Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Sarıkökün bu faydalarını bilirdiniz? Cəmiyyət
  • Mingəçevirdə İlaxır Çərşənbə böyük coşqu ilə qeyd olundu Cəmiyyət
  • Buraxılış imtahanının nəticələri elan olundu Təhsil
  • Kostanyan: Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir Dünya
  • Azərbaycanda ən çox maaş alan qadınlar hansı sahələrdə çalışırlar? – MƏBLƏĞ Cəmiyyət
  • Pulunu ala bilməyən usta hördüyü divarı dağıtdı – VİDEO Cəmiyyət
  • ABŞ-nin Yaxın Şərq üçün növbəti planı nədir? – Amerika nəşri Siyasət
  • İran dövriyyəyə yeni əskinas buraxdı Dünya

Yayda bu qidalar uşaqlar üçün risk yarada bilər – Pediatrdan XƏBƏRDARLIQ

Posted on 16 May 2026 By admin Şərh yoxdur Yayda bu qidalar uşaqlar üçün risk yarada bilər – Pediatrdan XƏBƏRDARLIQ

Havaların istiləşməsi ilə birlikdə qida məhsullarının xarab olma riski də artır. Xüsusilə immun sistemi həssas olduğundan yay aylarında uşaqlar arasında qida zəhərlənməsi halları daha çox müşahidə olunur. Açıq havada satılan qidalar, düzgün saxlanılmayan süd məhsuları, tez xarab olan yeməklər və gigiyena qaydalarına əməl olunmaması valideynləri ciddi təhlükələrlə üz-üzə qoyur.

Bəs uşaqları yayda qida zəhərlənməsindən qorumaq üçün nələrə diqqət edilməlidir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan pediatr Şəlalə Poluxova bildirir ki, isti hava şəraitində bakteriyalar sürətlə artdığı üçün uşaqlarda zəhərlənmə daha çox baş verir:

“Yay aylarında uşaqlar və böyüklər arasında qida zəhərlənmələri daha çox müşahidə olunur. Bunun da səbəbi havanın istiləşməsi,  temperaturun qalxması ilə bağlıdır. İsti mühitdə bakteriyalar daha sürətlə artmağa başlayır. Buna görə də qida zəhərlənmələrinə gətirib çıxarır. Burada valideynlərin diqqət etməli olduğu bir neçə məqam var. Yay üçün mayonezli salatlar, şirniyyatlar, ət və ət məhsulları ( xüsusən yaxşı bişməmiş), balıq və digər dəniz məhsulları, açıq havada satılan, günəş şüalarına məruz qalan, uzunmüddətli otaq temperaturunda qalan qidalar təhlükəli sayılır.

Valideynlər marketdən aldıqları balıq, süd, ət məhsullarının təzə olması, balığın qoxusunun kəskin olmaması, güvənli yerlərdən alınmasına da fikir verməlidirlər. Burada əsas məqam ət və süd məhsullarında soyuq zəncir qırılmalarıdır. Buz tutan məhsul otaq temperaturunda saxlanılır, təkrar dondurulursa bu artıq təhlükəlidir. Soyuq zəncir qırılarsa bu, məhsulun pozulmasına, nəticədə qida zəhərlənməsinə gətirib çıxara bilər. Tətilə gedərkən isə qidaları mümkün qədər soyuducu çantalarda saxlamaq daha yaxşı olar. Nəzərə alsaq ki, uşaqların immunsistemi böyüklərlə müqayisədə daha zəifdir, uşaqlarda qida zəhərlənməsi daha kəskin və ciddi simptomlarla gedir”.

Bəs bu simptomlar hansılardır və hansı vəziyyətdə valideynlər həkimə müraciət etməlidirlər?
Pediatr valideynlərə müraciət edərək bildirir ki, uşaqlarda, xüsusən körpələrdə qusma çox olarsa həkimə müraciət olunmalıdır:

“Uşaqlarda qida zəhərlənməsinin ilk əlamətləri ürəkbulanma qusma, qarında şiddətli ağrılar ishal kimi əlamətlərlə görülür. Bəzən qusma və ishal o həddə çatır ki, uşaqda “susuzlaşma” dediyimiz dehidratasiyaya gətirib çıxarır. Xüsusən uşaq körpədirsə, bir neçə dəfədən artıq qusmadan sonra dehidratasiya inkişaf etdiyi üçün uşaq susuz qala bilir. Bu öz növbəsində nəinki susuz qalma, elektrolit itkisinə (bədənin düzgün işləməsi üçün vacib olan mineral və duzların səviyyəsinin normadan aşağı düşməsi) gətirib çıxara bilər. Bu vəziyyət də olduqca təhlükəlidir. Valideynlər buna diqqət yetirməli, uşaqlar çox qusan zaman evdə saxlamaq əvəzinə həkimə müraciət etməlidirlər”.

Həkim onu da qeyd edib ki, xüsusilə yay fəslində qidaları otaq temperaturunda bir saat, soyuducuda isə iki gündən artıq saxlamaq məsləhət deyil:

“Ola bilər ki, valideyn yeməyin dadında və qoxusunda dəyişiklik hiss etməyib hər şeyin qaydasında olduğunu düşünür. Bu o demək deyil ki, qida zərərsizdir. Nəzərdə saxlayaq ki, yeməyin dadını, qoxusunu dəyişməyən bakteriyalar var ki, ciddi zəhərlənməyə gətirib çıxara bilir”, – deyə pediatr valideynlərə təhlükəsizlik və gigiyeniya qaydalarına əməl etməyi məsləhət görüb.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Azərbaycan və UN-Habitat WUF13 standartlarının gələcəkdə tətbiqi ilə bağlı Niyyət Məktubu imzalayıb
Next Post: WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib

Related Posts

  • Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun başsağlığı Cəmiyyət
  • Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib Cəmiyyət
  • 90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar? – Psixoloq cavabları açıqladı Cəmiyyət
  • Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş AÇIQLANDI Cəmiyyət
  • Polis rəisinin iştirakı ilə Mingəçevir məktəblərində görüşlər davam edir Cəmiyyət
  • Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Güclü geomaqnit qasırğası gəlir – Bu tarixlərdə Ölkə
  • Xamneyinin ölümündən sonra Kərkükdə təhsil iki günlük dayandırılıb Dünya
  • Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi – 600 mindən çox vergi borcu da var Ölkə
  • 60 mindən çox köçkünün müavinəti kəsilib Ölkə
  • Məktəbdə insident: Müəllim valideyni döydü Təhsil
  • Zamirə Ədilova vəzifəsindən azad olundu Ölkə
  • Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub – YENİLƏNİB Siyasət
  • Mingəçevirdə uzun illər məktəb direktoru olmuş Yaqub Babayev vəfat edib Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by