Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Errores comunes al jugar tragaperras online en España Blog
  • İdman brendi Benzemadan imtina etdi İdman
  • Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.04.2026) İqtisadiyyat
  • Guía de depósitos y retiros con PayPal en casinos online de España Blog
  • İlk dəfə qızının üzünü göstərdi – FOTO Dünya
  • “Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır Ölkə
  • Ceyhun Bayramov somalili həmkarı ilə Naxçıvana dron hücumunu müzakirə edib Siyasət
  • Bir ay komada qalan aktyor o biri dünyada gördüklərini danışdı Maraqlı

ABŞ-də şatdaun təhlükəsi: Dünyanın ən böyük iqtisadiyyatında böhran necə yaranır?

Posted on 24 İyul 2026 By admin Şərh yoxdur ABŞ-də şatdaun təhlükəsi: Dünyanın ən böyük iqtisadiyyatında böhran necə yaranır?

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Konqres oktyabrın 1-dək federal hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsə, hökumətin fəaliyyəti dayandırılacaq.

Bəs “government shutdown” (şatdaun) nədir və bu halda nələr baş verir?

ABŞ-də vaxtaşırı gündəmə gələn və ölkənin siyasi həyatında ən ciddi böhranlardan biri hesab olunan “government shutdown” – federal hökumətin fəaliyyətinin qismən dayandırılması deməkdir. Bu anlayış hökumətin tamamilə iflic olması mənasını vermir. Belə vəziyyət Konqres federal qurumların maliyyələşdirilməsi üçün büdcəni və ya müvəqqəti maliyyələşdirmə sənədini vaxtında qəbul edə bilmədikdə yaranır.

Bu halda maliyyələşdirilməsi dayandırılan dövlət qurumları fəaliyyətini qismən və ya tam dayandırır, minlərlə dövlət qulluqçusu məcburi məzuniyyətə göndərilir, bir qismi isə maaşlarını sonradan almaq şərti ilə işləməyə davam edir.

ABŞ qanunvericiliyinə əsasən, Konqresin icazəsi olmadan federal qurumlar dövlət vəsaitini xərcləyə bilməz. Buna görə də hər maliyyə ilinin (1 oktyabr – 30 sentyabr) başlanğıcınadək büdcə qanunları və ya müvəqqəti maliyyələşdirmə haqqında qərar qəbul edilməzsə, “government shutdown” qüvvəyə minir.

Şatdaun niyə baş verir?

“Government shutdown”un əsas səbəbi siyasi razılaşmanın əldə olunmamasıdır. ABŞ-də büdcənin qüvvəyə minməsi üçün Nümayəndələr Palatası, Senat və prezident eyni sənədi təsdiqləməlidirlər. Dövlət xərcləri, vergi siyasəti, sosial proqramlar, səhiyyə və ya miqrasiya kimi məsələlərdə tərəflər razılığa gələ bilmədikdə maliyyələşdirmə gecikir və nəticədə federal hökumətin fəaliyyəti qismən dayanır.

Şatdaun zamanı yalnız maliyyələşdirilməsi dayandırılan federal qurumların işi məhdudlaşdırılır. Milli təhlükəsizlik və insanların həyatı üçün həyati əhəmiyyət daşıyan xidmətlər isə fəaliyyətini davam etdirir.

Bunlara Silahlı Qüvvələr, hava limanlarında Təhlükəsizlik Administrasiyası (TSA), sərhəd mühafizəsi, hava hərəkətinin idarə olunması, federal hüquq-mühafizə orqanları və təcili tibbi xidmətlər daxildir. Bu sahələrdə çalışan əməkdaşlar adətən maaşlarını sonradan almaq şərti ilə işləməyə davam edirlər.

Bunun əksinə olaraq, milli parklar, muzeylər, bəzi federal agentliklər, statistik məlumatların hazırlanması, qrant proqramları və müxtəlif inzibati xidmətlərin fəaliyyəti müvəqqəti dayandırılır.

Tarixdə neçə dəfə baş verib?

“Government shutdown” ABŞ tarixində dəfələrlə baş verib.

Diqqətçəkən hallar bunlardır:

1980 – Cimmi Karter administrasiyası dövründə ilk müasir şatdaun;

1981, 1984 və 1986 – Ronald Reyqan administrasiyası dövründə üç ayrı şatdaun;

1990 – Corc H.V.Buş administrasiyası dövründə üç günlük fəaliyyət dayanması;

1995 və 1995-1996 – Bill Klinton administrasiyası dövründə iki şatdaun, onlardan biri 21 gün davam edib;

2013 – Barak Obama administrasiyası dövründə 16 günlük şatdaun;

2018 (yanvar) – Donald Trampın ilk prezidentlik dövründə üçgünlük şatdaun;

2018-2019 – 35 gün davam edən şatdaun;

2025 – federal hökumətin fəaliyyətinin 43 gün dayanması ilə yeni rekord qeydə alınıb;

2026 – əvvəlcə ümumi federal hökuməti əhatə edən dörd günlük şatdaun, daha sonra isə Daxili Təhlükəsizlik Nazirliyini (DHS) əhatə edən 76 günlük qismən şatdaun baş verib.

Beləliklə, ABŞ-də “government shutdown” Konqresin büdcə ilə bağlı razılığa gələ bilməməsi nəticəsində federal qurumların bir hissəsinin fəaliyyətini müvəqqəti dayandırması deməkdir. Son onilliklərdə bu mexanizm ABŞ siyasi sistemində tərəflər arasında ən sərt siyasi təzyiq vasitələrindən birinə çevrilib və hər dəfə həm ölkə iqtisadiyyatına, həm də milyonlarla amerikalının gündəlik həyatına birbaşa təsir göstərib

Dünya

Yazı naviqasiyası

Previous Post: Latviya Rusiyaya etiraz notası təqdim edib
Next Post: Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub

Related Posts

  • Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər Dünya
  • İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırıq – Pentaqon generalı Dünya
  • Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq Dünya
  • 20-ci əsrdən bəri unudulan xəstəlik qayıtdı Dünya
  • Adını çox az adamın bildiyi ölkə Çinə rəqib oldu Dünya
  • Əraqçi: İranın qonşu ölkələrlə problemi yoxdur Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mingəçevirdə Azərbaycan Polisi Günü münasibətilə təntənəli tədbir keçirilib, fərqlənən əməkdaşlar təltif olunublar Cəmiyyət
  • Délais de vérification d’identité sur les casinos en ligne : ce qu’il faut savoir Blog
  • “Bölgə.az” xəbər portalından Esmira Hidayətovaya 8 Mart təbriki Cəmiyyət
  • Overçuk: Ermənistanda Rusiya qazından başqa heç bir qaz olmayacaq Dünya
  • Sabah hava necə olacaq? Ölkə
  • KİV: “Rusiya və Ukrayna atəşkəs üçün müəyyən razılığa gəliblər” Dünya
  • Rusiyada sirkdə pələng tamaşaçıların oturduğu zonaya girdi – VİDEO Dünya
  • Superkompüterdən yeni proqnoz – Dünya çempionu kim olacaq? İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by