin praktiki hazırlığını gücləndirəcək Təhsil
  • İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib Siyasət
  • Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq Ölkə
  • Hansı qurumlar dəyişkən iş qrafikinə keçir? (VİDEO) Ölkə
  • Britaniyada yanğın dəhşətləri davam edir – Fövqəladə vəziyyət elan edildi Dünya
  • Ucuz yeni çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? – Hansını alaq? Cəmiyyət
  • Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb – FOTO Ölkə

Vüsal Şilderin qətlinin sifarişçisi hakim qarşısında

Posted on 14 Sentyabr 2026 By admin Şərh yoxdur Vüsal Şilderin qətlinin sifarişçisi hakim qarşısında

Bakıda 13 il əvvəl qətlə yetirilən Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən Xəyal Əlizadənin məhkəməsi başlayıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə Vüsal Şilderin atası, onun hüquqi varisi kimi tanınan Adolf Şilder və anası Mətanət Şilder də iştirak ediblər.

Almaniyanın Azərbaycandakı səfirliyi Adolf Şilderi tərcüməçi ilə də təmin edib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İclasda Xəyal Əlizadənin vəkili bildirib ki, müvəkkili özünü təqsirli bilmədiyi üçün ibtidai istintaqda ifadə verməkdən imtina edib. Onunla birgə cinayət işində iştirakda təqsirləndirilən digər şəxslərlə üzləşmə aparılmadan müstəntiq deyib ki, onların ifadəsi arasında ziddiyyət yoxdur.

Vəkil söyləyib ki, onların üzləşməsi barədə verilən vəsatətlər təmin olunmayıb.

Vəkil cinayət işinə xitam verilməsi və ibtidai istintaqa qaytarılması barədə, həmçinin Xəyal Əlizadə haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün vəsatətlər verib.

Prosesdə zərərçəkən tərəfin vəkili vurğulayıb ki, iclasın gedişində Xəyal Əlizadə cinayət işinin kimin sifarişi ilə törədilməsi barədə iş üçün mühüm hesab edilən məlumatlar versə, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirlməsinə etiraz etməyəcəklər.

Həmçinin vəkil bildirib ki, bu hadisənin mərkəzində Lalə Ağayeva dayanır, amma onun adı şahidlər siyahısında yoxdur. Vəkil sözügedən şəxsin şahidlər siyahısına, eləcə də onunla bağlı müvafiq yazışmaları, bu yazışmaların ekran görüntülərinin sübutlar siyahısına əlavə edilməsini xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxs barəsində açılan cinayət işinə xitam verilməsi, ibtidai istintaqa qaytarılması, eləcə də onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verilən vəsatətləri təmin etməyib.

Zərərçəkən tərəfin vəkilinin Lalə Ağayeva və onunla bağlı ekran görüntülərinin sübutlar siyahısına daxil edilməsi barədə vəstət təmin edilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Növbəti iclas sentyabrın 28-nə təyin olunub.

Qeyd edək ki, Şilder Vüsal Adolf 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində qətlə yetirilib.

Rəsmi məlumata görə, faktla bağlı Elman Seyidağa oğlu İsgəndərov Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Seymur Teymur oğlu Talıbov isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirli bilinib.

Müvafiq məhkəmə hökmləri ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il maddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Həmçinin Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əlizadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.

Xəyal Əlizadə Azərbaycanın hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib.

Ötən müddət ərzində Xəyal Əlizadənin ekstradisiyası ilə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.

Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əlizadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, V.Şilderin atası Adolf Şilder bir vaxtlar “Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbəri olub.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Azərbaycanda bu sahəyə 12 milyon manat ayrıldı
Next Post: Bu ölkədə 90 gün vizasız qala biləcəyik

Related Posts

  • Azərbaycanda birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu – RƏSMİ – YENİLƏNİB Kriminal
  • 6 avtomobil və iki marketi talayan şəxs saxlanıldı Kriminal
  • Soğan yükündən 25 kiloqram marixuana aşkarlandı  Kriminal
  • Bərdədə avtomat silah və patronlar aşkarlandı, saxlanılan var Kriminal
  • Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb – Göygöldəki qətlin təfərrüatı – YENİLƏNİB Kriminal
  • Aktrisa direktoru məhkəməyə verdi: Töhməti ləğv etdirdi Kriminal

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • SEPAH ABŞ-nin sualtı kəşfiyyat vasitəsini ələ keçirdi Dünya
  • Qarabağ və Şərqi Zəngəzurda 65 yaşdan yuxarı əhalinin SAYI Cəmiyyət
  • Qadın boğularaq öldürüldü, qohumu saxlanıldı Kriminal
  • “Vaşinqton təxribatı”nı kim(lər) təşkil edib?! – Adlar, gizlinlər və təfərrüatlar… Siyasət
  • Qəhvə diabet riskini azalda bilər Maraqlı
  • Alimlər Pompeydəki qazıntılar zamanı itmiş məkana aparan gizli pilləkənlər tapdı Dünya
  • Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər Cəmiyyət
  • “Koroğlu” metrosu yaxınlığında prospektə çıxan at gündəm oldu – VİDEO Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by