Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • MDU və “Mingəçevir Tekstil” birgə elmi-tədqiqat və innovasiya layihələri həyata keçirəcək Təhsil
  • Xankəndidə 27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib – FOTO Ölkə
  • Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəldi Siyasət
  • Sabah 1600 abonentin qazı kəsiləcək Ölkə
  • Şəhid anası qızına böyrəyini donor kimi bağışladı – FOTO Ölkə
  • SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bu yolda sıxlıq yaranıb Cəmiyyət
  • Rusiya dayansa, dayanarıq – Zelenski Siyasət
  • “Qarabağ” – “Tvente” matçına hakim təyinatı oldu İdman

Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş AÇIQLANDI

Posted on 13 Mart 2026 By admin Şərh yoxdur Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş AÇIQLANDI

Sürücülər arasında daha çox müşahidə olunan bəzi təhlükəli vərdişlər açıqlanıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev danışıb.

R.Tağıyev bildirib ki, yol hərəkətində təhlükəsizlik təkcə qaydaların mövcudluğu ilə deyil, həmin qaydalara əməl olunması ilə təmin edilir:

“Təəssüf ki, bəzi hallarda sürücülər tərəfindən yol verilən diqqətsiz və məsuliyyətsiz davranışlar yollarda riskli vəziyyətlərin yaranmasına səbəb olur. Bəzən sürücülər bu davranışların təhlükəli olduğunu hiss etməsələr də, məhz belə vərdişlər bir çox yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə zəmin yaradır”.

Şöbə rəisinin sözlərinə görə, yol hərəkətində təhlükəsizlik yalnız bir nəfərin deyil, bütün hərəkət iştirakçılarının məsuliyyətindən asılıdır: “Sükan arxasında verilən hər qərar, edilən hər manevr həm sürücünün özünün, həm də digər insanların həyatına birbaşa təsir göstərir. Bu baxımdan bəzi vərdişlər var ki, onlar xüsusilə riskli hesab olunur və yollarda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur”.

O, sürücülər arasında daha çox rast gəlinən təhlükəli vərdişləri sadalayıb:

– Sükan arxasında telefondan istifadə etmək – mesaj yazmaq, sosial şəbəkələrə baxmaq və ya telefonla danışmaq sürücünün diqqətini yoldan yayındırır və qəza riskini əhəmiyyətli dərəcədə artırır.

– Ara məsafəsini düzgün saxlamamaq – xüsusilə sıx hərəkət şəraitində nəqliyyat vasitələrinin bir-birinə həddindən artıq yaxın məsafədə hərəkət etməsi çox vaxt toqquşmalarla nəticələnir.

– Sürət həddini aşmaq – yüksək sürət nəqliyyat vasitəsi üzərində nəzarəti çətinləşdirir, eyni zamanda hadisə baş verdiyi zaman nəticələrin daha ağır olmasına səbəb olur.

– Yorğun və yuxusuz halda avtomobil idarə etmək – uzun müddət fasiləsiz sükan arxasında olmaq sürücünün diqqətinin zəifləməsinə, reaksiya vaxtının gecikməsinə və təhlükəni vaxtında qiymətləndirə bilməməsinə səbəb olur.

– Riskli və tələsik manevrlər etmək – zolaqları tez-tez dəyişmək, təhlükəli ötmə hərəkətləri etmək və digər hərəkət iştirakçılarının hərəkətini nəzərə almamaq yolda ciddi təhlükə yaradır.

R.Tağıyev qeyd edib ki, yol hərəkəti hər birimizin iştirak etdiyi ümumi bir sistemdir və bu sistemdə təhlükəsizlik hər kəsin məsuliyyətli davranışından asılıdır. O qeyd edib ki, sükan arxasında diqqətli və intizamlı olmaq təkcə şəxsi təhlükəsizliyin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına xidmət edir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Şənbə günü hava dumanlı olacaq
Next Post: “Qarabağ” bu futbolçu ilə razılıq əldə etdi

Related Posts

  • İnqilab Şirinli:”Biz mütləq öz kəndimizə qayıdacağıq” Cəmiyyət
  • İlham İsmayılov sakinlərin problemlərini dinlədi – Mingəçevirdə səyyar qəbul Cəmiyyət
  • Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verib – FOTO Cəmiyyət
  • Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE Cəmiyyət
  • Metrodan istifadə edənlərə ŞAD XƏBƏR Cəmiyyət
  • Mingəçevirin “kiçik rəqqası”: Uşaq sanatoriyasından yüksələn ümid dolu bir hekayə Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Putin İlham Əliyevə təşəkkür etdi Siyasət
  • Keçid balları enəcək – Abituriyentlərə ŞAD XƏBƏR Təhsil
  • Küveyt ordusundan xəbərdarlıq – HHM sistemləri işə düşdü Dünya
  • AZAL Naxçıvana uçuşları təxirə saldı Ölkə
  • Martin Ryan azadlığa buraxıldı Dünya
  • Zığ qəsəbəsi, Bibiheybət yolu və Salyan şosesində sürüşmə sahələri aktivləşib Ölkə
  • Guide du baccarat pour joueurs français Blog
  • Ərindən icazəsiz ata evinə gedən qadınlar HƏBS OLUNACAQ Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by