Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Azərbaycan gimnastları qızıl və gümüş medallar qazanıblar İdman
  • 300 bal toplasa da – Adı siyahıda yoxdur Təhsil
  • Pünhan Əlizadəyə yüksək vəzifə VERİLDİ Ölkə
  • Su çəni rəngləyən kişi zəhərlənib öldü Hadisə
  • Əfv sərəncamının icrası başa çatdı – YENİLƏNİB Cəmiyyət
  • Rusiyada bu şəxslərin 18 yaşına çatmış övladları ölkədən ÇIXARILA BİLƏR Dünya
  • Siyasət
  • Məşhur professor 50 kq arıqladı Maraqlı

Qədim dənizçilər ac qalsalar da, okeandan balıq tutub yemirdilər – Səbəb nə idi?

Posted on 29 İyun 2026 By admin Şərh yoxdur Qədim dənizçilər ac qalsalar da, okeandan balıq tutub yemirdilər – Səbəb nə idi?

Böyük coğrafi kəşflər dövrünə dair kitablarda tez-tez qeyd olunur ki, Fernan Maqellanın ilk dünya səyahətində iştirak edən dənizçilər açıq okeanda bəzən aclıq çəkir, hətta ayaqqabılarını yeməyə məcbur qalırdılar. İlk baxışdan problemin ən məntiqli həlli okeandan balıq tutub yemək kimi görünsə də, bunun qarşısını alan ciddi səbəblər var idi.

“Liked.hu” portalında dərc olunan və “Ma tudtam meg”ə istinad edən materiala görə, yelkənli gəmilərin heyətləri əvvəllər təzə tutulmuş okean balıqlarını yeməkdən çəkinirdilər.

Bunun əsas səbəblərindən biri ispan və portuqaliyalı dənizçilərin əvvəllər avropalıların üzmədiyi tamamilə naməlum sularda səyahət etməsi idi. Müasir biologiya okeanlarda 40 mindən çox balıq növünü fərqləndirsə də, həmin dövrün dənizçiləri hansı növlərin təhlükəli, hansılarının isə təhlükəsiz olduğunu bilmirdilər.

Bu gün də dənizçilər üçün ən ciddi təhlükələrdən biri tropik balıqlarda rast gəlinən siquatoksin adlı zəhərin törətdiyi siquatera xəstəliyidir. Ağır və bəzən ölümcül nəticələrə səbəb olan bu xəstəliyin hansı balıq növləri ilə əlaqəli olduğu hazırda məlumdur. Lakin yüzilliklər əvvəl heç bir gəmi kapitanı ekipajının həyatını riskə atmaq istəmədiyindən, okean balıqlarının yeyilməsi qadağan edilirdi.

Mənbənin məlumatına görə, bəzi ispan dənizçiləri tutduqları balığın üzərinə gümüş xaç qoyaraq onun guya yeməli hala gəldiyinə inanırdılar. Balığın təhlükəsizliyini yoxlamaq üçün isə bəzən onun kiçik hissələrini qağayılara atır və ya milçəklərin üstünə qonmasını gözləyirdilər. Ancaq açıq okeanda nə qağayı, nə də milçək tapmaq mümkün olurdu.

Bundan əlavə, qədim dənizçilər çoxlu balıq yeməyin sağlamlığa mənfi təsir göstərə biləcəyini də müşahidə etmişdilər. Alimlər sonradan bunun bəzi mikroelementlərin, o cümlədən fosforun, eləcə də A vitamininin həddindən artıq qəbulundan qaynaqlandığını müəyyən ediblər.

Digər problem isə balığın hazırlanması idi. Gəmidə nə odun, nə də soba olduğundan balığı qızartmaq mümkün deyildi. Onun təmizlənməsi və bişirilməsi isə gəmidə ən qiymətli ehtiyatlardan sayılan şirin suyun xeyli hissəsini tələb edirdi.

“Ma tudtam meg” əlavə edir ki, hətta tamamilə yeməli olsa belə, ekzotik və orqanizm üçün alışılmamış balıqların qəbulu mədə-bağırsaq pozğunluqlarına səbəb ola bilərdi. Belə bir vəziyyət isə uzun səfərdə heç bir kapitanın arzulamadığı problem idi.

Dənizçilər arasında müxtəlif xurafatlar da mövcud idi. Məsələn, bir çoxu akulaları dənizin leşyeyənləri hesab etdiyi üçün onları yemirdi. Delfinlər isə dənizin uğur rəmzi sayıldığından onların ovlanması və yeyilməsi qadağan olunmuşdu.

Saqrasso dənizindən niyə çəkinirdilər?

Tarixi mənbələrə görə, qədim dənizçilər Atlantik okeanındakı Saqrasso dənizinə daxil olmaqdan da ehtiyat edirdilər. Yüzilliklər boyu bu ərazi sirli sular kimi tanınıb və bəziləri onu hətta “gəmilərin qəbiristanlığı” adlandırıb.

Bunun əsas səbəblərindən biri Saqrasso dənizinin daxilində yerləşən məşhur Bermud üçbucağı ilə bağlı yaranmış əfsanələr idi. İtkin düşən gəmilər və insanlar, duman üzərində görünən müəmmalı siluetlər, qəribə səslər və işıq parıltıları haqqında rəvayətlər bu bölgənin uzun illər qorxu mənbəyinə çevrilməsinə səbəb olmuşdu.

Maraqlı

Yazı naviqasiyası

Previous Post: ABŞ və İran razılığa gəldi
Next Post: Saqqızın tərkibindəki bu maddə faydalı imiş..

Related Posts

  • Dibinə heç kim çatmayıb: Dünyanın ən dərin şirin su mağarası Maraqlı
  • Günəşdə güclü alışma baş verib Maraqlı
  • Əczaçı milyonlarla insanın hər həftə yediyi “dünyanın ən təhlükəli məhsulu”nu açıqladı Maraqlı
  • Telefona cavab verməmək xarakteriniz barədə nə deyir? Maraqlı
  • Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu Maraqlı
  • Avqustda pulu tükənməyəcək bürclər Maraqlı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanda vəkillərin sayı açıqlanıb Ölkə
  • Şəxsi təyyarə qəzaya uğradı, iki milyonçu öldü Dünya
  • “Brent” markalı neft sürətlə bahalaşır İqtisadiyyat
  • BƏƏ: İran təhdidləri qarşısında müdafiəyə hazırıq Siyasət
  • Mingəçevirdə “Azərenerji” ASC və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Oktyabr – Energetiklər Gününə həsr olunan tədbir keçirilib. Cəmiyyət
  • Putin İlham Əliyevə təşəkkür etdi Siyasət
  • Əliyar Ağayevin səhv qərar verdiyi TƏSDİQLƏNDİ: 2-si də penaltidir İdman
  • “Öldüyünə sevinirəm, artıq günahsız insanlara zərər verə bilməyəcək” – FOTO Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by