Mingəçevir şəhərində təhsil sahəsində uzun illər fəaliyyət göstərmiş pedaqoq, şəhər 17 saylı məktəbin sabiq direktoru Babayev Yaqub müəllim vəfat edib.
Məlumata görə, Yaqub Babayev uzun müddət Mingəçevir şəhər 17 saylı məktəbin direktoru kimi çalışaraq təhsil sahəsinə öz töhfələrini verib və bir çox şagirdin yetişməsində mühüm rol oynayıb.
Qeyd olunur ki, mərhumla vida mərasimi sabah onun yaşadığı Mingəçevir şəhəri, Xətai küçəsi 6 ünvanında keçiriləcək.
Mərhumun yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin.
Esmira Hidayətova, Mingəçevir