Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Kanaldan meyit tapıldı Hadisə
  • Azərbaycanda zəlzələ oldu Ölkə
  • Məhkəmə keçmiş məcburi köçkünün evi ilə bağlı MÜHÜM QƏRAR VERDİ Cəmiyyət
  • SEPAH-ın Tehrandakı xəstəxanası hücuma məruz qalıb Siyasət
  • Sabah hava necə olacaq? Ölkə
  • “Biri ilə çay içirəm, başqa yerə yozur” Cəmiyyət
  • Fransada tarixin ən isti və quraq yayı: 100 min hektardan çox ərazi yandı Dünya
  • Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirib Dünya

Mehdiyevlərin bankı BOKT-a çevrilir, aktivləri və öhdəlikləri ABB-yə ötürülür

Posted on 6 Mart 2026 By admin Şərh yoxdur Mehdiyevlərin bankı BOKT-a çevrilir, aktivləri və öhdəlikləri ABB-yə ötürülür

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, “Bank BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
 AMB xəbər verir ki, bu çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq tənzimləyici qurumun nəzarəti altında həyata keçiriləcək.
Bu çərçivədə, “Bank BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq “Bank BTB”də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq. Həmçinin, Bank “BTB”yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcək. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və “Bank BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.
Beləliklə, Bank “BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.
Bank “BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.
Qeyd edək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur. “Bank BTB”nin əsas səhmdarı olan Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.
Ölkə

Yazı naviqasiyası

Previous Post: Nadir Qafarzadə: Kül o ailənin başına ki, hədiyyəyə görə söz-söhbət yaranır
Next Post: Axtarışda olan Afət Fərmanqızı ilə bağlı yekun qərar verildi

Related Posts

  • Azərbaycanda 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək Ölkə
  • Bu ərazilərdə olan evlərə maraq azalıb – VİDEO Ölkə
  • Bakı: Qlobal böhranlarda dialoqun və sülhün strateji mərkəzi Ölkə
  • Pünhan Əlizadəyə yüksək vəzifə VERİLDİ Ölkə
  • Sabah da yağış yağacaq Ölkə
  • Qeyri-sabit hava bu tarixədək davam edəcək – XƏBƏRDARLIQ Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • ABŞ-nin Ukrayna siyasətində yeni mərhələ Siyasət
  • Niyə məhz Mingəçevir Dövlət Universiteti? — 12 SƏBƏB Təhsil
  • İlham İsmayılovdan Mingəçevir xanımlarına 8 Mart təbriki Cəmiyyət
  • Bu İrəvan-Bakı arasındakı sülh prosesinə çox ciddi zərbədir – Deputat Siyasət
  • Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu İdman
  • 34 il keçir — Şəhid Yalçın İsmayılovun əziz xatirəsi Cəmiyyət
  • İlham İsmayılov sakinlərin problemlərini dinlədi – Mingəçevirdə səyyar qəbul Cəmiyyət
  • Məşhur professor 50 kq arıqladı Maraqlı

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by