Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Məscidə girib yarıçılpaq video çəkdi, saxlanıldı  Dünya
  • Kərim Vəliyev Belarus və Slovakiya Baş Qərargah rəisləri ilə telefon danışığı apardı Ölkə
  • Kubada Kommunist Partiyasının ofisinə hücum edilib Dünya
  • Pezeşkian bütün icra orqanlarına təcili tapşırıq verdi Dünya
  • Körfəzdə savaş böyüyür: İran müharibəsi Putinin əlinə işləyir Siyasət
  • “Bölgə.az” xəbər portalından Esmira Hidayətovaya 8 Mart təbriki Cəmiyyət
  • Türkiyə XİN İsrailin hücumlarını pislədi Siyasət
  • Rusiya İranla bağlı xəbərdarlıq etdi Siyasət

Bakı-Moskva münasibətlərində yeni etimad mərhələsi

Posted on 16 Aprel 2026 By admin Şərh yoxdur Bakı-Moskva münasibətlərində yeni etimad mərhələsi

“Rusiya tərəfinin 2024-cü il 25 dekabr tarixində Aktau yaxınlığında baş vermiş AZAL təyyarə qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəməsi barədə əldə olunan razılaşma, təkcə bir aviasiya insidentinin hüquqi nəticəsi deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində dövlət məsuliyyəti, siyasi iradə və diplomatik peşəkarlığın mühüm nümunəsidir. Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin birgə bəyanatında bu addımın 2025-ci ilin oktyabrında Düşənbədə prezidentlər səviyyəsində əldə olunmuş anlaşmanın məntiqi davamı olduğu xüsusi vurğulanır.

Bu razılaşma göstərdi ki, ən həssas və emosional xarakter daşıyan faciələr belə, siyasi məsuliyyət, beynəlxalq hüquqa hörmət və dövlətlərarası dialoq vasitəsilə ədalətli həllini tapa bilir”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, müasir dövrdə mülki aviasiya təhlükəsizliyi beynəlxalq hüququn ən həssas və strateji istiqamətlərindən biridir: “Xüsusən də dövlətlərin hava məkanında baş verən insidentlər zamanı məsuliyyətin tanınması, kompensasiyanın ödənilməsi və hadisənin şəffaf araşdırılması yalnız ikitərəfli məsələ deyil, qlobal təhlükəsizlik arxitekturasının mühüm elementi sayılır.

AZAL təyyarəsinin Rusiyanın hava məkanında qəzaya uğraması faktının birgə bəyanatda təsbit olunması mühüm siyasi-hüquqi əhəmiyyət daşıyır. Bu, dövlət məsuliyyətinin faktiki qəbul edilməsi və gələcəkdə oxşar halların qarşısının alınması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasına zəmin yaradır.

Burada əsas məsələ yalnız maliyyə kompensasiyası deyil. Əsas strateji hədəf hava məkanında təhlükəsizlik protokollarının yenilənməsi, koordinasiya mexanizmlərinin gücləndirilməsi və mülki uçuşların hərbi risklərdən qorunmasıdır”.

O əlavə edib ki, Azərbaycan dövləti faciənin ilk anlarından məsələyə son dərəcə prinsipial yanaşma nümayiş etdirdi: “Rəsmi Bakı prosesi sırf texniki qəza kimi deyil, həm də dövlətin öz vətəndaşlarının hüquqlarını qorumaq məsuliyyəti kimi dəyərləndirdi. Məhz bu ardıcıl siyasi xətt nəticəsində Azərbaycan beynəlxalq hüquqa əsaslanan sistemli diplomatik fəaliyyət həyata keçirdi, məsələni emosional ritorikadan uzaq, hüquqi və siyasi mexanizmlərlə idarə etdi.
Prezident Ilham Aliyev səviyyəsində məsələnin birbaşa nəzarətdə saxlanılması Azərbaycanın dövlət idarəçiliyində çeviklik və məsuliyyət modelini ortaya qoydu. Bu yanaşma nəticəsində təqsirli tərəfin məsuliyyəti hüquqi və siyasi müstəvidə qəbul edildi.

Azərbaycan və Rusiya qonşu dövlətlərdir və hər iki tərəf üçün əməkdaşlığın dərinləşməsi milli maraqlara cavab verir. Bugünkü qlobal və regional geosiyasi proseslər — enerji təhlükəsizliyi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, Cənubi Qafqazın təhlükəsizlik gündəliyi, Xəzər hövzəsində əməkdaşlıq və Yaxın Şərqdə gərginlik- Bakı ilə Moskva arasında dialoqu daha da zəruri edir.

AZAL faciəsi üzrə razılığın əldə olunması da göstərdi ki, tərəflər ən mürəkkəb və emosional məsələləri belə strateji münasibətlərə zərbə vurmadan həll etməyə qadirdirlər.
Nəticə etibarı ilə ikitərəfli etimad mexanizmi qorunur, regional təhlükəsizlikdə koordinasiya güclənir, nəqliyyat və enerji layihələrinin siyasi zəmanəti artır, Cənubi Qafqazda sabitlik üçün əlavə diplomatik kanal möhkəmlənir.

Azərbaycanın bütün qonşularla, xüsusən Rusiya ilə münasibətlərdə mehriban qonşuluq və qarşılıqlı hörmət siyasətinə sadiqliyi burada bir daha öz təsdiqini tapır.

Bu, həm də Azərbaycanın dövlətçilik modelinin, diplomatik çevikliyinin və milli maraqları müdafiə etmək bacarığının real göstəricisidir. Əldə olunan nəticə sübut edir ki, güclü siyasi iradə, beynəlxalq hüquqa sadiqlik, prinsipial diplomatiya, strateji qonşuluq siyasəti  bir araya gəldikdə ən mürəkkəb problemlər belə ədalətli və qarşılıqlı məqbul şəkildə həll olunur.
Bu razılaşma həm də onu göstərir ki, Azərbaycan regional siyasətdə emosional deyil, rasional və nəticəyönümlü yanaşma sərgiləyən güclü aktordur. Məhz bu xətt ölkənin beynəlxalq nüfuzunu daha da artırır və gələcəkdə oxşar mürəkkəb proseslərdə Bakının diplomatik mövqelərini gücləndirir”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb
Next Post: “Sea Breeze Resort” istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb

Related Posts

  • Tramp İranla bağlı müttəfiqlərini çaşdırıb – “Bloomberg” Siyasət
  • “Vaşinqton təxribatı”nı kim(lər) təşkil edib?! – Adlar, gizlinlər və təfərrüatlar… Siyasət
  • BƏƏ: İran təhdidləri qarşısında müdafiəyə hazırıq Siyasət
  • İran “Abraham Lincoln”a raket atdı – Video Siyasət
  • Britaniyaya Rusiya ilə müharibə riski barədə xəbərdarlıq edilib Siyasət
  • XİN: Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bu iltihab uşaqlar üçün ciddi haldır – Valideynlərə XƏBƏRDARLIQ Cəmiyyət
  • Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta kurslarla bağlı ehtiyatlı olmağa çağırıb Ölkə
  • Dünyanın ən dadlı şorbaları açıqlandı – SİYAHI Dünya
  • İran Fars körfəzində hücumlarla bağlı ABŞ və İsrailə xəbərdarlıq edib Siyasət
  • Alimlər Pompeydəki qazıntılar zamanı itmiş məkana aparan gizli pilləkənlər tapdı Dünya
  • Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır Siyasət
  • Qaranlıqdakı gizli düşmən: Dünya əhalisinin yarısı 2050-də eynək taxacaq Dünya
  • Vaxtsız ölüm sevilən müəllimi aramızdan apardı Hadisə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by