Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Premyer Liqada IV turun oyunları davam edir: Azarkeşləri iki gərgin matç gözləyi İdman
  • Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb Kriminal
  • Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb Ölkə
  • Sürücülərin diqqətinə! Cəmiyyət
  • Bu şəxslərin maaşları ARTIMLA GƏLƏCƏK – RƏSMİ İqtisadiyyat
  • Casus Piroqov 23 il müddətinə azadlıqdan məhrum edildi Dünya
  • Mingəçevirdə Azərbaycan Polisi Günü münasibətilə təntənəli tədbir keçirilib, fərqlənən əməkdaşlar təltif olunublar Cəmiyyət
  • Sinəsində şiş AŞKARLANDI Mədəniyyət

Bakı: Qlobal böhranlarda dialoqun və sülhün strateji mərkəzi

Posted on 12 Mart 2026 By admin Şərh yoxdur Bakı: Qlobal böhranlarda dialoqun və sülhün strateji mərkəzi

“Müasir beynəlxalq münasibətlər sistemi ciddi sınaqlarla üz-üzədir. Regional münaqişələrin artması, enerji və təhlükəsizlik böhranları, böyük güclər arasında rəqabətin dərinləşməsi dünyada sabitliyi getdikcə daha kövrək hala gətirir. Belə bir şəraitdə qlobal dialoq və əməkdaşlıq platformalarının rolu daha da artır. Bu baxımdan Qlobal Baku Forum beynəlxalq səviyyədə mühüm siyasi və intellektual müzakirə məkanına çevrilərək qlobal problemlərin həlli üçün fikir mübadiləsinin aparıldığı nüfuzlu platforma kimi çıxış edir”.

Bunu Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Bakı – qlobal dialoq mərkəzi

Onun szölərinə görə, Qlobal Bakı Forumunun əhəmiyyətini artıran əsas amillərdən biri də onun iştirakçılarının yüksək səviyyədə olmasıdır. “Forumda dünyanın müxtəlif ölkələrindən prezidentlər, baş nazirlər, parlament sədrləri, tanınmış siyasətçilər, diplomatlar, akademiklər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir. Bu baxımdan forum bir çox nüfuzlu beynəlxalq tədbirlərlə eyni səviyyədə qiymətləndirilir.

Burada müxtəlif sahələr üzrə təcrübəyə malik insanlar bir araya gələrək qlobal təhlükəsizlik, iqtisadi inkişaf, enerji siyasəti, humanitar problemlər və sivilizasiyalararası dialoq kimi məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Məqsəd xalqların həyatını daha təhlükəsiz və daha sabit etmək üçün yeni ideyalar və yanaşmalar irəli sürməkdir”, – o vurğulayıb.
Humanitar və sivilizasiyalararası dialoq

Deputat əlavə edib ki, müasir dövrdə dünyada yaranan bir çox böhranların kökündə qarşılıqlı anlaşmazlıq, siyasi qarşıdurma və mədəni fərqliliklərin düzgün idarə olunmaması dayanır: “Bu səbəbdən humanitar diplomatiya və sivilizasiyalararası dialoq qlobal problemlərin həllində mühüm vasitələrdən biri kimi çıxış edir.

Azərbaycanın həyata keçirdiyi siyasət də məhz bu istiqamətə yönəlib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə Bakı müxtəlif beynəlxalq tədbirlərə, forumlara və dialoq platformalarına ev sahibliyi edir. Bu siyasət Azərbaycanın yalnız regional deyil, qlobal səviyyədə də dialoq və əməkdaşlıq mərkəzinə çevrilməsinə səbəb olub.

Bakı bu gün müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan kimi qəbul edilir. Bu isə Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementlərindən biridir. Mədəniyyətlərarası dialoq, humanitar əməkdaşlıq və beynəlxalq forumların təşkili Azərbaycanın qlobal imicini gücləndirən əsas amillərdən sayılır.

Azərbaycanın sülh və təhlükəsizlik təcrübəsi

Qlobal Bakı Forumunda müzakirə edilən əsas mövzulardan biri də təhlükəsizlik və sülh məsələləridir. Müasir dünyada təhlükəsizlik olmadan inkişafdan danışmaq mümkün deyil. Bu baxımdan Azərbaycanın keçdiyi tarixi yol və əldə etdiyi təcrübə beynəlxalq ictimaiyyət üçün maraq doğurur.

Azərbaycan uzun illər ərzində işğal və münaqişə şəraitində yaşamış ölkədir. Təxminən 30 il ərzində ölkə ərazisinin mühüm hissəsi işğal altında olub. Bu müddət ərzində beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar kağız üzərində qalsa da, Azərbaycan suverenliyini bərpa etmək istiqamətində siyasi iradə nümayiş etdirib.

Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonrakı mərhələdə isə regionda sülhün təmin olunması istiqamətində siyasi addımlar atılıb. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesində əldə olunan irəliləyiş regionda yeni siyasi reallıq yaradıb.

Bu təcrübə Azərbaycanın beynəlxalq platformalarda paylaşa biləcəyi mühüm nümunələrdən biridir. Münaqişənin həlli, suverenliyin bərpası və sonrakı mərhələdə sülhün təmin edilməsi məsələsi qlobal münaqişələrin həlli baxımından diqqət çəkən model kimi qiymətləndirilir”.

Enerji və nəqliyyat təhlükəsizliyi

Deputat onu da qeyd edib ki, Qlobal Bakı Forumunda müzakirə olunan digər mühüm mövzulardan biri enerji və nəqliyyat təhlükəsizliyidir: “Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib.

Azərbaycan bu sahədə də mühüm rol oynayır. Ölkə neft, qaz, elektrik enerjisi və enerji məhsullarının istehsalı və ixracı ilə qlobal enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Son illərdə Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı əhəmiyyətli dərəcədə artıb və bu proses davam edir.

Eyni zamanda Azərbaycan beynəlxalq nəqliyyat-logistika layihələrinin mühüm iştirakçısıdır. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri üzrə həyata keçirilən layihələr Azərbaycanın regionda tranzit və logistika mərkəzi rolunu daha da gücləndirir.

Bakı – yumşaq güc mərkəzi

Bütün bu amillər Bakının təkcə regional siyasi mərkəz deyil, həm də qlobal dialoq və əməkdaşlıq platforması kimi mövqeyini möhkəmləndirir. Qlobal Bakı Forumu kimi tədbirlər Azərbaycanın yumşaq güc siyasətinin mühüm alətlərindən biridir.

Bu forum vasitəsilə Azərbaycan dünyada mövcud olan problemlərin müzakirəsinə töhfə verir, müxtəlif ölkələr arasında dialoqu təşviq edir və qlobal əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Nəticə etibarilə Bakı artıq beynəlxalq ictimaiyyət tərəfindən qlobal böhranların həlli üçün fikir və təşəbbüslərin formalaşdığı mühüm mərkəzlərdən biri kimi qəbul olunur.
Beləliklə, Qlobal Bakı Forumu yalnız bir beynəlxalq tədbir deyil, həm də dəyişən dünyada sülh, təhlükəsizlik və əməkdaşlıq ideyalarının formalaşdığı strateji platforma kimi çıxış edir. Azərbaycanın həyata keçirdiyi uzaqgörən siyasət sayəsində Bakı bu gün qlobal dialoq və əməkdaşlığın mühüm ünvanlarından birinə çevrilib”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Nazirlikdə sürücü işləmək istədi, dələduzluğa məruz qaldı
Next Post: İrandan ölkəmizə rənglənmiş portağallar gətirilib

Related Posts

  • Prezident təsdiqlədi: Dəyişiklik qüvvəyə mindi Ölkə
  • Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır – BİRGƏ MƏLUMAT Ölkə
  • Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndəriləcək Ölkə
  • Prezident Aleksey Overçuku qəbul qəbul etdi – FOTOLAR Ölkə
  • Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu Ölkə
  • Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Yeni dövlət rüsumu müəyyənləşir İqtisadiyyat
  • 300-dən çox zəvvar Ərəbistandan təxliyə olundu Dünya
  • Axios: ABŞ ilə İran arasında danışıqlarda Türkiyə, Misir və Pakistan vasitəçilik edir Siyasət
  • Prezidentin köməkçisi və nazir “Şahmaran”nın premyerasını izlədi – FOTOLAR Mədəniyyət
  • “Diesel”in yaradıcısı vəfat etdi Dünya
  • 20-ci əsrdən bəri unudulan xəstəlik qayıtdı Dünya
  • İranda yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var Dünya
  • Məşhur aktyordan maraqlı addım – FOTO Mədəniyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by