Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bu ölkədə istilərə görə qırmızı təhlükə səviyyəsi elan edildi Dünya
  • Futbol, yoxsa biznes? – Dünya çempionatında reklam qalmaqalı böyüyür İdman
  • Yer üzündə hələ də insan ayağı dəyməyən məkanlar var Dünya
  • Mədəniyyəti yeni iqtisadi gücə necə çevirək? – Deputatdan maraqlı açıqlama Mədəniyyət
  • Ukraynanın Baş naziri istefa verəcək Dünya
  • “TikTok” ABŞ-yə 400 milyon dollar ödəyəcək Dünya
  • Azərbaycanın xarici dövlət borcu bu qədərdir  İqtisadiyyat
  • “Qarabağ” kapitanını satarsa, nə qədər gəlir əldə edəcək? İdman

Keçmiş prezidentin meyiti 8 aydır morqdadır

Posted on 23 Fevral 2026 By admin Şərh yoxdur Keçmiş prezidentin meyiti 8 aydır morqdadır

Zambiyada qeyri-adi bir böhran yaşanır. Keçmiş prezident Edqar Lunqunun meyiti ailəsi ilə hazırkı prezident Hakainde Hiçilema arasındakı mübahisə səbəbindən ölümündən səkkiz ay sonra hələ də Cənubi Afrikadakı bir morqda saxlanılır.
 “Qafqazinfo” xəbər verir ki, hadisənin mərkəzində Lunqunun son günlərində yazdığı vəsiyyətnamə dayanır.
Sənəddə keçmiş prezident Hiçilemanın dəfn mərasimində iştirak etməməsi və ya cəsədinə yaxınlaşmaması tələbi yer alıb. Lakin Hiçilema dövlət protokoluna əsaslanaraq, rəsmi mərasimdə iştirak etməkdə israr edib. Bu mübahisə məhkəməyə daşınıb və məhkəmə prezidentin xeyrinə qərar verib.
Lunqu üçün paytaxt Lusakada dəfn sahəsi hazır olmasına baxmayaraq, meyit hələ ölkəyə gətirilmədiyi üçün məzar boş qalır. Bu hadisə Zambiyada həm siyasi, həm də mədəni böhranın simvoluna çevrilib.
Qeyd edək ki, iki lider arasındakı gərginlik 2015-ci ilə gedib çıxır. Lunqunun prezidentliyi dövründə Hiçilema “dövlətə xəyanət” ittihamı ilə həbs olunub, lakin 2021-ci il seçkilərində Hiçilema qalib gəlib. Lunqu vəzifədən sonra siyasətə qayıtmağa çalışsa da, bəzi hüquqları məhdudlaşdırılıb. O, keçən il Cənubi Afrikada vəfat edib.
Lunqunun ailəsi meyitin şəxsi təyyarə ilə Zambiyaya gətirilməsini və mərasim zamanı seçdikləri şəxslərin nəzarəti altında saxlanmasını xahiş edib. Ailə istəklərinin yerinə yetirilməyəcəyinə inanaraq, özəl mərasim keçirməyə hazırlaşsa da, avqust ayında Cənubi Afrika məhkəməsi nəşin Zambiyaya aparılmasına qərar verib.
Əlavə edək ki, Zambiyada ölülərin vaxtında və ləyaqətlə dəfn edilməməsi mədəni tabu sayılır. Yerli inanclara görə, yaşlıların ölümdən əvvəl dedikləri sözlər “xeyir-dua və ya lənət” mənasını daşıya bilər. Son üç prezidentin rəsmi iqamətgahları ilə bağlı yayılan şayiələr də ictimaiyyətin diqqətini çəkir.
Səkkiz aydır davam edən qeyri-müəyyənlik hələ də siyasi rəqabət və mədəni həssaslıqlar arasında həllini gözləyir və Zambiya cəmiyyəti diqqətlə bu böhranın nəticəsini izləyir.
Dünya

Yazı naviqasiyası

Previous Post: Rusiyada bu şəxslərin 18 yaşına çatmış övladları ölkədən ÇIXARILA BİLƏR
Next Post: Türkiyədə güclü zəlzələ oldu

Related Posts

  • LaGuardia hava limanında qəza – pilotlar həlak olublar Dünya
  • Amerikalı jurnalist Bağdadda oğurlanıb Dünya
  • Pakistanda sərnişin avtobusu yük maşını ilə toqquşub: 11 nəfər ölüb, 10 nəfər yaralanıb Dünya
  • İmran Xanın azadlığa buraxılması ilə bağlı şərt qoyuldu Dünya
  • “Aclıq daşları” yenidən göründü: Avropada şiddətli quraqlıq həyəcanı Dünya
  • Alimlər Pompeydəki qazıntılar zamanı itmiş məkana aparan gizli pilləkənlər tapdı Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • SEPAH ABŞ-nin sualtı kəşfiyyat vasitəsini ələ keçirdi Dünya
  • Asiya ölkələrində təbii qaz idxalı son altı ilin minimumuna düşdü Dünya
  • Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti yarım milyondan BAHA SATILDI Cəmiyyət
  • “Əl-Əhli” erməni futbolçunu 25 milyona aldı İdman
  • Deputata ağır itki üz verdi – FOTO  Ölkə
  • Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəldi Siyasət
  • Prezident Ramiz Fətəliyevlə bağlı Sərəncam imzaladı Ölkə
  • ABŞ-də şatdaun təhlükəsi: Dünyanın ən böyük iqtisadiyyatında böhran necə yaranır? Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by