Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Alimlər Pompeydəki qazıntılar zamanı itmiş məkana aparan gizli pilləkənlər tapdı Dünya
  • Uzun müddət davam edən soyuq hava pişiklərə də təsir edirmiş Maraqlı
  • 2027-ci ilin qəbul imtahanları ilə bağlı xəbərdarlıq  Təhsil
  • Délais de vérification d’identité sur les casinos en ligne : ce qu’il faut savoir Blog
  • “Brent” markalı neftin qiyməti 113 dolları keçdi İqtisadiyyat
  • Ulu Öndər Heydər Əliyev və Azərbaycan Siyasət
  • “İsrail Yaxın Şərq müharibəsinin son fəslinə yaxınlaşır” Siyasət
  • İqtisadiyyat

Bu İrəvan-Bakı arasındakı sülh prosesinə çox ciddi zərbədir – Deputat

Posted on 21 Aprel 2026 By admin Şərh yoxdur Bu İrəvan-Bakı arasındakı sülh prosesinə çox ciddi zərbədir – Deputat

“Niderland və Belçikanın parlamentində sülh prosesinə ciddi şəkildə xələl gətirən bir sənəd qəbul edildi. Hesab edirəm ki, hər iki ölkənin parlamentləri arasında eyni vaxtda sinxronlaşdırılmış, əlaqələndirilmiş şəkildə qəbul edilən bu qətnamələr məhz regionumuzda baş verən sülh prosesinə çox ciddi zərbədir. Bu, Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir, bir cəhddir, suverenliyimizə qarşı yönəlmiş qətnamədir. Ona görə də biz bunu qətiyyətlə rədd edirik. Hər iki ölkə parlamentinin qəbul etdiyi qətnamələri rədd edirik”.

Bu fikirləri Milli Məclisin plenar iclasında deputat Tural Gəncəliyev bildirdi.

Onun sözlərinə görə, təbii ki, parlamentimizin bununla bağlı çox tutarlı açıqlaması və bəyanatı var:

“Eyni zamanda Xarici İşlər Nazirliyi hər iki ölkənin səfirlərini çağırıb, onlara ciddi irad bildirilib. Bilirsiniz, həmin qətnamədə regionumuzda gedən müsbət proseslər, Azərbaycanın humanist jesti, Ermənistana qarşı məhdudiyyətləri aradan qaldırmağımız, Ermənistana göndərilən humanitar yardımlar, Azərbaycan üzərindən keçməklə və yaxud bizim Ermənistana göndərdiyimiz neft məhsulları haqqında bir kəlmə belə qeyd olunmayıb. Təbii ki, bu da qərəzin göstəricisidir. Hesab edirəm ki, adətən demokratiyadan, insan hüquqlarından danışanların özləri ən çox demokratiyanı pozanlar, insan hüquqlarına hörmətsiz yanaşanlar olub. Həmin ölkələrin parlamentlərindən heç vaxt nə müasir dövrdə, nə keçmişdə, nə də yaxın tarixdə yeni müstəmləkəçilik siyasəti və yaxud keçmiş müstəmləkəçilik siyasətləri haqqında danışıldığını görməmişik. Ancaq başqalarına barmaq uzatmaq, başqalarının təqsirini axtarmaqla məşğuldurlar”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: “Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək” – VİDEO
Next Post: Arvadının atıb getdiyi kişi heyfini keçilərdən çıxdı

Related Posts

  • Paşinyan: Bu, Azərbaycanla yeni müharibə demək olacaq  Siyasət
  • Netanyahu Livanda işğalın genişləndirilməsini əmr etdi Siyasət
  • Tramp: İranla bağlı planlaşdırılan hücum təxirə salınıb Siyasət
  • Möhsün Rezai ABŞ-ni hədələdi Siyasət
  • ABŞ-nin Ukrayna siyasətində yeni mərhələ Siyasət
  • İranlı deputat: Müharibə illərlə davam etsə raketimiz tükənməyəcək Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Brusellyoz təhlükəsi: xəstəlik necə yayılır və ondan necə qorunmaq olar? Cəmiyyət
  • Mingəçevir Şəhər İcra Hakimiyyətində Xocalı soyqırımının 34-cü ildönümü anılıb Cəmiyyət
  • İncəsənət məktəblərinə direktor seçimi bu ay başlayır Ölkə
  • Tramp: İspaniya ilə bağlı bütün əlaqələri dayandıra bilərəm Dünya
  • 28 ədəd kərə yağına görə 23 gün həbsdə yatacaq Kriminal
  • Neymar Messi ilə yenidən komanda yoldaşı ola bilər İdman
  • İcra başçısı sürücüyə yeni vəzifə verdi Cəmiyyət
  • Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by