Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Pezeşkian qonşu ölkələrdən hücumlara görə üzr istədi Siyasət
  • Bakıda bu qurum gücləndirilmiş iş rejiminə keçdi Ölkə
  • “Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü” Mədəniyyət
  • 80 milyon baxış, 1 milyon layk gəldi – Həmin VİDEO İdman
  • Yeni müdir işçini nə zaman işdən çıxara bilməz? – AÇIQLANDI Cəmiyyət
  • “Toğanalı” KSES-də istehsal olunan enerjinin həcmi məlum olub Ölkə
  • Mingəçevir Dövlət Universiteti kiberdayanıqlı rəqəmsal kampus mühitinin formalaşdırılması istiqamətində “Cybersign” MMC ilə əməkdaşlığa başlayıb Təhsil
  • Xalq artistinin oğlu müğənnilik edəcək Mədəniyyət

13 yaşlı yeniyetmənin cəsarəti sayəsində tapılan “itkin dəniz”

Posted on 5 Mart 2026 By admin Şərh yoxdur 13 yaşlı yeniyetmənin cəsarəti sayəsində tapılan “itkin dəniz”

ABŞ-ın Tennessi ştatında yerləşən Svitvoter və Medisonvill şəhərcikləri arasında uzanan Kreyqhed mağaraları əsrlərdir bir çox sirri qoruyur. Lakin bu nəhəng yeraltı sistemin ən heyrətamiz hissəsi 1905-ci ildə, cəmi 13 yaşı olan maraqlı bir yeniyetmənin cəsarəti sayəsində üzə çıxıb.
Kiçik Ben Sends mağaranın dərinliklərində oynayarkən olduqca dar bir keçid aşkar edir. Həmin dövrdə nə internet, nə də mağaralarla bağlı təhlükəsizlik xəbərdarlıqları bu günkü qədər yayğın idi. Buna görə də o, tərəddüd etmədən velosiped təkəri enində olan tuneldə təxminən 12 metr sürünərək irəliləyir. Tunelin sonunda dizədək suyun içində qalan Ben əslində Şimali Amerikanın məlum olan ən böyük yeraltı gölünə daxil olan ilk insan olur.
Ben Sendsin kəşfindən əvvəl bu mağaralar bölgənin yerli əhalisi olan çerokilər tərəfindən yaxşı tanınırdı. Girişdən təxminən yarım kilometr içəridə yerləşən və “məsləhət otağı” adlandırılan bölmədə qədim saxsı qablar, zinət əşyaları və ox ucluqları kimi çoxsaylı tapıntılar aşkarlanıb. Hətta 1800-cü illərdə avropalı məskunlaşanlar bu sərin mühiti kartof anbarı kimi istifadə edib, 1863-cü ildə isə Vətəndaş müharibəsi əsgərlərindən biri divara adını həkk edib. Mağaranın tarixi isə daha qədim dövrlərə, təxminən 20 min il əvvələ gedib çıxır. Həmin dövrdə qaranlıqda yolunu itirərək yarığa düşüb ölən nəhəng Pleystosen yaquarına aid ayaq izləri bu gün də mağaranın döşəməsində qorunur.
“İtkin dəniz”in sirli çiçəkləri və rəngsiz sakinləri
Ben Sends gölü ilk dəfə aşkar edəndə əlindəki zəif işıq mənbəyi səbəbindən nəhəng boşluğun sərhədlərini görə bilməmişdi. Gölün ölçüsünü anlamaq üçün müxtəlif istiqamətlərə palçıq parçaları atsa da, eşitdiyi yalnız suyun əks-sədalı sıçrama səsləri olmuşdu. Bu gün “itkin dəniz” kimi tanınan göl yalnız ölçüsünə görə deyil, nadir geoloji formalaşmaları ilə də diqqət çəkir. “Mağara çiçəkləri” adlandırılan antoditlər kalsit və araqonit kristallarının su ilə birləşməsi nəticəsində yaranır və dünyada cəmi bir neçə mağarada rast gəlinir. Tikanlı və rəngarəng kristal quruluşlar yeraltı qaranlıqda donmuş bir bağ təsiri bağışlayır.
Hazırda göldə təxminən 300 ədəd göy qurşağı alabalığı yaşayır. Lakin bu balıqlar gölün təbii sakinləri deyil. Onlar kəşfdən sonra gölün başqa çıxışlarının olub-olmadığını müəyyənləşdirmək məqsədilə insanlar tərəfindən buraxılıb. Təbii işıq və qida mənbəyindən məhrum olan bu canlılar zamanla rənglərini və görmə qabiliyyətlərinin bir hissəsini itirib. İndi onların əsas qida mənbəyi hər il buranı ziyarət edən 150 min turisti daşıyan qayıqlardan atılan yemlərdir.
Mövcud ölçmələrə görə gölün görünən hissəsi təxminən 243 metr uzunluğunda və 67 metr enindədir. Lakin bu nəhəng su kütləsi yalnız görünən hissədən ibarətdir. Dalğıclar bu günədək suyun altında 13 dönümlük ərazini xəritələşdirə biliblər, amma gölün sonuna hələ də çatmaq mümkün olmayıb. Qaranlıq dəhlizlərə doğru uzanan sualtı keçidlərin harada bitdiyi hələ də məlum deyil.
Maraqlı

Yazı naviqasiyası

Previous Post: Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu
Next Post: Xamanei ilə vida mərasimi təxirə salındı

Related Posts

  • Dəhşətli baş ağrısının ŞOK SƏBƏBlərindən biri üzə çıxdı Maraqlı
  • Atmağa tələsməyin: İstifadə olunmuş tualet kağızı rulonları xəzinə imiş Maraqlı
  • Xərçəngin qarşısını almağa və ürəyi qorumağa kömək edən məşhur giləmeyvə Maraqlı
  • Virusların yayılmasına kömək edən mexanizm aşkarlandı Maraqlı
  • Bu məhsulları soyuducuda saxlamaq olmaz Maraqlı
  • Portağal şirəsindən daha yaxşı: D vitamini ilə zəngin 5 içki Maraqlı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mingəçevir Dövlət Universiteti tələbələr üçün iqlim və hidrometeorologiya sahəsində yeni imkanlar yaradır: Milli Hidrometeorologiya Xidməti ilə əməkdaşlıq Memorandumu Təhsil
  • Beyləqanda ağır qəza – Ata öldü, qızı yaralandı Hadisə
  • Bu BÜRCLƏR gözlənilməz yerdən pul ALACAQ Maraqlı
  • İran hücum etdi: Çox sayda Amerikalı əsgər yaralandı Siyasət
  • Bakıda və Abşeronda güclü külək əsir, regionlarda duman var – FAKTİKİ HAVA Ölkə
  • Naxçıvanda İcazə blankları yeni ünvanda veriləcək Ölkə
  • Mərakeşdən olan 70 minə yaxın miqrant Seutanı tərk edib Dünya
  • İstefa verməyi səbirsizliklə gözləyirəm – Vuçiç Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by