Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Yevlaxda növbəti iməclik. HEYDƏR ƏLİYEV PROSPEKTİ Ölkə
  • Mingəçevir liseyinin növbəti qürur mənbəyi: Burlaxatun qəbul imtahanında yüksək nəticə göstərdi Təhsil
  • Zelenski müsahibə zamanı ağladı – VİDEO Siyasət
  • 60 ildir səhnədədir – indi isə sədr oldu Mədəniyyət
  • Ukraynada “Yoxa çıxmış sivilizasiya — Diqqətdən kənarda qalan fəlakət” kitabı nəşr olunub Dünya
  • Milli Mətbuat Günü ərəfəsində: Mingəçevir Şəhər İcra Hakimiyyətindən media ilə əməkdaşlıq haqqında mühüm açıqlamalar Ölkə
  • LEYSAN MƏMMƏDOV – QARABAĞIN YENİDƏNQURMA MİSSİYASINA LAYİQİNCƏ XİDMƏT EDƏN RƏHBƏR Cəmiyyət
  • Hər beş dəqiqədə iki yeni diaqnoz: İranda xərçəng xəstəliyi ilə bağlı qorxunc statistika Dünya

Futbol, yoxsa biznes? – Dünya çempionatında reklam qalmaqalı böyüyür

Posted on 22 İyun 2026 By admin Şərh yoxdur Futbol, yoxsa biznes? – Dünya çempionatında reklam qalmaqalı böyüyür

Bir vaxtlar futbol sadəcə idman növü idi. İnsanlar məhəllələrindəki boş ərazilərdə topun arxasınca qaçır, klublar isə əsasən öz şəhərlərinin və ya hər hansı bölgənin simvolu hesab olunurdu. Bu gün futbol dünyanın ən böyük sənaye sahələrindən biridir. Milyardlarla avro dövriyyəsi olan transferlər, sponsor müqavilələri, yayım haqları, dayanmadan bir-birini əvəzləyən yeni-yeni marketinq layihələri oyunun iqtisadi tərəfini heç vaxt olmadığı qədər ön plana çıxarıb. Bəli, futbolun son illərdə ciddi şəkildə kommersiyalaşdığını inkar etmək çətindir

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Su, yoxsa reklam fasiləsi?

Hazırda bütün futbolsevərlərin diqqəti ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatına yönəlib. Bu üç ölkənin ev sahibliyi etdiyi mundial tarixdə ən böyük dünya çempionatı kimi yadda qalır. 48 komandanın mübarizə apardığı turnirdə meydanda baş verənlərlə yanaşı, FIFA-nın qəbul etdiyi qərarlardan biri də geniş müzakirə olunur.

Bu mundial əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənir. Onlardan biri oyunlarda məcburi su fasilələrinin tətbiq edilməsidir. İsti hava şəraiti nəzərə alınaraq FIFA hər hissədə bir dəfə olmaqla futbolçular üçün sərinləmə fasiləsi müəyyənləşdirib. Bu fasilələr 22-ci və 67-ci dəqiqələrdə verilir və 3 dəqiqə davam edir.

İlk baxışdan bu qərar futbolçuların sağlamlığının qorunmasına xidmət edən düzgün addım kimi görünür. Həqiqətən də, bəzi oyunlar yüksək temperatur şəraitində keçirilir. Ancaq bu vəziyyət bütün qarşılaşmalara aid deyil. Üstəlik, məlum olub ki, televiziya yayımçıları həmin fasilələr zamanı reklamlara yer ayırırlar. Məhz bu məqam bir çox azarkeşdə suallar yaradır. Çünki belə görünür ki, qərarın arxasında təkcə futbolçuların sağlamlığı deyil, kommersiya maraqları da dayanır. Bu isə futbolun getdikcə daha çox biznes qaydaları ilə idarə olunduğu barədə fikirləri yenidən gündəmə gətirir.

Oyunun ruhu üçün təhlükə

Futbol mütəxəssisləri, məşqçilər, keçmiş futbolçular və hətta hazırda karyerasını davam etdirən oyunçular da bu qərara etiraz ediblər. Ümumi fikir ondan ibarətdir ki, belə məcburi fasilələr oyunun gedişinə ciddi təsir göstərir və futbolun axıcılığını pozur.

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp bu mövzu ilə bağlı bildirib ki, belə addımlar oyunun ruhu üçün təhlükəlidir:

“Futbol kondisionerli ofislərdə oturan rəhbərlər tərəfindən girov götürülüb. Dünya çempionatı oyunu çay kimi axmalıdır. Bunun əvəzinə, reklamların keçə bilməsi üçün ortada bəndlər tikirik. Bu, oyunun ruhu üçün təhlükəlidir. Əvvəllər əsas tədbir oyun idi, amma indi reklam tamaşası üçün fon musiqisinə çevrilmək riski daşıyır”.

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino, Niderland yığmasının kapitanı Vircil van Dayk və Belçika millisinin yarımmüdafiəçisi Yuri Tielemans kimi dünya çempionatının aktiv iştirakçıları da bu qaydaya qarşı çıxıblar. Onların fikrincə, su fasiləsi yalnız həqiqətən zəruri olduqda, məsələn, hakim tərəfindən xüsusi hallarda verilməlidir. Hər oyunda sabit qayda kimi tətbiq olunması isə məntiqsiz görünür.

Eyni zamanda qeyd olunur ki, bu fasilələr oyunun ritmini pozur. Xüsusilə hücumda üstünlük qazanan və oyunun tempini ələ alan komandalar üçün bu dayanma mənfi təsir yaradır və əldə olunan üstünlüyün itirilməsinə səbəb ola bilər.

Hər şey daha çox pul üçün

Futbolçuların hüquqlarını qoruyan bir çox təşkilatlar illərdir artan oyun saylarına etiraz etsələr də, hələlik ciddi bir nəticə əldə olunmayıb. Əksinə, son dövrlərdə həm turnirlərin, həm də keçirilən oyunların sayı artmaqdadır. 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatı da bu tendensiyanın ən son və ən bariz nümunəsidir. Əvvəllər 32 komanda ilə təşkil olunan mundialın genişləndirilməsi daha çox oyun, daha çox sponsor, daha çox yayım və nəticə etibarilə daha çox gəlir deməkdir.

Proses təkcə dünya çempionatı ilə məhdudlaşmır.

Son illər Avropa futbolunda da oxşar mənzərə müşahidə olunur. UEFA Çempionlar Liqası və Avropa Liqasında komanda sayı artırılıb, yeni turnir kimi Konfrans Liqası yaradılıb. Eyni zamanda Avropa çempionatı daha geniş iştirakçı sayı ilə keçirilir. Bunlara əlavə olaraq Millətlər Liqası kimi yeni yarışlar da təqvimə daxil edilib. FIFA isə öz növbəsində müxtəlif yoldaşlıq xarakterli turnirlər təşkil edir. Klublararası dünya çempionatında da iştirakçı sayı artırılıb.

İndi futbolçular əvvəlkindən daha çox oyun yükü ilə üz-üzədirlər. Əsas ziddiyyətli məqam da burada üzə çıxır. Bir tərəfdən oyunda fasilə yaradılır ki, oyunçular su içə bilsinlər, digər tərəfdən hər il oyunların sayı daha da artırılır. Bu baxımdan, vəziyyət bir növ özünü inkar edir. Sağlamlığı qorumaq üçün tədbirlər görülür, amma eyni zamanda həmin sağlamlığı daha çox yükləyən qərarlar qəbul edilir.

Müasir futbolda kommersiya maraqları oyunun ən xırda detallarına belə təsir edir. Keçirilmə saatından tutmuş turnirlərin formatına, qarşılaşmaların sayından yayımlanma qaydalarına qədər bir çox qərar iqtisadi səmərəlilik əsasında verilir. Bu isə futbolun mahiyyətini dəyişir və romantik azarkeşlərin aşkar etirazlarına səbəb olur.

İdman

Yazı naviqasiyası

Previous Post: Bu ölkədə istilərə görə qırmızı təhlükə səviyyəsi elan edildi
Next Post: II Elizabetin sırğasını, Diananın qolbağını taxdı

Related Posts

  • “Qalatasaray”dan ayrıldı İdman
  • Alisson Bekker onların hədəfindədir İdman
  • Yamal Мessini geridə qoydu İdman
  • “Real Madrid” Arda Güler barədə QƏRARINI VERDİ – Türkiyəli futbolçu Madriddən ayrılır? İdman
  • Konfrans Liqası: “Dinamo” və “Qarabağ” matçı başladı – CANLI – YENİLƏNİR İdman
  • AFFA “Qarabağ” və “Sabah”ı sərt cəzalandırdı İdman

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Gəncədə azyaşlı qızdırmadan öldü Hadisə
  • Noyer rekorda imza atıb İdman
  • MDU və “Mingəçevir Tekstil” birgə elmi-tədqiqat və innovasiya layihələri həyata keçirəcək Təhsil
  • Mingəçevir məktəbliləri üçün növbəti maarifləndirici görüş təşkil olunub. Cəmiyyət
  • Cənubi Afrikada dabaq xəstəliyinə görə fəlakət vəziyyəti elan edilib Dünya
  • İrandan daha 27 nəfər Azərbaycana təxliyə edildi Ölkə
  • Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100% dolub: 1750 nəfər tələbə adını qazanıb Təhsil
  • Yaxın Şərqdə nə baş verir? – Dubaya uçuşlar ləğv olunur Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by