Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI Ölkə
  • Mingəçevirdə növbəti səyyar qəbul keçirildi: sakinlərin müraciət və təklifləri dinlənildi Siyasət
  • “Neftçi” onunla yollarını ayırdı İdman
  • Mingəçevir Dövlət Universiteti ilə “FLEX” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb Təhsil
  • Yaşları ilə bağlı narahatlıq qadınlarda qocalma prosesini sürətləndirir – Yeni tədqiqat Cəmiyyət
  • Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq İqtisadiyyat
  • ICESCO Prezidenti İlham Əliyevə təşəkkür etdi Siyasət
  • Sabahdan bəzi məktəblərdə dərslər DİSTANT formada keçiriləcək – SİYAHI Təhsil

Bakıda hansı sahələrdə 4 mindən çox maaş verilir?

Posted on 11 Mart 2026 By admin Şərh yoxdur Bakıda hansı sahələrdə 4 mindən çox maaş verilir?

2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1381 manat təşkil edib.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü illə müqayisədə 8,6 faiz artıb.

Qeyd edək ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə üzrə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı da artaraq 1102,9 manat olub. Bu göstərici 2024-cü illə müqayisədə 9,3 faiz çoxdur.

Statistik məlumatlara görə, Bakıda əməkhaqqı səviyyəsinə görə ən yüksək gəlir mədənçıxarma sənayesində qeydə alınıb və bu sahədə orta aylıq əməkhaqqı 4028,4 manat təşkil edib. İkinci yerdə maliyyə və sığorta fəaliyyəti (2877,6 manat), üçüncü yerdə isə informasiya və rabitə sahəsi (1883,8 manat) qərarlaşıb.

Nisbətən yüksək maaş verilən digər sahələrə peşə, elmi və texniki fəaliyyət (1831,8 manat), dövlət idarəetməsi və müdafiə, sosial təminat (1669,2 manat) və nəqliyyat və anbar təsərrüfatı (1559,2 manat) daxildir.

Digər sahələrdə isə orta aylıq əməkhaqqı daha aşağıdır. Belə ki, elektrik enerjisi, qaz və buxar istehsalı və təchizatı sahəsində əməkhaqqı 1323,5 manat, tikintidə 1221,2 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 1130,3 manat, istirahət, əyləncə və incəsənət sahəsində 1072,6 manat, emal sənayesində 1002,3 manat təşkil edir.

Nisbətən aşağı əməkhaqqı təhsil (989 manat), səhiyyə və sosial xidmətlər (968 manat), su təchizatı və tullantıların emalı (903,2 manat), ticarət və nəqliyyat vasitələrinin təmiri (871,8 manat), turizm və ictimai iaşə (755,1 manat), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (682,5 manat) və inzibati və yardımçı xidmətlər (623 manat) sahələrində qeydə alınıb.

Beləliklə, statistik göstəricilər paytaxtda ən yüksək əməkhaqqının sənaye və maliyyə sektorlarında, ən aşağı əməkhaqqının isə xidmət və kənd təsərrüfatı sahələrində olduğunu göstərir.

İqtisadiyyat

Yazı naviqasiyası

Previous Post: Ceyhun Bayramov Migel Angel Moratinos və Rebeka Qrinspanla görüşüb – YENİLƏNİB
Next Post: Dubayda güclü partlayış olub

Related Posts

  • Bu günün valyuta məzənnələri İqtisadiyyat
  • Lüks bazarında sürpriz: “Richemont” analitiklərin gözləntilərini ikiqat üstələdi İqtisadiyyat
  • Bu sahədə layihələrə qrant veriləcək İqtisadiyyat
  • Azərbaycanın xarici dövlət borcu bu qədərdir  İqtisadiyyat
  • Azərbaycanda bu məhsulların ixrac rüsumu 20 dəfə ARTIRILDI – SƏBƏB – FOTO İqtisadiyyat
  • Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir – Baş nazir  İqtisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdiyini açıqlayıb Dünya
  • MDU-da yeni laboratoriyalar tələbələrin praktiki hazırlığını gücləndirəcək Təhsil
  • Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK Ölkə
  • Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar Dünya
  • Sabah leysan olacaq – XƏBƏRDARLIQ Ölkə
  • Bakıda 11 marşrutun dayanacaqlarda hərəkəti müvəqqəti dəyişdiriləcək Ölkə
  • LEYSAN MƏMMƏDOV – QARABAĞIN YENİDƏNQURMA MİSSİYASINA LAYİQİNCƏ XİDMƏT EDƏN RƏHBƏR Cəmiyyət
  • Türkiyədə DƏHŞƏTLİ QƏZA –  Yük maşını sərnişin avtobusu ilə toqquşdu Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by