Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevir Dövlət Universiteti kiberdayanıqlı rəqəmsal kampus mühitinin formalaşdırılması istiqamətində “Cybersign” MMC ilə əməkdaşlığa başlayıb Təhsil
  • Umar Cəbrayılovun meyiti tapıldı, Epşteyn işində adı var idi Dünya
  • Mingəçevirdə musiqi məktəbinin direktoru istefa verdi Cəmiyyət
  • İranın Natanz nüvə müəssisəsi vuruldu Cəmiyyət
  • “Planetin ən gözəl qadınından boşandım, çünki.. Dünya
  • Sözün və Elmın Vəhdəti: Gənc şair Nərmin Əliyevanın vətənpərvərlik missiyası Cəmiyyət
  • Azərbaycanlı dənizçinin meyiti aşkarlandı Hadisə
  • Avropanın səhvi, Bakının üstünlüyü- Azərbaycansız nə enerji, nə təhlükəsizlik Ölkə

İradə Aşumova və tələbəsi məhkəməyə məcburi gətirildilər: “Cəmi 30 manat verilib”

Posted on 16 Aprel 2026 By admin Şərh yoxdur İradə Aşumova və tələbəsi məhkəməyə məcburi gətirildilər: “Cəmi 30 manat verilib”

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Bugünkü prosesdə ittiham tərəfinin sonuncu şahidləri ifadə veriblər.

Prosesdə dindirilən şahidlər sırasında güllə atıcılığı üzrə Olimpiya üçüncüsü İradə Aşumova və onun tələbəsi Nəzrin Abbaslı da olublar. Onlar ikisi də məcburi gətirilmə barədə qərar qəbul edildikdən sonra polisin icrası ilə məhkəməyə gəlib. Aşumova və tələbəsi yarışlarda qalib gələn idmançılara dövlət vəsaiti hesabına pul mükafatlarının mənimsənilməsi epizodu ilə bağlı sorğu-sual ediliblər.

Afina-2004-də bürünc medal qazanmış Aşumova deyib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi yarışların birində iştirak edib. Bunun qarşılığında da ona mükafat kimi cəmi 30 manat pul verilib.

Eyni məbləğdə mükafat da Nəzrin Abbaslıya çatıb. Gənc idmançı deyib ki, yarışlara İradə Aşumovanın rəhbərliyi ilə qatılıb:

“İlkin istintaq zamanı müstəntiq qarşıma protokol qoydu ki, yarışda sənə pul verilib. Mən də 30 manat mükafat aldığımı təsdiq etdim”.

Prosesin sonunda Raqif Abbasovun vəkili Ruzi Səmədov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində işləyən 16 nəfərin – Aydın Mayıl oğlu Yusifov, Məmməd Ələsgər oğlu Hüseynov, İlkin İntiqam oğlu Şahbazov, Tural İbrahim oğlu Nurməmmədov, Valentina Nikolayevna Sultanova, Tatyana Senyonovna Korjova, Emil Sərraf oğlu Qurbanov, Cəmil Fikrət oğlu Cabbarov, Nurəddin Xankişi oğlu Quliyev, Azad Əsgər oğlu Əsgərov, Mobil Rəsul oğlu Hüseynov, Əziz Əli oğlu Məmmədov, Elçin Əzizəli oğlu Abbasov, Tahir Tahirov, Elçin Bədəlov və Asim Vəliyevin əlavə şahid kimi məhkəmədə dindirilməsini istəyib.

Hakimlər bu günə qədər dindirilən şahidlərin yetərli olduğunu əsas gətirərək vəsatəti təmin etməyiblər.

Proses aprelin 29-da cinayət işi materiallarının tədqiqi ilə davam edəcək. Ardınca prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyillər, onlar sərbəst mühakimə edilirlər. Hazırkı vaxta qədər dəymiş ziyanın böyük hissəsi ödənilməyib. Nazirlik təqsirləndirilən şəxslərə qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb.

Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, tanınmış idmançı İradə Aşumova atıcılıq üzrə Azərbaycan millisinin baş məşqçisidir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Edersona hücum edən şəxs saxlanıldı – “Fənərbaxça” bəyanat yaydı
Next Post: Paşinyandan Tramp marşrutu ilə bağlı açıqlama

Related Posts

  • Dövlət qulluğuna həsr olunan ömür: İlham İsmayılov 63 yaşını qeyd edir Cəmiyyət
  • Arıqlamaq istəyirsinizsə bu vərdişləri unudun Cəmiyyət
  • Azərbaycanda yağıntı sabah axşamadək davam edəcək Cəmiyyət
  • 90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar? – Psixoloq cavabları açıqladı Cəmiyyət
  • Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı Cəmiyyət
  • Pensiya artımları kimlərə şamil olunacaq? Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Məhkəməyə verib 50 min təzminat tələb edəcəyəm” Mədəniyyət
  • Ötən gün itkin düşən 9 nəfər tapılıb Cəmiyyət
  • İbrahim Tatlısəs qızını məhkəməyə verdi Mədəniyyət
  • Netanyahunun olduğu qəsəbəyə PUA hücumu etdilər Siyasət
  • İşə qəbul üçün tələb olunan sənədlərin sayı artırılır  Cəmiyyət
  • Qarpızı bu formada yeməyin – Faydası olmayacaq Maraqlı
  • SEPAH İsrailin növbəti “F16” qırıcısını vurub Siyasət
  • Mətbuatın 151-ci ildönümü Mingəçevirdə coşquyla qeyd olundu: İcra Hakimiyyətində önəmli görüş Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by