Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşdu – VİDEO Hadisə
  • “Biri ilə çay içirəm, başqa yerə yozur” Cəmiyyət
  • Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü Hadisə
  • Hərbi qulluqçuların maaşlarının məbləğində dəyişiklik təsdiqləndi İqtisadiyyat
  • Sumqayıtda DƏHŞƏT: qəbiristanlıqda gənc oğlanın meyiti tapıldı Hadisə
  • Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu Ölkə
  • Yamal Mbappe və Keynə söz atdı – Dünya futbolunda “Qızıl top” savaşı İdman
  • Xaricdə təhsil üzrə Dövlət Proqramının namizədləri ən çox hansı ölkələri seçiblər? Təhsil

Dövlət qulluqçuları yenidən imtahan verəcək? – RƏSMİ AÇIQLAMA

Posted on 1 Oktyabr 2026 By admin Şərh yoxdur Dövlət qulluqçuları yenidən imtahan verəcək? – RƏSMİ AÇIQLAMA

Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi məqsədilə növbəti sertifikat almaq üçün imtahan vermək tələbi əksini tapmayıb.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid deyib.

Şöbə müdiri bildirib ki, yeni Dövlət Qulluğu Məcəlləsində işə qəbul zamanı sertifikat tələbi var, dövlət qulluğunda fəaliyyəti davam etdirmək üçün isə sertifikata ehtiyac olmayacaq: “Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndirmə ilə nəzərə alınacaq”.

Qeyd edək ki, “Dövlət qulluğu haqqında” hazırda qüvvədə olan qanunun 28-1-ci maddəsi dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi qaydasını müəyyən edir.

Maddəyə əsasən, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.

Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə müddətsiz verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb oluna bilməz.

Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində isə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün imtahan verilməsi barədə müddəa yoxdur.

Əlavə edək ki, Azərbaycanda yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb.

Layihə 15 fəsil, 94 maddədən ibarətdir.

Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindikdən sonra 6 qanun – “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında”, “Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlar ləğv ediləcək.

Dövlət Qulluğu Məcəlləsinin layihəsi Milli Məclisin sentyabrın 30-da keçirilmiş plenar iclasında birinci oxunuşda qəbul olunub.

Ölkə

Yazı naviqasiyası

Previous Post: İcra başçısı sürücüyə yeni vəzifə verdi
Next Post: Sonrakı yazı

Related Posts

  • Hövsanın su təchizatında fasilə yaranıb – SƏBƏB NƏDİR? Ölkə
  • Ramazanın 15-ci gününün imsak, iftar vaxtı Ölkə
  • WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib Ölkə
  • Dunkan Norman Azərbaycan xalqını təbrik edib Ölkə
  • Ötən ilin  inflyasiyası bu qədər olub Ölkə
  • MİDA güzəştli mənzillərin satışına BAŞLADI Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Təcili yardım çağıranlar üçün mühüm xəbərdarlıq Cəmiyyət
  • Fermerin becərdiyi məhsul satılmalıdır, satılmasa üzü gülməz – Deputat Cəmiyyət
  • Netanyahu növbədənkənar seçkilərə gedə bilər – KİV Dünya
  • Azərbaycan qəhvə ixracına çəkdiyi xərci artırıb Ölkə
  • Qisasını qardaşı arvadının maşınından aldı – Bakıda qəribə ailə münaqişəsi Cəmiyyət
  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Tbilisidə keçirilən XVI Regional Dayanıqlı İnkişaf Forumunda iştirak edir. Cəmiyyət
  • Cómo funciona el programa de puntos VIP en los casinos online Blog
  • Ərdoğana sui-qəsd cəhdi: Terrorçu tutuldu Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by