Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Zaur ilk dəfə verilişinin bağlanmasından danışdı Mədəniyyət
  • Same-Day Neosurf Withdrawals: Which Australian Casinos Actually Deliver Blog
  • Neməti əldə etmək asandır, nemətin içində insan qalmaq isə hər kəsə nəsib olmur Cəmiyyət
  • Les meilleures méthodes de retrait rapide pour vos gains de casino Blog
  • DİN-dən əməliyyat – Borcunu qaytarmayan 101 nəfər tutuldu Kriminal
  • Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ Cəmiyyət
  • Bu günə olan valyuta məzənnələri  İqtisadiyyat
  • Tramp İrana qarşı şərt qoydu Siyasət

“Azərbaycanda gördüklərim məni sevincdən ağlatdı” – Balkhisa Bashir

Posted on 19 May 2026 By admin Şərh yoxdur “Azərbaycanda gördüklərim məni sevincdən ağlatdı” – Balkhisa Bashir

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edən Balkhisa Bashir Bizimyol.info-ya açıqlamasında Azərbaycanda gördüyü sosial layihələrdən və infrastruktur inkişafından dərin təsirləndiyini bildirib.

Barwaqa Relief Organizationın direktoru olan Balkhisa Bashir qeyd edib ki, təşkilat əsasən Şərqi Afrikada, xüsusilə Kenyada yerli və marginal icmalarla işləyir. O bildirib ki, forumda iştirak etmək və öz sessiyalarını keçirmək imkanı əldə etdiklərinə görə Azərbaycan rəhbərliyinə minnətdardır. Balkhisa Bashirin sözlərinə görə, forum başlamazdan əvvəl onlar müharibə nəticəsində məcburi köçkün olmuş şəxslər üçün yaradılmış yaşayış məntəqələrinə səfər ediblər.

O qeyd edib ki, burada gördükləri onu heyrətləndirib. “Evlər insanlara tamamilə pulsuz təqdim olunub. Mənzillər özünütəmin edən şəkildə qurulub. Hər evdə sanitar qovşağı, su təminatı, bağ sahəsi var. İnsanların yaxınlığında xəstəxanalar, məktəblər fəaliyyət göstərir. Uşaq bağçasından universitetə qədər təhsil pulsuzdur”, – deyə o bildirib.

Balkhisa Bashir vurğulayıb ki, məcburi köçkünlər üçün yaradılmış şərait yalnız yaşayışla məhdudlaşmır. Onun sözlərinə görə, burada insanlar üçün iş imkanları da yaradılıb və bütün xidmətlər inklüziv şəkildə təşkil olunub.

O qeyd edib ki, Azərbaycanda gördüyü model digər ölkələr üçün də nümunə ola bilər: “Dünyada bir çox ölkələr milyardlarla vəsaiti müharibələrə və dağıntılara xərcləyir. Amma burada insanların rifahı, yaşayışı və gələcəyi üçün investisiya qoyulduğunu gördüm. Bu, çox böyük bir mirasdır”, – deyə o əlavə edib.

Balkhisa Bashir bildirib ki, universitetlərdə gördüyü texnologiya və innovasiya imkanları da onu təsirləndirib.

O qeyd edib ki, tələbələrlə söhbət zamanı onların təhsil üçün heç bir ödəniş etmədiyini öyrənib. “Bu mənzərəni görəndə sevincdən ağladım. Çünki həyatımda ilk dəfə idi ki, bir dövlət rəhbərinin öz xalqı üçün bu qədər genişmiqyaslı sosial təminat yaratdığını görürdüm”, – deyə o bildirib. Sonda Balkhisa Bashir digər dünya liderlərini də Azərbaycana gələrək burada həyata keçirilən sosial layihələrlə tanış olmağa çağırıb.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Paytaxtın bu ərazilərində qaz olmayacaq
Next Post: 8 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü

Related Posts

  • Bu şəxslərə EV verilə bilər – Qanun nə deyir? Ölkə
  • AAYDA: Bibiheybət yolunda bərpa işlərinə başlanılıb Ölkə
  • Sabah çimərliklərdə hava necə olacaq? Ölkə
  • Deputat: Çalışmalıyıq ki, yerli süni intellektlə bağlı proqramlar yaradılsın Ölkə
  • Müharibədən sülhə: Azərbaycan reallığı necə dəyişdi? Ölkə
  • Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Dibinə heç kim çatmayıb: Dünyanın ən dərin şirin su mağarası Maraqlı
  • Şahruddin Səudiyyə Ərəbistanına gedib Zubirlə görüşdü İdman
  • Dünyada ərzaq qiyməti ucuzlaşır İqtisadiyyat
  • Azərbaycan nefti cüzi ucuzlaşıb İqtisadiyyat
  • Netanyahunun mətbuat katibi istefa verir Dünya
  • Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir Ölkə
  • 30 ildən sonra Horovlu Baharı azad şəkildə qarşıladı – FOTOLAR Ölkə
  • Güclü geomaqnit qasırğası gəlir – Bu tarixlərdə Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by