Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Milli Mətbuat Günü ərəfəsində: Mingəçevir Şəhər İcra Hakimiyyətindən media ilə əməkdaşlıq haqqında mühüm açıqlamalar Ölkə
  • Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” Ölkə
  • Dar geyim sağlamlığınıza necə təsir edir? Cəmiyyət
  • “ABŞ-nin dünyanın digər regionlarında öhdəlikləri var” Dünya
  • Azərbaycandan Ermənistana dizel göndərilib – YENİLƏNİB İqtisadiyyat
  • Məşhur aktyordan maraqlı addım – FOTO Mədəniyyət
  • Təzəpir məscidində bayram namazı qılınıb Cəmiyyət
  • Tanınmış rejissor Cavid Təvəkkülün 52 yaşı tamam olur Mədəniyyət

İmran Xanın azadlığa buraxılması ilə bağlı şərt qoyuldu

Posted on 20 Avqust 2026 By admin Şərh yoxdur İmran Xanın azadlığa buraxılması ilə bağlı şərt qoyuldu

“Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xan azadlığa buraxılacağı təqdirdə hərbçilərlə və ya ordu komandanı feldmarşal Asim Münirlə qarşıdurmaya getməyəcək”.

Bunu Pakistanın keçmiş hökumət başçısının köməkçilərindən biri “Reuters”ə deyib.

Xanın köməkçisi Müniri bu həftə baş verən hüquqi dönüşdən sonra “barışdırıcı əl uzada biləcək şəxs” kimi təqdim edib.

Açıqlama Pakistan Ali Məhkəməsinin İmran Xanın müalicə məqsədilə xəstəxanaya köçürülməsi barədə qərarından sonra verilib. Bu, onun “Ədalət Uğrunda Hərəkat” (PTI) Partiyasının ritorikasında mümkün dəyişiklikdən də xəbər verə bilər.

Xanın tərəfdarları illərdir Asim Müniri sərt şəkildə tənqid edir və onu 2023-cü ildə sabiq baş nazirin həbs olunmasında rol oynamaqda ittiham edirlər. Həmin dövrdə Xanla ölkənin hərbi rəhbərliyi arasında münasibətlər kəskin şəkildə pisləşmişdi. Xan hətta Müniri “psixoloji cəhətdən qeyri-sabit” adlandırmışdı. Amma bu günlərdə “Reuters”ə müsahibə verən PTI-nin mətbuat katibi Zülfüqar Buxari partiyanın hərbçilərlə barışmağa hazır ola biləcəyinə dair açıq siqnal verib. Belə bir addım Pakistanın son illərdəki ən kəskin siyasi qarşıdurmalarından birini zəiflədə bilər. Amma Xanın özünün bu mövqeyi bölüşüb-bölüşmədiyi hələ məlum deyil.

“Əgər İmran Xan, hipotetik olaraq, sabah azadlığa buraxılsaydı, ölkəyə ciddi zərər vura biləcək heç bir addım atmazdı”, – deyən Buxari Xanı alicənab siyasətçi kimi xarakterizə edib.

Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə ona qarşı etimadsızlıq votumu keçirildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. Siyasətçi 2023-cü ildən korrupsiya ittihamı ilə 14 illik həbs cəzası çəkir. Həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il müddətinə azadlıqdan məhrum edilib.

Dünya

Yazı naviqasiyası

Previous Post: 239 balla hansı universitet? Sosial şəbəkələrdə MDU-ya maraq diqqət çəkdi
Next Post: “Təşəbbüs Tbilisidən gəlməlidir” – Zaxarova

Related Posts

  • Avropa onları “cəhənnəm hücumları” ilə hədələyir – Siyarto Dünya
  • Şanxayda robotlar real həyatda öyrədilir Dünya
  • İran sərhədçiləri dizel daşıyan gəmini ələ keçirdi Dünya
  • Bu ölkənin tankeri Hörmüz boğazını keçib Dünya
  • Keçmiş prezidentin meyiti 8 aydır morqdadır Dünya
  • Qonşu ölkədə apteklərin sayı Avropadakından üç dəfə çoxdur Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ukraynanın Baş naziri istefa verəcək Dünya
  • Musa Qurbanlı yenidən legioner həyatı yaşayacaq  İdman
  • İsrailli nazir “Eşref Rüya”nın aktyorunu təhdid etdi – VİDEO Dünya
  • Zakir Həsənov təlimi izlədi – VİDEO Ölkə
  • MDU və “Bakı İnşaat Sənaye” ASC əməkdaşlığa başladı Təhsil
  • Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur İqtisadiyyat
  • “Beniz” ləqəbli tiktokerə hökm oxundu Cəmiyyət
  • Sabah Şərurun bəzi ərazilərində işıq olmayacaq Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by