Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • MİDA güzəştli mənzillərin satışına BAŞLADI Ölkə
  • Dünyanın ən bahalı evi görənləri heyran etdi  Dünya
  • Telefon və kompüter gözünüzü necə zədələyir? – Mavi işığın təhlükələri Cəmiyyət
  • Günün qəhərmanı o oldu – VİDEO Dünya
  • DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq? İdman
  • Çin maşınlarının liderlik dövrü BİTDİ: Yerini bu ölkənin avtomobilləri tutacaq İqtisadiyyat
  • Rusiyada telefon dələduzluğuna qarşı radikal addımlar atılır Dünya
  • Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edildi – YENİ TƏYİNAT Ölkə

Xankəndidə 27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

Posted on 27 Sentyabr 2026 By admin Şərh yoxdur Xankəndidə 27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

Xankəndi şəhərində 27 Sentyabr- Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

 Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır.

O, qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə Azərbaycanın müasir tarixinin ən mühüm səhifələrindən biri yazılıb. 44 gün davam edən müharibədə Azərbaycan xalqının həmrəyliyi, Ordumuzun gücü və Vətən uğrunda mübarizə əzmi bütün dünyaya nümayiş etdirilib.Çıxış zamanı qeyd olunub ki, Anım Günü yalnız hüzn və kədər günü deyil, həm də yaddaş, ehtiram və Vətən qarşısında məsuliyyət günüdür.

Şəhidlərin uğrunda canlarından keçdikləri dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması onların əziz xatirəsinə göstərilən ən böyük ehtiramdır.Vətən müharibəsi iştirakçısı, hazırda Qarabağ Universitetində təhsil alan İlqar İsgəndərli çıxışında Qarabağda həyatın yenidən qurulmasının, insanların doğma yurdlarına qayıtmasının böyük qürur hissi yaratdığını bildirib.

O, şəhidlərin xatirəsinin daim yaşadılmasının və onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.Şəhid qardaşı Asəf Cəfərov çıxış edərək 44 günlük Vətən müharibəsində qardaşı, şəhid Ruslan Cəfərovun göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan danışıb. O, bildirib ki, Ruslan Cəfərov Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Asəf Cəfərov şəhidlərin qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını, onların göstərdiyi fədakarlığın gələcək nəsillər üçün Vətən sevgisinin və sədaqətin nümunəsi olduğunu vurğulayıb.Tədbirdə çıxış edən şəhid ailəsi Əfsanə Məmmədova bildirib ki, şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. O, şəhid ailələrinə göstərilən diqqət və qayğının mühüm mənəvi dayaq olduğunu qeyd edərək, şəhidlərin Vətən uğrunda göstərdiyi fədakarlığın heç vaxt unudulmayacağını vurğulayıb.

Çıxışlarda vurğulanıb ki, bu gün Qarabağda həyatın yenidən canlanması, yeni şəhər və kəndlərin salınması, insanların doğma yurdlarına qayıtması Vətən müharibəsində əldə olunan Zəfərin davam edən tarixidir.Daha sonra tədbir iştirakçılarına Qarabağda aparılan bərpa-quruculuq işlərini, doğma yurdlarına qayıdan insanların həyatını və azad edilmiş ərazilərdə yenidən başlayan həyatı əks etdirən videoçarx nümayiş olunub.

 

 

Ölkə

Yazı naviqasiyası

Previous Post: DİN-in şəxsi heyəti Zəfər parkında olub
Next Post: İsveçrə milli komandasında qalmaqal: Caka və Embolo saxta COVID sənədi bədəlini necə ödədilər

Related Posts

  • İlham Əliyev “Bir kəmər, bir yol” layihəsinin önəmini qeyd etdi Ölkə
  • Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib Ölkə
  • Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram Ölkə
  • Vüsal Nəsirli onu özünə müşavir təyin etdi (FOTO) Ölkə
  • Zamirə Ədilova vəzifəsindən azad olundu Ölkə
  • Hövsanda qaz olmayacaq Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat
  • Region mətbuatı, təhsil və gənclik – Kamal Əhmədovla söhbət Cəmiyyət
  • Valideynin əsəb və gərginliyi uşağa necə keçir? Cəmiyyət
  •  B12 vitamini çatışmazlığının yeni nəticələri Cəmiyyət
  • “Kəpəz” Gəncədə “Qəbələ”ni məğlub etdi İdman
  • “Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı” Maraqlı
  • Azərbaycanda tanınmış musiqiçi VƏFAT ETDİ – FOTO Mədəniyyət
  • “Şou-biznesdəki əkizim Tünzalə Ağayevadır” Mədəniyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by