Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Qonşu ölkədə apteklərin sayı Avropadakından üç dəfə çoxdur Dünya
  • Yaponiyada bir ilk: Birgə qəyyumluq hüququ Dünya
  • Mingəçevir Dövlət Dram Teatrında “Nişanlı Qız” tamaşasının möhtəşəm premyerası keçirildi Mədəniyyət
  • Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir Cəmiyyət
  • Pirşağıda dənizdə batan şəxsin axtarışları davam etdirilir Cəmiyyət
  • Sabunçuda evdən 9 min manat oğurlanıb Kriminal
  • Ceyhun Bayramov Stiven Dauti ilə Yaxın Şərqdəki hərbi eskalasiyanı müzakirə edib Ölkə
  • Qarabağ və Şərqi Zəngəzurda 65 yaşdan yuxarı əhalinin SAYI Cəmiyyət

Ceyhun Bayramov Migel Angel Moratinos və Rebeka Qrinspanla görüşüb – YENİLƏNİB

Posted on 11 Mart 2026 By admin Şərh yoxdur Ceyhun Bayramov Migel Angel Moratinos və Rebeka Qrinspanla görüşüb – YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi və İslamofobia ilə mübarizə üzrə xüsusi elçisi Migel Angel Moratinos ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qeyd edilib ki, görüş zamanı Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, birgə həyata keçirilən layihələrin davam etdirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində mövcud əməkdaşlığın mühüm rolunu qeyd edib. Azərbaycanın Bakı Prosesi çərçivəsində və digər beynəlxalq təşəbbüslər vasitəsilə mədəniyyətlərarası dialoqa verdiyi töhfənin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə regional vəziyyət, Azərbaycanın sülh səyləri və Ermənistanla sülh prosesi barədə qarşı tərəfə məlumat verib.

Ali nümayəndə Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə apardığı fəal və ardıcıl siyasəti yüksək qiymətləndirib. O, Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığının bundan sonra da uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb və birgə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinə dəstəyini ifadə edib.

Tərəflər daha sonra Yaxın Şərqdə artan hərbi eskalasiyadan irəli gələn məsələləri müzakirə edib, mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər, o cümlədən qlobal çağırışlar qarşısında mədəniyyətlərarası həmrəyliyin təşviqi, İslamofobiya ilə mübarizə sahəsində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıblar.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 13-cü Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspan ilə görüşüb.

Qeyd edilib ki, görüşdə Azərbaycan və BMT əməkdaşlığının müxtəlif aspektləri və perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər, Yaxın Şərqdə vəziyyət və müharibənin qlobal iqtisadiyyata və ticarətə təsirləri müzakirə olunub.

Görüşdə Azərbaycanın qlobal və regional enerji təhlükəsizliyində, ticarətdə, investisiyalarda, dayanıqlı inkişafda, iqtisadi şaxələndirmədə, kommunikasiya və nəqliyyat istiqamətində həyata keçirdiyi təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın regional və qlobal ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması, ənənəvi və alternativ enerji layihələri və beynəlxalq ticarət marşrutlarının inkişafı istiqamətində həyata keçirilən siyasət barədə məlumat verib.

Bu çərçivədə ölkəmizin tranzit və logistika mərkəzi kimi rolunun gücləndirilməsi, həmçinin Orta Dəhliz çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Tərəflər həmçinin Yaxın Şərqrdə artan gərginliyin və müharibənin doğurduğu fəsadları nəzərdən keçirib, mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ölkə

Yazı naviqasiyası

Previous Post: AFFA “Qarabağ” və “Sabah”ı sərt cəzalandırdı
Next Post: Bakıda hansı sahələrdə 4 mindən çox maaş verilir?

Related Posts

  • Ölkə
  • Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq Ölkə
  • Mingəçevir Turizm Kollecinin direktoru jurnalistlər üçün Milli Mətbuat Günü münasibətilə səhər süfrəsi təşkil edib Ölkə
  • Müdafiə Nazirliyi PUA-larla bağlı məlumat yaydı Ölkə
  • Temperatur enəcək, yağış və qar yağacaq Ölkə
  • Hikmət Hacıyev: “Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib”  Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Umar Cəbrayılovun meyiti tapıldı, Epşteyn işində adı var idi Dünya
  • Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür Cəmiyyət
  • Əhalinin nəzərinə: Təşvişə düşməyin! Ölkə
  • İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırıq – Pentaqon generalı Dünya
  • İranın Natanz nüvə müəssisəsi vuruldu Cəmiyyət
  • Azərbaycanı içəridən çökdürmək planı ifşa olundu – Deputatdan ağır sözlər Ölkə
  • ABŞ-nin xərcləri 42 milyard dolları ötüb Dünya
  • Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by