Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Plastik şüşələr bu xəstəliyin müalicəsinə kömək edə bilər Maraqlı
  • Səudiyyə Ərəbistanı: Şahzadə Sultan aviabazasının yaxınlığında 5 pilotsuz təyyarə məhv edilib Dünya
  • Şamil Basayev və Xəttabın dəstəsinin üç üzvü həbs olundu Dünya
  • Hava kəskin dəyişir – Leysan, şimşək, daşqın Ölkə
  • Hökumətdən yeni qərar – ƏT UCUZLAŞACAQ? İqtisadiyyat
  • İran casuslarının Avropadakı “paytaxtı” AÇIQLANDI Siyasət
  • Məşhur aktyordan maraqlı addım – FOTO Mədəniyyət
  • Şəhid atası dünyasını dəyişdi (FOTO) Ölkə

Avtobusda kart oxunmur, amma pul çıxılır – ARAŞDIRMA

Posted on 14 Oktyabr 2026 By admin Şərh yoxdur Avtobusda kart oxunmur, amma pul çıxılır – ARAŞDIRMA

İctimai nəqliyyatdan müntəzəm olaraq istifadə edən paytaxt sakinləri texniki problemlərlə üzləşirlər. Belə ki, sərnişinlər bank kartında balans olduğu halda onu avtobusun validatoruna yaxınlaşdırdıqda “kart oxunmur” bildirişi ilə qarşılaşırlar və keçid uğursuz olur. Onlar iddia edir ki, ödəniş uğursuz alınsa da, günün sonunda hesabdan həmin gediş üçün ödənilən pullar silinir.

İlk baxışda cəmi 50-60 qəpiklik görünən belə problemlər Bakı miqyasında nə qədər böyük maliyyə riskinə çevrilə bilər?

ABŞ-nin dövlət araşdırma universiteti “George Mason” Universitetinin tədqiqatçısı Ramil Abbasov məsələni Ölkə.az-a şərh edib. O bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sentyabrın 15-i üçün açıqladığı statistika problemin miqyasını təsəvvür etmək üçün kömək edir:

“Təbii ki, hər gün eyni sayda sərnişin daşınmır. Həmçinin bütün sərnişinlər bank kartı ilə ödəniş etmir və hər ödənişdə problem yaranmır. Lakin iqtisadi baxımdan maraqlı sual ortaya çıxır: gündə təxminən bir milyon sərnişin səfəri həyata keçirilən sistemdə bank kartı ilə ödənişlərin çox kiçik bir hissəsində belə əsassız əlavə tutulma baş verərsə, bunun illik dəyəri nə qədər olar? Gəlin, sadə hesablama aparaq.

Fərz edək ki, gündəlik 993 812 səfərin yarısı bank kartı ilə ödənilir. Bu, təxminən 497 min ödəniş deməkdir. Həmçinin hər problemli səfər üçün bir əlavə gedişhaqqı tutulduğunu və hesablama məqsədilə gedişhaqqının 60 qəpik olduğunu qəbul edək. Əgər bu ödənişlərin cəmi 0,1 faizində, yəni hər min ödənişdən birində əsassız əlavə tutulma baş verərsə, gündə təxminən 298 manatlıq əlavə ödəniş yaranar. Bu isə il ərzində təxminən 109 min manat deməkdir.

Problem ödənişlərin 0,5 faizini əhatə edərsə, illik məbləğ 544 min manata çata bilər. Başqa sözlə, fərdi sərnişin üçün kiçik görünən məbləğ böyük nəqliyyat sistemində ciddi maliyyə riskinə çevrilə bilər.

Burada vacib məqamı vurğulamaq lazımdır: bu rəqəmlər sərnişinlərdən faktiki olaraq həmin məbləğlərin tutulduğunu göstərmir. Bunlar problemin mümkün maliyyə miqyasını anlamaq üçün apardığımız ssenari hesablamalarıdır. Real məbləği müəyyən etmək üçün bank və nəqliyyat operatorlarının əməliyyat məlumatları lazımdır.

Üstəlik, hesablamada sentyabrın 15-dəki sərnişin axınının bütün il ərzində dəyişmədiyi fərz edilir. Ona görə də, bu rəqəmlər rəsmi illik itki statistikası kimi təqdim edilə bilməz”.

Sərnişinin bank hesabından pul çıxılıbsa, lakin validator ödənişi uğursuz göstəribsə, həmin vəsaitin taleyi necə müəyyən edilir?

Mütəxəssis qeyd edib ki, bəzi texniki sualların cavabları hər bir sərnişin üçün vacibdir:
“Ödəniş bank tərəfindən təsdiqlənibmi? Vəsait müvəqqəti bloklanıbmı? Pul nəqliyyat operatoruna köçürülübmü? Yoxsa sistemdə əməliyyat gecikmə ilə tamamlanıb?
Ədalət naminə qeyd etmək lazımdır ki, bank tətbiqində görünən hər bildiriş yekun pul tutulması demək deyil. Bəzən əvvəlki səfərin ödənişi gecikmə ilə hesabdan çıxılır, bəzən isə müvəqqəti bloklanmış vəsait sonradan sərbəst buraxılır.

Amma sərnişin bütün bunları haradan bilməlidir? Vətəndaşdan bank əməliyyatlarının texniki mexanizmini öyrənmək tələb oluna bilməz. O, sadəcə avtobusa minir və xidmətin haqqını ödəyir. Ödənişin düzgün aparıldığını təmin etmək isə xidmət göstərən qurumların və ödəniş sisteminin iştirakçılarının məsuliyyətidir”.

London və Nyu-Yorkda bu məsələ necə həll olunur?

R.Abbasovun sözlərinə görə, Bank kartları ilə ictimai nəqliyyatda ödəniş sistemi dünyanın bir çox böyük şəhərində istifadə olunur. London və Nyu-York bu sahədə diqqətəlayiq təcrübəyə malikdir:

“Məsələn, Londonda ictimai nəqliyyat sistemini idarə edən “Transport for London” sərnişinlərə bank kartı ilə etdikləri səfərlərin tarixçəsini yoxlamaq imkanı verir. Sərnişin hansı gün, hansı səfərə görə nə qədər ödəniş etdiyini görə və artıq tutulmuş məbləğlə bağlı müraciət edə bilir. Müəyyən hallarda artıq tutulmuş məbləğin avtomatik geri qaytarılması da mümkündür.

Nyu-Yorkda istifadə edilən OMNY sistemi də bank kartları və mobil ödəniş vasitələri ilə səfərlərin ödənilməsinə imkan verir. Ödəniş problemlərinin araşdırılması üçün ayrıca müştəri dəstəyi mexanizmi mövcuddur.

Bu sistemlərin də tamamilə problemsiz olduğunu söyləmək olmaz. Texniki nasazlıqlar dünyanın ən inkişaf etmiş şəhərlərində də baş verə bilər. Əsas fərq problemin ümumiyyətlə yaranmamasında deyil, yarandıqda necə və nə qədər tez həll edilməsindədir.
Sərnişin öz pulunun taleyini öyrənmək üçün günlərlə bankla nəqliyyat operatoru arasında get-gəl etməməlidir”.

BakuBus nə etməlidir?

Ekspertin fikrincə, ilk növbədə bu problemə sadəcə validator nasazlığı kimi baxmaq düzgün olmaz. Burada söhbət həm də ödəniş sisteminin etibarlılığından və sərnişinlərin ona olan inamından gedir:

“BakuBus”, “BakıKart”, banklar və ödəniş sisteminin digər iştirakçıları problemi birlikdə araşdırmalıdırlar. Çünki ödənişin bütün mərhələlərinə yalnız bir qurum nəzarət etməyə bilər. İlk addım təkrar ödənişlərin avtomatik müəyyənləşdirilməsi olmalıdır. Məsələn, eyni bank kartı ilə eyni avtobusda qısa müddət ərzində bir neçə ödəniş cəhdi edilibsə, sistem bu əməliyyatları ayrıca yoxlamalıdır. Əgər sərnişin bir dəfə səfər edib, lakin texniki xəta nəticəsində bir neçə dəfə pul tutulubsa, artıq məbləğ avtomatik geri qaytarılmalıdır.

Əlbəttə, bir şəxsin eyni kartla başqa sərnişinin də gedişhaqqını ödəməsi mümkündür. Buna görə sistem qanuni çoxsaylı ödənişlərlə texniki xətaları fərqləndirməlidir.

İkinci addım vahid şikayət mexanizminin yaradılmasıdır. Sərnişin banka müraciət etdikdə “BakuBus-a gedin”, BakuBus-a müraciət etdikdə isə “bankınıza müraciət edin” cavabını almamalıdır. Bir müraciət kifayət etməlidir. Bundan sonra məsələnin hansı qurum tərəfindən araşdırılması sərnişinin deyil, sistem iştirakçılarının işi olmalıdır.

Üçüncü addım ödəniş tarixçəsinin şəffaflaşdırılmasıdır. Sərnişin mobil tətbiqdə hansı tarixdə, hansı səfər üçün nə qədər ödəniş etdiyini və əməliyyatın yekun statusunu görə bilməlidir. Əgər pul sonradan tutulubsa, bunun hansı səfərə aid olduğu da aydın göstərilməlidir.

Dördüncü addım isə avtomatik geri qaytarma sisteminin tətbiqidir. Təsdiqlənmiş texniki xəta nəticəsində artıq tutulmuş məbləğ sərnişinin ayrıca müraciəti olmadan geri qaytarılmalıdır. Bunun üçün, məsələn, 24-48 saatlıq avtomatik yoxlama və düzəliş mexanizmi qurmaq olar”.

Ekspert son olaraq olaraq, ödəniş sisteminin fəaliyyətinə dair mütəmadi statistikanın açıqlanmalı olduğunu vurğulayıb:

“Ay ərzində neçə bank kartı əməliyyatı aparılıb, neçəsi uğursuz olub, neçə təkrar tutulma təsdiqlənib və nə qədər vəsait geri qaytarılıb? Bu məlumatlar ictimaiyyətə təqdim edilsə problemin real miqyası aydınlaşar”.

Qeyd edək ki, “BakuBus” MMC Ölkə.az-a verdiyi açıqlamada bank kartları vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının emalı, vəsaitlərin tutulması və geri qaytarılması ilə bağlı məsələlərin “MMC-nin səlahiyyətlərinə daxil olmadığını deyib, eləcə də, sərnişinlərin kartdan istifadə zamanı onun fiziki vəziyyətinə və validatora düzgün yaxınlaşdırılmasına diqqət etmələrini tövsiyə edib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir
Next Post: İlham Əliyev “Bir kəmər, bir yol” layihəsinin önəmini qeyd etdi

Related Posts

  • Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb Cəmiyyət
  • Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər Cəmiyyət
  • “Koroğlu” metrosu yaxınlığında prospektə çıxan at gündəm oldu – VİDEO Cəmiyyət
  • Mingəçevirdə ilan və zərərli həşəratlara qarşı profilaktik tədbirlər görüldü – Zəngəzur küçəsində dərmanlama aparıldı Cəmiyyət
  • İşə qəbul üçün tələb olunan sənədlərin sayı artırılır  Cəmiyyət
  • Sabah bu ərazilərdə qaz olmayacaq Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mingəçevirdə Azərbaycan Polisi Günü münasibətilə təntənəli tədbir keçirilib, fərqlənən əməkdaşlar təltif olunublar Cəmiyyət
  • Günəşdə güclü partlayış gözlənilir – Maqnit qasırğası olacaq Dünya
  • “Zirə” 5 futbolçu ilə yollarını ayırıb İdman
  • Tramp İrana qarşı şərt qoydu Siyasət
  • Əhalinin nəzərinə: Təşvişə düşməyin! Ölkə
  • Trampın telekanallarla bağlı yeni QƏRAR Dünya
  • Seneqal millisi çempionluğunu bu şəhərdə qeyd edəcək İdman
  • Qatarlar qrafikindən kənara çıxa bilər – RƏSMİ Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by