Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Daha 34 ölkəyə vizasız gedə biləcəyik Ölkə
  • İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib Siyasət
  • Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı İdman
  • Əməkdar jurnalist vəfat edib Cəmiyyət
  • 23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi. Cəmiyyət
  • Yaponiyada mübahisə ölümlə nəticələndi: 17 yaşlı uşaq öldürüldü Dünya
  • Putinin məşhur avtomobili sultanın sarayında Dünya
  • “Məğlub olmaq istəmirdik” – Qurban Qurbanov İdman

Bu ölkədə bloqerlərə nəzarət sərtləşdirilir

Posted on 12 İyul 2026 By admin Şərh yoxdur Bu ölkədə bloqerlərə nəzarət sərtləşdirilir

İndoneziya xarici bloqerlər və internet kontenti yaradan şəxslər tərəfindən viza rejiminə əməl olunmasına nəzarəti gücləndirir. Ölkənin immiqrasiya orqanları xəbərdarlıq edib ki, turist vizası ilə kommersiya kontenti hazırlayan əcnəbilər deportasiya oluna və hətta ömürlük ölkəyə giriş hüququndan məhrum edilə bilərlər.

Bu barədə İndoneziya KİV-ə və Avstraliya diplomatik xidmətlərinə istinadən məlumat yayılıb.

İndoneziya hökumətinin mövqeyinə görə, turist vizası kommersiya dəyəri olan fəaliyyətlə məşğul olmaq hüququ vermir. Bu anlayışa yalnız ödənişli reklamlar deyil, həmçinin hotellərdə pulsuz qalmaq, yemək, spa xidmətləri, ekskursiyalar və ya yerli bizneslərdən əldə edilən digər üstünlüklər müqabilində sosial şəbəkələrdə yayımlanan paylaşımlar da daxildir.

İndoneziya İmmiqrasiya Baş İdarəsi daha əvvəl də izah edib ki, mümkün pozuntular qiymətləndirilərkən yalnız pul ödənişləri deyil, həm də əcnəbinin ölkədə qalma məqsədi, fəaliyyətinin xarakteri və iqtisadi faydanın olub-olmaması nəzərə alınır. Bu zaman reklam xarakterli məzmun İndoneziyadan ayrıldıqdan sonra yayımlansa belə, qayda pozuntusu qeydə alına bilər.

İndoneziya İmmiqrasiya Xidmətinin məlumatına görə, cari ilin yanvarın 1-dən aprelin 12-dək Bali adasında miqrasiya qanunvericiliyini pozduqları üçün 165 əcnəbi deportasiya edilib, daha 62 nəfər saxlanılıb.

İndoneziya hökuməti bildirir ki, kommersiya məqsədilə hazırlanan və ya mal və xidmətlər müqabilində yaradılan istənilən məzmun artıq əmək fəaliyyəti kimi qiymətləndirilə bilər və iş vizası tələb edir.

Dünya

Yazı naviqasiyası

Previous Post: İsrail Azərbaycanla strateji tərəfdaşlığı seçdi – “Erməni soyqırımı” təşəbbüsü dayandırıldı
Next Post: Bu gün imtahan var – YENİLƏNİB

Related Posts

  • Rusiyada bu şəxslərin 18 yaşına çatmış övladları ölkədən ÇIXARILA BİLƏR Dünya
  • Paşinyan ABŞ-nin vitse-prezidenti ilə görüşüb Dünya
  • Krımda Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb: 29 ölü Dünya
  • Fransa prezidenti Azərbaycan dilində paylaşım edib Dünya
  • Laboratoriyada yetişdirilən neyronlar: Bioloji kompüterlər gəlir Dünya
  • Rusiyanın ən böyük neft-kimya zavodunda yanğın baş verib Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Top Mobile Pokies for Real Money in Australia Blog
  • ABŞ-İran danışıqlarına töhfə vermək üçün Tehrana getdilər Siyasət
  • Avropa Liqasında 1/4 finala yüksələn KOMANDALAR İdman
  • Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyənləşdi – Bu tarixdə qüvvəyə minəcək İqtisadiyyat
  • Su təsərrüfatının inkişafına verdiyi töhfəyə görə Fəxri Fərmanla təltif olundu Cəmiyyət
  • Kəsik ayağın sahibi 27 il sonra tapıldı Dünya
  • Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır İqtisadiyyat
  • Mingəçevir Dövlət Universiteti tələbələr üçün iqlim və hidrometeorologiya sahəsində yeni imkanlar yaradır: Milli Hidrometeorologiya Xidməti ilə əməkdaşlıq Memorandumu Təhsil

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by