Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Azərbaycandan Ermənistana dizel göndərilib – YENİLƏNİB İqtisadiyyat
  • Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı İdman
  • “İrəvan sülhlə bağlı bəyanatlarını praktik müstəviyə keçirməlidir” Siyasət
  • Bu sahədə işləyənlər 4 000 manatdan çox maaş alırlar – SİYAHI İqtisadiyyat
  • Avtobus sürücüsünün görüntüləri müzakirə yaratdı – VİDEO Cəmiyyət
  • Polis Saatlıda əməliyyat keçirdi – Həbs edilənlər var – FOTO Kriminal
  • Best UK Casinos Accepting Skrill: A Complete Guide Blog
  • Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı Kriminal

Dayanıqlı region, güclü insan kapitalı: Mingəçevir Dövlət Universitetində növbəti “Məzun Günü” keçirilib

Posted on 1 İyul 20261 İyul 2026 By admin Şərh yoxdur Dayanıqlı region, güclü insan kapitalı: Mingəçevir Dövlət Universitetində növbəti “Məzun Günü” keçirilib

2026-cı il iyunun 30-da Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ili üzrə “Məzun Günü” tədbiri keçirilib. Universitetin əsas tədris binasında təşkil olunan tədbir məzunların tələbəlik həyatından peşəkar gələcəyə keçidini simvolizə edən unudulmaz anlarla yadda qalıb.


Geniş tərkibli iştirak və ehtiram mərasimi

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, şəhid ailələrinin üzvləri, veteranlar, hüquq-mühafizə orqanlarının nümayəndələri, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, Mingəçevir şəhər Təhsil Sektorunun rəhbərliyi, ümumtəhsil məktəblərinin direktorları, media nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbə və magistrantlar, məzunlar və onların valideynləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin əsas tədris binası qarşısında ucaldılmış büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.


“Məzun Günü” Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İlham İsmayılov: Universitet regionun inkişafında mühüm tərəfdaşdır

Tədbiri giriş nitqi ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məzunları, onların valideynlərini və universitet kollektivini təbrik edib.
Şəhər rəhbəri bildirib ki, Mingəçevir Dövlət Universiteti son illərdə yalnız regionun ali təhsil müəssisəsi kimi deyil, həm də şəhərin sosial-iqtisadi, mədəni və intellektual inkişafına töhfə verən mühüm tərəfdaş kimi formalaşıb. Onun sözlərinə görə, universitetin yetişdirdiyi mütəxəssislər insan kapitalının gücləndirilməsində və müasir biliklərə əsaslanan cəmiyyətin qurulmasında mühüm rol oynayırlar.
İlham İsmayılov vurğulayıb ki, bu gün diplom alan gənclər yalnız ali təhsilini başa vurmur, həm də böyük məsuliyyət daşımağa başlayırlar. O, məzunlara peşə fəaliyyətlərində milli-mənəvi dəyərlərə sadiq qalmağı, sosial məsuliyyət hissini qorumağı və ölkənin inkişafına layiqli töhfələr verməyi arzulayıb.

Qonaqlar məzunları təbrik etdilər

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında məzunları təbrik edərək bildirib ki, ali təhsil yalnız peşə hazırlığı deyil, həm də vətəndaş mövqeyinin və şəxsiyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. O, MDU-nun son illərdə regionda yüksək ixtisaslı kadr hazırlığı istiqamətində mühüm uğurlar qazandığını qeyd edib.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova da məzunları təbrik edərək gənclərin sosial məsuliyyətli, təşəbbüskar və fəal yetişməsinin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. O, universitetdə tələbəyönümlü mühitin formalaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Tədbirdə həmçinin Türkiyənin Gümüşhane Universitetinin rektoru Prof. Dr. Oktay Yıldızın Mingəçevir Dövlət Universitetinin məzunlarına ünvanladığı təbrik videomüraciət nümayiş etdirilib.

Fəal tələbələr və şəhid ailəsi üzvləri də təltif olundu

Tədbirdə universitet həyatında fəallığı, ictimai təşəbbüskarlığı və tələbə təşkilatlarındakı aktiv fəaliyyətinə görə 13 tələbə və magistrant mükafatlandırılıb.
Bununla yanaşı, universitetin veteran və şəhid ailəsi üzvü olan məzunlarına da xüsusi diqqət göstərilərək onlar təltif olunublar. Bu məqam tədbirə həm qürur, həm də dərin mənəvi məsuliyyət ovqatı bəxş edib.

Bayram əhval-ruhiyyəsi ilə başa çatan tədbir

Təltif mərasimindən sonra “Məzun Günü” bədii proqramla davam edib.
Konsert proqramında Habil Məmmədov və tələbələri, musiqiçi Hikmət Poladzadə (Qara Dərviş) və Mərdan Kazımov çıxış ediblər. Musiqili proqram məzunların sevinci, valideynlərin qüruru və universitet kollektivinin həyəcanı ilə birləşərək tədbirə xüsusi bayram ab-havası bəxş edib.


1092 məzun yeni həyata qədəm qoyur

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə 955 nəfər, magistratura səviyyəsi üzrə isə 137 nəfər olmaqla, ümumilikdə 1092 nəfər məzun olur. Bu məzunlar artıq əldə etdikləri bilik və bacarıqlarla ölkənin və regionun inkişafına töhfə verməyə hazırlaşırlar.

Esmira Hidayətova Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: MDU-dan Azərbaycanda ilk: Süni intellekt müəllim seçiminə cəlb olunur
Next Post: Mingəçevirdə Azərbaycan Polisi Günü münasibətilə təntənəli tədbir keçirilib, fərqlənən əməkdaşlar təltif olunublar

Related Posts

  • Xaricdə təhsil üzrə Dövlət Proqramının namizədləri ən çox hansı ölkələri seçiblər? Təhsil
  • MDU-nun Rektordan yeni təyinatlar – SİYAHI Təhsil
  • Bu gün imtahan var – YENİLƏNİB Təhsil
  • Baharın müjdəsi, birlik və mərhəmət bayramları – Rektor Anar Eminovdan təbrik mesajı Təhsil
  • “İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir” Təhsil
  • Mingəçevirli müəllim və şagird Üzeyir Hacıbəyli Festivalının səhnəsində – Qürurverici uğur Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bu çaydan boya çıxdı – ALMAYIN- FOTO İqtisadiyyat
  • Livanda İsrail hücumlarının qurbanlarının sayı açıqlandı Siyasət
  • Moskvadan Bakıya uçan təyyarənin geri qayıtma səbəbi açıqlandı Ölkə
  • İnfantino ilə bağlı qərar dəyişdi İdman
  • Azərbaycanda 63 yaşlı qadın illər sonra ana oldu – VİDEO Cəmiyyət
  • Müharibə bu tarixədək bitəcək – İran Siyasət
  • How to Verify a Casino Payout Speed in Australia Blog
  • Sumqayıtda fərdi ev tam yanıb Hadisə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by