Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Rusiyada bu şəxslərin 18 yaşına çatmış övladları ölkədən ÇIXARILA BİLƏR Dünya
  • Neymar Messi ilə yenidən komanda yoldaşı ola bilər İdman
  • Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib Dünya
  • İsveçrə Aİ-nin sanksiyalarına dəstək verdi Dünya
  • KİV: İranda toplaşan PKK terrorçuları Türkiyə və Azərbaycan üçün təhlükə yaradır Siyasət
  • Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib Dünya
  • LEYSAN MƏMMƏDOV – QARABAĞIN YENİDƏNQURMA MİSSİYASINA LAYİQİNCƏ XİDMƏT EDƏN RƏHBƏR Cəmiyyət
  • Mingəçevir Dövlət Universiteti tələbələr üçün iqlim və hidrometeorologiya sahəsində yeni imkanlar yaradır: Milli Hidrometeorologiya Xidməti ilə əməkdaşlıq Memorandumu Təhsil

İsrail Azərbaycanla strateji tərəfdaşlığı seçdi – “Erməni soyqırımı” təşəbbüsü dayandırıldı

Posted on 12 İyul 2026 By admin Şərh yoxdur İsrail Azərbaycanla strateji tərəfdaşlığı seçdi – “Erməni soyqırımı” təşəbbüsü dayandırıldı

İsrail hökuməti ermənilərin 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsi prosesini dayandırıb.
Yunanıstanın “ProtoThema” nəşri yazır ki, bu qərarın əsas səbəbi İsrailin strateji tərəfdaşı olan Azərbaycanla münasibətlərinin pisləşməsi riskidir.

Məqalədə bildirilir ki, iyunun sonunda İsrail Xarici İşlər Nazirliyi Osmanlı imperiyasında Birinci Dünya müharibəsi dövründə baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınmasına dair təşəbbüs irəli sürüb və hökumət bunu dəstəkləyib. Lakin sənədin qüvvəyə minməsi üçün Knessetin də təsdiqi tələb olunurdu.

Nəşrin istinad etdiyi siyasi şərhçi Svetlana Kuşnirin fikrincə, bu addım ilk növbədə Türkiyəyə siyasi təzyiq göstərmək məqsədi daşıyırdı. Müəllif qeyd edir ki, İsrail bununla Prezident Rəcəb Tayyib Ərdoğanın Qəzza müharibəsi ilə bağlı sərt antiisrail bəyanatlarına cavab verməyə çalışırdı.

Lakin Azərbaycan bu təşəbbüsə kəskin etiraz edib. Rəsmi Bakı bildirib ki, belə addımlar barışığa xidmət etmir, əksinə, bölgədə fikir ayrılıqlarını dərinləşdirir və davamlı sülhə mane olur. Azərbaycan İsrail hökumətini qərarını yenidən nəzərdən keçirməyə çağırıb.

Məqalədə qeyd olunur ki, Azərbaycanın yəhudi icmasının nümayəndələri, həmçinin bir sıra israilli siyasətçilər və ekspertlər də təşəbbüsün əleyhinə çıxış ediblər. Onlar bunun Azərbaycan-İsrail strateji tərəfdaşlığına zərbə vuracağını bildiriblər.

İsrail Strateji və Təhlükəsizlik İnstitutunun rəhbəri Efraim İnbar bu təşəbbüsü “əhəmiyyətsiz və uşaqcasına səhv” adlandıraraq Türkiyəyə mesaj vermək cəhdinin Bakı ilə münasibətləri təhlükə altına atmamalı olduğunu vurğulayıb.

Məqalədə həmçinin qeyd edilir ki, Ermənistan rəhbərliyi də son dövrdə 1915-ci il hadisələrinin digər dövlətlər tərəfindən siyasi alətə çevrilməsinin tərəfdarı olmadığını bəyan edib. Baş nazir Nikol Paşinyan bu məsələnin siyasiləşdirilməsinin Ermənistanın maraqlarına uyğun olmadığını bildirib.

“ProtoThema” yazır ki, İsrail mediasında yer alan məlumatlara əsasən, Bakı bu təşəbbüsü “qırmızı xəttin keçilməsi” kimi qiymətləndirib. Nəticədə İsrail Azərbaycanın qəti mövqeyini və ikitərəfli münasibətlərə mümkün təsirləri nəzərə alaraq təşəbbüsün Knessetdə irəlilədilməsini dayandırıb.

Məqalə müəllifi hesab edir ki, bu hadisə Azərbaycanın regional və beynəlxalq siyasətdə artan rolunu nümayiş etdirir və strateji tərəfdaşlarının maraqlarına toxunan məsələlərdə Bakının mövqeyinin artıq nəzərə alınmalı olduğunu göstərir.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Superkompüterdən yeni proqnoz – Dünya çempionu kim olacaq?
Next Post: Bu ölkədə bloqerlərə nəzarət sərtləşdirilir

Related Posts

  • Azərbaycan və Tacikistan Baş nazirləri görüşdü – FOTO Siyasət
  • Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib Siyasət
  • ABŞ 130 vətəndaşını İsraildən çıxarıb Siyasət
  • Paşinyandan İran açıqlaması: “Risk yaranarsa, qərar verməli olacağıq” Siyasət
  • Bakı-Moskva münasibətlərində yeni etimad mərhələsi Siyasət
  • Qaz uğrunda savaş: İsrail bazara girir, Bakı üstünlüyünü qoruyur Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İlin ən pis filmləri və aktyorları – SİYAHI Mədəniyyət
  • ABŞ ordusu Maduronu ələ keçirmək üçün süni intellektdən istifadə edib Dünya
  • Sabah Bakıda 25 dərəcə isti olacaq Ölkə
  • Bu mənəzərəli kənd satışa çıxarıldı: tələb olunan qiymət nə qədərdir? Dünya
  • Qatar yoluna yıxılan sərnişin metroya kompensasiya ödəyəcək Dünya
  • Bakıda bu qurum gücləndirilmiş iş rejiminə keçdi Ölkə
  • Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib Dünya
  • Tramp İranla müharibəni nüvə sazişi olmadan bitirə bilər Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by