Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Bu gün adının mənasını düşünən şagird sabah düzgün ad seçəcək” Təhsil
  • Neftin qiyməti ABŞ-ın təsiri ilə 150 dollara qədər arta bilər – “Bloomberg” İqtisadiyyat
  • Türkiyə XİN İsrailin hücumlarını pislədi Siyasət
  • Mingəçevir Modern Teatrında aktyorluq dərnəyi üzvlərinə sertifikatlar təqdim olunub Mədəniyyət
  • Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat
  • Azərbaycan gimnastları qızıl və gümüş medallar qazanıblar İdman
  • Araşdırma: Maço ölkələr daha bədbəxtdir Dünya
  • KİV: İranda toplaşan PKK terrorçuları Türkiyə və Azərbaycan üçün təhlükə yaradır Siyasət

Mingəçevirdə İlaxır Çərşənbə böyük coşqu ilə qeyd olundu

Posted on 17 Mart 202617 Mart 2026 By admin Şərh yoxdur Mingəçevirdə İlaxır Çərşənbə böyük coşqu ilə qeyd olundu

Martın 17-də Mingəçevir şəhərinin Az.İES yaşayış massivində yerləşən şəhər Mədəniyyət Mərkəzinin qarşısında İlaxır çərşənbə münasibətilə geniş bayram tədbiri təşkil olunub. Baharın gəlişini, yenilənmə və dirçəlişi simvolizə edən bu əlamətdar gün münasibətilə keçirilən tədbir şəhər sakinlərinin böyük marağı ilə qarşılanıb.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.

Bayram şənliyi milli ənənələrə uyğun şəkildə təşkil olunaraq, iştirakçılara unudulmaz anlar yaşadıb.
Tədbir çərçivəsində qədim türk mədəniyyətinin rəmzi obrazları olan Dədə Qorqud və Bahar qızı səhnəyə çıxaraq şəhər sakinlərini İlaxır çərşənbə münasibətilə səmimi qəlbdən təbrik ediblər, onlara bolluq, ruzi-bərəkət və firavanlıq arzulayıblar.
Bayram proqramı daha sonra xalq arasında sevilən Keçəl və Kosa obrazlarının məzəli səhnəcikləri ilə davam edib. Onların şən və maraqlı çıxışları tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib, xüsusilə uşaqların böyük sevincinə səbəb olub.


Şənlik musiqi kollektivlərinin təqdim etdiyi rəngarəng konsert proqramı ilə davam etdirilib. Milli musiqilər, rəqslər və ifalar bayram ab-havasını daha da yüksəldərək tədbirə xüsusi rəng qatıb. Axşam boyu davam edən konsert proqramı şəhər sakinlərinə əsl bayram ovqatı yaşadıb.
Beləliklə, Mingəçevirdə keçirilən İlaxır çərşənbə tədbiri qədim milli adət-ənənələrimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edib və iştirakçılara xoş xatirələrlə yadda qalıb.

Esmira Hidayətova, Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta kurslarla bağlı ehtiyatlı olmağa çağırıb
Next Post: Mingəçevir Dövlət Universitetində “Novruz Ənənəsi: Baharın Yaşıl Nəfəsi” adlı ədəbi-bədii tədbir keçirilib

Related Posts

  • Mingəçevirdə musiqi məktəbinin direktoru istefa verdi Cəmiyyət
  • Azərbaycanda elektrik oyuncaqlar üçün texniki reqlament hazırlanıb Cəmiyyət
  • Mətbuatın 151-ci ildönümü Mingəçevirdə coşquyla qeyd olundu: İcra Hakimiyyətində önəmli görüş Cəmiyyət
  • Fakültə birincisi Nuray Mustafazadə: “MDU mənim üçün sadəcə universitet deyil, böyük bir ailədir” Cəmiyyət
  • Dəhlizdə bu 5 əşyanı saxlamayın – Uğurun qarşısını kəsir Cəmiyyət
  • Mingəçevirdə binaların fasadları yenilənir: sakinlərə çağırış edildi Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Vahid geyim məktəblərdə belə görüntülərə səbəb olur – VİDEO Təhsil
  • Mingəçevirdə kommunal xidmətlərin gücləndirilməsi istiqamətində yeni texnika istifadəyə verildi Cəmiyyət
  • Sinəsində şiş AŞKARLANDI Mədəniyyət
  • Məşhur aktyor son vəziyyəti ilə bağlı açıqlama verdi Mədəniyyət
  • Pezeşkian bütün icra orqanlarına təcili tapşırıq verdi Dünya
  • Délais de vérification d’identité sur les casinos en ligne : ce qu’il faut savoir Blog
  • Amerikalı jurnalist Bağdadda oğurlanıb Dünya
  • Bu qidalar böyrək daşı yaradır Maraqlı

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by