Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Koroğlu” metrosu yaxınlığında prospektə çıxan at gündəm oldu – VİDEO Cəmiyyət
  • Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş Kriminal
  • UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir İdman
  • İranda turizm iflic vəziyyətə: Tur agentlikləri müflis olur Dünya
  • “Planetin ən gözəl qadınından boşandım, çünki.. Dünya
  • Rus təbliğatı aparan müəllimlər diplomsuz qala bilər – Bu ölkədə Dünya
  • Ərdoğan komandasında ciddi dəyişikliklərə hazırlaşır Dünya
  • Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edildi – YENİ TƏYİNAT Ölkə

Yeni müdir işçini nə zaman işdən çıxara bilməz? – AÇIQLANDI

Posted on 6 May 2026 By admin Şərh yoxdur Yeni müdir işçini nə zaman işdən çıxara bilməz? – AÇIQLANDI

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Ali Məhkəmədən bildirilib ki, işin hallarına görə, iddiaçı uzun illər cavabdeh bankda çalışıb, sonuncu dəfə filial müdiri vəzifəsində işləyib. 2020-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İddiaçının məhkəməyə müraciətindən sonra aşağı instansiya məhkəmələri əmək müqaviləsinə xitam verilməsi barədə əmri etibarsız sayıb, onun əvvəlki vəzifəsinə bərpası, məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab olunması barədə qərar qəbul ediblər.

Sonradan bankın səhmdar strukturunda dəyişiklik baş verib. Bundan sonra işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası ilə yenidən xitam verib. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirərək yenidən məhkəməyə müraciət edib və aşağı instansiya məhkəmələri iddianı təmin ediblər.

Lakin Ali Məhkəmə apellyasiya instansiyasının nəticəsi ilə razılaşmayıb.

Məhkəmə kollegiyası qeyd edib ki, Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulan müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası yeni mülkiyyətçiyə müəssisənin idarə olunması və maliyyə resurslarının idarə edilməsi ilə bağlı vəzifələrdə çalışan şəxslərlə əmək münasibətlərinə xitam vermək hüququ verir.

Ali Məhkəmə vurğulayıb ki, müəssisənin mülkiyyətçisinin dəyişməsi yalnız mülkiyyət formasının dəyişməsi ilə məhdudlaşmır. Səhmdar və ya təsisçi tərkibində elə dəyişiklik baş verə bilər ki, bu, faktiki olaraq yeni mülkiyyətçi iradəsinin formalaşmasına səbəb olsun.

Müəssisənin bir neçə mülkiyyətçisi olduqda onun əmlakı üzərində 51 faiz paya malik olan mülkiyyətçi dəyişdikdə, bu əsasla əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Hər hansı müəssisədə mülkiyyət paylarının bölgüsündə 51 faizə sahib mülkiyyətçi olmadıqda isə (məsələn: paylar 20, 30, 40 faiz şəklində bölünübsə), mülkiyyətçilərdən birinin dəyişməsi halında bu hüquq yaranmır.

İş üzrə müəyyən edilib ki, bankın əsas səhmdarının payı 51 faizdən artıq həcmdə dəyişib, həmçinin yeni səhmdar təsisçilər sırasına daxil olub. Kollegiyanın qənaətinə görə, bu hal bankın mülkiyyətçilərinin dəyişməsi kimi qiymətləndirilməlidir.

Bu əsaslarla Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iddianın rədd olunması barədə yeni qərar qəbul edib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Mayda bu BÜRClər pul içində üzəcək – Karyera və şans partlayışı
Next Post: Aran Media ilin ən operativ xəbər portalı seçildi

Related Posts

  • Elgiz Əkbərin yeni işi Cəmiyyət
  • Mingəçevirdə binaların fasadları yenilənir: sakinlərə çağırış edildi Cəmiyyət
  • Yanaşı iki mağaza – Necə olur ki biri yaxşı qazanır, digəri yox? Cəmiyyət
  • Mingəçevirdə İlaxır Çərşənbə böyük coşqu ilə qeyd olundu Cəmiyyət
  • Mingəçevir İES MMC-nin direktoru Təhmasib Hüseynovun doğum günüdür Cəmiyyət
  • Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Xəzər dənizində zəlzələ olub Hadisə
  • Mingəçevir Bələdiyyəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib Cəmiyyət
  • Martin Ryan azadlığa buraxıldı Dünya
  • İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib Dünya
  • “Mercedes”lər toqquşdu – 5 nəfər xəsarət aldı Hadisə
  • Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb Cəmiyyət
  • Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş AÇIQLANDI Cəmiyyət
  • Mingəçevir Modern Teatrında aktyorluq dərnəyi üzvlərinə sertifikatlar təqdim olunub Mədəniyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by