Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bu BÜRCLƏR xoşbəxtlik gətirir Maraqlı
  • “Gözümə gün düşdü” – Aşan avtobusun sürücüsü danışdı – VİDEO Hadisə
  • Uzunömürlülük kefiri hazırlanır Dünya
  • “İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir” Təhsil
  • Mingəçevir Modern Teatrında aktyorluq dərnəyi üzvlərinə sertifikatlar təqdim olunub Mədəniyyət
  • Aktyorun dəfnindən çıxıb pivə içməyə getdilər – FOTO Dünya
  • ABŞ-də paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı: 12 nəfər öldü Hadisə
  • UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir İdman

Ukraynada “Yoxa çıxmış sivilizasiya — Diqqətdən kənarda qalan fəlakət” kitabı nəşr olunub

Posted on 19 Sentyabr 2026 By admin Şərh yoxdur Ukraynada “Yoxa çıxmış sivilizasiya — Diqqətdən kənarda qalan fəlakət” kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin “Yoxa çıxmış sivilizasiya — Diqqətdən kənarda qalan fəlakət” (“Исчезнувшая цивилизация — Незамеченная Катастрофа”) adlı kitabı nəşr olunub.

Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü ilk ölkə olub. Bundan əvvəl kitabın materialları “perishedcivilization.com” xüsusi internet platformasında təqdim edilib. Nəşriyyat qrupunun planlarına kitabın növbəti mərhələdə Polşa, Almaniya, Baltikyanı ölkələr, Moldova, Qazaxıstan və Özbəkistanda nəşri daxildir.

Tədqiqat Azərbaycan xalqının əcdadlarının, eləcə də azərbaycanlıların müasir Ermənistan ərazisində, ilk növbədə tarixi İrəvan quberniyası və Zəngəzurda tarixindən bəhs edir.

Kitabda əhalisini əsrlər boyu müasir azərbaycanlıların əcdadlarının təşkil etdiyi şəhər və kəndlərin tarixi, onların bölgənin yerli mədəni simasının formalaşmasındakı rolu, eləcə də sonrakı demoqrafik dəyişikliklər, zorakılıq, qovulma və deportasiya prosesləri araşdırılır.

Müəllif bu ərazilərin türk keçmişinə dair günümüzədək gəlib çatan sübutlara — məscidlərə, qəbiristanlıqlara, qalalara, abidələrə və digər mədəni irs nümunələrinə xüsusi diqqət ayırır.

Araşdırmada qeyd olunur ki, çoxsaylı erməni, Rusiya, Fransa və digər mənbələrdə əksini tapan məlumatlar müasir azərbaycanlıların əcdadlarının əsrlər boyu regionun bir sıra ərazilərində yerli əhalinin əksəriyyətini təşkil etdiyini göstərir. Onlar yaşayış məntəqələrinin yaradılması və inkişafında iştirak edib, məscid və qalalar tikib, torpaqları becərib və həmin ərazilərin mədəni simasının formalaşmasına töhfə veriblər.

Müəllif azərbaycanlıların doğma yurdlarından sıxışdırılıb çıxarılması, qırğınlar və təşkil edilmiş deportasiyaların bir neçə dalğasını araşdırır. Kitabda bildirilir ki, bu proseslər nəticəsində yüz minlərlə azərbaycanlı öz evlərindən qovulub.

Bununla paralel olaraq, onların həmin ərazilərdə mövcudluğunu təsdiqləyən maddi izlərin — məscidlərin, qəbiristanlıqların, qalaların, abidələrin və digər mədəni irs obyektlərinin məhv edildiyi və ya adlarının dəyişdirildiyi qeyd olunur.

Kuzari bu icmanın yoxa çıxmasını yalnız abstrakt tarixi proses kimi deyil, insan və sivilizasiya faciəsi kimi təqdim edir. Kitabda əsrlər boyu həmin ərazilərdə yaşamış, daha sonra isə ardıcıl zorakılıq, qovulma və deportasiya dalğaları nəticəsində regiondan demək olar ki, tamamilə sıxışdırılıb çıxarılmış xalqın tarixi izlənilir.

Müəllif tədqiqatın əsas xüsusiyyətlərindən biri kimi geniş sübut bazasını göstərir. Əsərdə ümumilikdə 1 765 mənbə sistemləşdirilib. Bunların sırasında arxiv sənədləri, erməni müəlliflərinin tarixi əsərləri, çar Rusiyası və sovet dövrünə aid rəsmi sənədlər, Fransa diplomatik materialları və digər mənbələr yer alır.

Müəllif, həmçinin vurğulayır ki, tədqiqatın əsas sübut bazasının formalaşdırılması zamanı Azərbaycan və Türkiyə tarixşünaslığına məqsədli şəkildə əsas mənbə kimi istinad etməyib.

Kitabın çap versiyası geniş multimedia bazası ilə tamamlanıb.

Buraya müasir Ermənistan ərazisində türk varlığının günümüzədək qorunub saxlanmış izlərini sənədləşdirən sahə foto və videomaterialları daxildir. Onların arasında onlarla yaşayış məntəqəsində yerləşən məscid xarabalıqları, qalalar və qədim qəbiristanlıqlara dair materiallar var.

Bundan başqa, deportasiyaları yaşamış, doğma kəndləri, ənənələri və həyat tərzi barədə xatirələrini qoruyub saxlamış şəxslərlə silsilə videomüsahibələr təqdim edilir.

Layihədə XIV əsrdən XX əsrədək regionda baş verən hadisələrin xronologiyası da hazırlanıb. Bu xronologiya müəllifin Azərbaycan əhalisinin demoqrafik baxımdan sıxışdırılıb çıxarılması ilə əlaqələndirdiyi proseslərin ilkin şərtlərini və ardıcıllığını izləməyə imkan verir.

Tədqiqatın elektron versiyası, arxiv sənədləri, videoşahidliklər və digər materiallar layihənin internet saytında təqdim olunur.

Dünya

Yazı naviqasiyası

Previous Post: İsrail əsgərləri Livanda minaya düşdülər
Next Post: Bakıda turist hoteldə qarət edildi

Related Posts

  • Kəmaləddin Heydərovun ortağının şirkətində yoxlama aparılacaq: Xeyli miqdarda vergi borcu da var Dünya
  • İranda 500 saatdan çoxdur internet tam kəsilib Dünya
  • “Makron devrilib!” deyə qışqırdı, jandarmalara atəş açdı – Fransada inanılmaz hadisə Dünya
  • Alimlər Qədim Misir mumiyalarını qoxlamağa başladılar Dünya
  • Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını çağırdı Dünya
  • Dünyanın ən ölümcül raketləri Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Qvardiolanın növbəti hədəfi bəlli oldu İdman
  • Dünya çempionu olan boksçu tituldan məhrum edildi İdman
  • Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş Cəmiyyət
  • General Ermənistan pasportundan imtina etdi Dünya
  • Azərbaycan şahmatçısı beynəlxalq turnirdə qalib birinci oldu İdman
  • İranın səfiri Rusiyadan göndərilən humanitar yardıma dəstəyə görə Azərbaycana təşəkkür edib Siyasət
  • “Pis yola düşdüm, müğənni oldum” Dünya
  • Qurban Qurbanov: “Ola bilsin ki, futbolçular “Sabah”ın gücünü tam bilmirdilər” İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by