Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bu qidalar hamilə xanımlara olmaz Cəmiyyət
  • Deputata ağır itki üz verdi – FOTO  Ölkə
  • Hindistanda Messinin nəhəng heykəli “təhlükəli” hesab edildi: köçürüləcək İdman
  • “Sumqayıt” klubunun əsas kapitanı bəlli oldu İdman
  • Deputatdan təklif: Belçika ilə parlamentlərarası qrupunun fəaliyyəti dayandırılsın Siyasət
  • Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti yarım milyondan BAHA SATILDI Cəmiyyət
  • Səfəvilərin İranda tikdirdiyi “Gülüstan” sarayı vuruldu Siyasət
  • “Bu gün adının mənasını düşünən şagird sabah düzgün ad seçəcək” Təhsil

Məhkəmə keçmiş məcburi köçkünün evi ilə bağlı MÜHÜM QƏRAR VERDİ

Posted on 16 Sentyabr 2026 By admin Şərh yoxdur Məhkəmə keçmiş məcburi köçkünün evi ilə bağlı MÜHÜM QƏRAR VERDİ

Kəlbəcərdən olan sahibkar Xalid Sadıqovun ailəsi uzun sürən hüquqi mübarizədən sonra mənzilini geri qaytara bilib.

O, açıqlamasında ailəsinin hüquqlarının bərpa olunmasına görə məhkəməyə və proses çərçivəsində fəaliyyət göstərən aidiyyəti ədliyyə orqanlarına təşəkkürünü bildirib.

Məsələ Bakıda yerləşən və ailəyə məxsus olan mənzillə bağlıdır.

X.Sadıqovun müraciətində bildirilir ki, bazar dəyəri hazırda təxminən 550 min manat olan mənzil “AFB Bank” ASC-yə olan kredit borcu ilə əlaqədar icra prosesi çərçivəsində hərraca çıxarılıb və 322 min 624 manata satılıb. Sahibkarın sözlərinə görə, mənzilin qiymətləndirilməsi 2021-ci ildə aparılıb və həmin vaxt əmlakın dəyəri 307 min manat müəyyənləşdirilib.

Xalid Sadıqov bildirir ki, sonrakı illərdə mənzilin yenidən qiymətləndirilməsi və faktiki vəziyyətinin yerində araşdırılması aparılmadan əmlak hərraca çıxarılıb. Kredit münasibətləri 2020-ci ildə yaranıb. X.Sadıqov “AFB Bank”dan kredit götürüb, həyat yoldaşına məxsus mənzil isə kreditin təminatı kimi girov qoyulub.

Onun sözlərinə görə, kreditlə bağlı bildirişlər ailənin artıq yaşamadığı ünvana və 2021-ci ildən istifadə etmədiyi telefon nömrəsinə göndərilib. Halbuki, bankda ailənin işlək əlaqə nömrələri və faktiki yaşayış ünvanı mövcud olub. Bu səbəbdən ailə mənzilin hərraca çıxarılması ilə bağlı prosesdən vaxtında xəbər tuta bilməyib.

X.Sadıqov bildirir ki, məsələ ilə bağlı məlumat əldə etdikdən sonra, hərrac prosesi davam etdiyi vaxt qalan 55 min manat kredit borcunu ödəyib. Buna baxmayaraq, onun sözlərinə görə, hərrac və icra prosesi davam etdirilib. Hərracın nəticələrinin qüvvədə saxlanılması ilə razılaşmayan ailə hüquqi müstəviyə keçib. Xalid Sadıqovun ailə üzvü Musayeva Matanat Şahid qızı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi təqdim olunub. İddia “Softgo” MMC, “AFB Bank” ASC, Ədliyyə Nazirliyinin Nəsimi Rayon İcra Şöbəsi və hərracın qalibi kimi göstərilən Aytən Eynullayeva Mirzə qızına qarşı qaldırılıb. Məhkəmə prosesi davam etdiyi müddətdə mənzil üzərinə həbs qoyulub.

Avqust ayında keçirilən məhkəmə iclasında iş üzrə qərar qəbul edilib. Məhkəmə hərracın nəticələrinin və mənzilin mülkiyyəti ilə bağlı sonrakı qeydiyyat sənədlərinin ləğv olunması, əmlakın isə əvvəlki sahibinə qaytarılması barədə qərar verib. Beləliklə, ailənin mənzil üzərindəki hüquqları məhkəmə qaydasında bərpa olunub. Xalid Sadıqov ailəsi adından məhkəmənin qərarını ədalətli qiymətləndirib. O bildirib ki, ailənin əsas məqsədi hüquqlarının hüquqi yolla bərpa olunması olub və məhkəmənin qərarı nəticəsində buna nail olublar. X.Sadıqov hüquqlarının bərpasında rol oynayan məhkəmə və aidiyyəti qurumlara təşəkkürünü bildirib.

Bu hadisə bir daha göstərir ki, vətəndaşlar mülki hüquqlarının pozulduğunu düşündükləri hallarda hüquqi müdafiə mexanizmlərindən istifadə etməklə məhkəmə vasitəsilə öz hüquqlarının bərpasına nail ola bilərlər.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Vətən müharibəsi veteranlarını sevindirəcək QƏRAR
Next Post: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Related Posts

  • Mingəçevir İES MMC-nin direktoru Təhmasib Hüseynovun doğum günüdür Cəmiyyət
  • Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş AÇIQLANDI Cəmiyyət
  • Şəhid Elnur Zeynalovun ailəsi Göyçay rəhbərliyindən şikayətçidir: “Övladımız unudulub” Cəmiyyət
  • Mətbuatın 151-ci ildönümü Mingəçevirdə coşquyla qeyd olundu: İcra Hakimiyyətində önəmli görüş Cəmiyyət
  • NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb Cəmiyyət
  • Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Səhiyyədə yeni islahat mərhələsi: vətəndaşa daha səviyyəli tibbi xidmət Ölkə
  • İbrahim Tatlısəs qızını məhkəməyə verdi Mədəniyyət
  • 23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi. Cəmiyyət
  • Xocalı rayonuna qayıdan daha 41 ailəyə açarlar təqdim edilib – YENİLƏNİB Cəmiyyət
  • Xalq artistinin oğlu müğənnilik edəcək Mədəniyyət
  • Külək güclənəcək (XƏBƏRDARLIQ) Ölkə
  • “Qarabağ” bu futbolçu ilə razılıq əldə etdi İdman
  • Xalq artisti yenidən teatr səhnəsində: “Rəhbərlik dəvət etdi” Mədəniyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by