Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Almaniya Yaponiya ilə hərbi saziş imzalayır Dünya
  • II Qareginin Gürcüstana getməsinə icazə vermədilər Dünya
  • Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir Cəmiyyət
  • Mingəçevir Dövlət Universitetinin əziz xanım əməkdaşları və tələbələri!  Təhsil
  • “Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı” Maraqlı
  • Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi – FOTO Cəmiyyət
  • İsveçrə Aİ-nin sanksiyalarına dəstək verdi Dünya
  • Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi – Ölən var Hadisə

Bu ölkədə “France 24″ün yayımı dayandırıldı

Posted on 19 Sentyabr 2026 By admin Şərh yoxdur Bu ölkədə “France 24″ün yayımı dayandırıldı

Qvineya Fransa dövlət telekanalı olan “France 24″ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib.

Bu barədə məlumatı Dubay mərkəzli “Big News Network” agentliyi yayıb.

Qvineyanın Kommunikasiya üzrə Ali Şurası telekanalın yayım lisenziyasını, eləcə də onun müxbirlərinin, xüsusi nümayəndələrinin və digər işçilərinin akkreditasiyalarını ləğv edib. Məhdudiyyət kabel və peyk televiziyalarını, mobil tətbiqləri, veb-saytları və sosial şəbəkələri əhatə edir. “Canal+ Guinea” şirkətinə isə bu kanalı öz paketlərindən çıxarmaq tapşırılıb.

“Bununla da Poçt və Telekommunikasiya Fəaliyyətinin Tənzimlənməsi İdarəsinə dərhal “France 24″ kanalına aparan bütün rəqəmsal giriş nöqtələrinin texniki bloklanmasına başlamaq göstərişi verilir”, – deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, bu qərar ötən çərşənbə axşamı “France 24” aparıcısının Dumbuyanı “qiyamçı lider” adlandırmasından sonra verilib. Növbəti gün şura bunun Qvineya prezidentinin ləyaqətini alçaldan hal olduğunu vurğulayaraq, telekanaldan həmin ifadəni silməyi və təkzib verməyi tələb edib.

Tənzimləyici qurum bildirib ki, “France 24” tərəfindən bu tələbin yerinə yetirilməməsi onun nüfuzuna açıq meydan oxumaq, dövlət başçısının davamlı təhqir olunması və Qvineyanın hüquqi suverenliyinin kobud şəkildə pozulması deməkdir.

Şura, həmçinin obyektivliyin və balansın olmamasını, eləcə də peşə etikasının ciddi şəkildə pozulmasını əsas gətirərək, “Jeune Afrique” jurnalının qvineyalı müxbiri Mamadu Diavo Barrini də akkreditasiyadan məhrum edib.

Dünya

Yazı naviqasiyası

Previous Post: MDU rektoru Anar Eminov 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib
Next Post: Yamal Mbappe və Keynə söz atdı – Dünya futbolunda “Qızıl top” savaşı

Related Posts

  • Fransa Şərqi Aralıq dənizinə təyyarədaşıyan gəmi göndərdiyini inkar edir Dünya
  • Xamanei ilə vida mərasimi təxirə salındı Dünya
  • Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb Dünya
  • Bu mənəzərəli kənd satışa çıxarıldı: tələb olunan qiymət nə qədərdir? Dünya
  • Rusiya kəşfiyyatçıları Macarıstana göndərib – Madyar Dünya
  • Bu ölkənin tankeri Hörmüz boğazını keçib Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sabah dörd şəhər və rayonda qaz olmayacaq Ölkə
  • “Beniz” ləqəbli tiktokerə hökm oxundu Cəmiyyət
  • Rusiya banklarında rekord nağd pul böhranı: 1 ayda milyardlarla rubl çıxarıldı Dünya
  • Şəhid Elnur Zeynalovun ailəsi Göyçay rəhbərliyindən şikayətçidir: “Övladımız unudulub” Cəmiyyət
  • 9 yaşlı uşaq paltarsız və ac halda tapıldı: Atası və sevgilisi həbs olundu – Fransada Dünya
  • Qəzzada ilk layihə üçün podratçı seçildi Dünya
  • Yamal Мessini geridə qoydu İdman
  • General Ermənistan pasportundan imtina etdi Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by