Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək – Bloomberg  Siyasət
  • “Öldüyünə sevinirəm, artıq günahsız insanlara zərər verə bilməyəcək” – FOTO Dünya
  • Pirşağıda dənizdə batan şəxsin axtarışları davam etdirilir Cəmiyyət
  • Test Cəmiyyət
  • Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir Ölkə
  • Ermənistanda keçmiş baş nazirin oğlu HƏBS EDİLDİ Dünya
  • Altıncı hissi çox güclü olan BÜRCLƏR Maraqlı
  • Məktəbdə insident: Müəllim valideyni döydü Təhsil

Alimlər Pompeydəki qazıntılar zamanı itmiş məkana aparan gizli pilləkənlər tapdı

Posted on 6 Mart 2026 By admin Şərh yoxdur Alimlər Pompeydəki qazıntılar zamanı itmiş məkana aparan gizli pilləkənlər tapdı

Pompeydə aparılan mühüm arxeoloji qazıntılar zamanı alimlər “itmiş Pompey”ə aparan möhtəşəm pilləkənlər aşkar ediblər. Araşdırmaçılar hesab edir ki, bu ərazi bir vaxtlar Roma elitasının yaşadığı yer olub.
Bu barədə “The Mirror” yazır.
Əvvəllər Pompeydə yerləşən “Tiasusun evi” villasında olan pilləkənlərin heç yerə aparmadığı düşünülürdü. Lakin yeni araşdırmalar göstərib ki, bu pilləkənlər əslində şəhərin yüksək səviyyəli yaşayış hissəsinə – bir növ qədim elit yaşayış kompleksinə giriş olub.
Arxeoloqların sözlərinə görə, bu bina varlı bir ailəyə məxsus olub. “Pompei Sites” məlumatına əsasən, hazırda dağıntı vəziyyətində olan bu qüllə tipli tikililərdə zəngin sakinlər yaşayırdı.
“İtmiş Pompey evi binaların yuxarı mərtəbələrindən ibarətdir və bu hissələr qədim şəhərdə həyatın necə olduğunu anlamaq üçün böyük əhəmiyyət daşıyır”, deyə Pompey Arxeoloji Parkının direktoru Qabriel Zuxtriqal bildirib.
Tədqiqatçılar supervarlı insanların villalarının modellərini yaratmaq üçün rəqəmsal arxeologiya metodlarından istifadə ediblər. Onların qənaətinə görə, Pompeydəki ən böyük villalar bir vaxtlar hakimiyyət və zənginliyin simvolu sayılan qüllələrlə təchiz olunmuş ola bilərdi.
“Pompeydə arxeoloji tədqiqatlar çox mürəkkəbdir. Sahə işləri ilə yanaşı, qazıntılar qədim dünyada insanların həyatına aid toxunulmamış kontekstləri və Vezuvi vulkanının püskürməsi ilə bağlı yeni hekayələri üzə çıxarır. Həmçinin bu məkanda qorunmamış elementləri öyrənmək və bərpa etmək üçün qeyri-invaziv tədqiqat üsullarından da istifadə edilir”, deyə Zuxtriqal izah edib.
Alimlərin fikrincə, Vezuvi vulkanının püskürməsindən sonra yaranan kül binaların aşağı səviyyələrini örtərək qoruyub saxlayıb, lakin yuxarı mərtəbələri məhv edib.
Araşdırmaçılar bildirir ki, qopmuş pilləkənlər və kəsilmiş dayaq şüaları kimi ipuclarından istifadə edərək şəhərin yeni rəqəmsal modelini yaradıblar. Bu məlumatlara əsasən, pilləkənlərin qülləyə aparması ehtimal edilir və zəngin sakinlər buradan şəhəri və Neapol körfəzini seyr edə bilirdilər.
Tədqiqatçılar hesab edir ki, qüllənin hündürlüyü təxminən 12 metrə çata bilərdi və “Tiasusun evi” əslində çoxmərtəbəli bina olub.
“Binanın aşağı hissəsinin interyeri sadə idi. Bu isə yuxarı mərtəbəyə aparan monumental xarici pilləkənlərlə ziddiyyət təşkil edirdi və yaşayış sahəsinin daha zərif və nümayişkaranə olduğunu göstərirdi. Toplanan məlumatlar əsasında hazırlanan 3D rəqəmsal model bizə həmin dövrün məkanını, cəmiyyətini və insanların həyat təcrübəsini daha yaxşı anlamağa kömək edir”, dey alimlər qeyd ediblər.
Dünya

Yazı naviqasiyası

Previous Post: Rəsmi Bakı Azərbaycana dəstək verən ölkə və təşkilatlara təşəkkür etdi
Next Post: Külək güclənəcək (XƏBƏRDARLIQ)

Related Posts

  • Böyük hesab səhvi: Dəniz səviyyəsi illərdir yanlış ölçülüb Dünya
  • Ən yaxınlarından üz döndərənlər: valideynləri ilə ünsiyyət qurmayan Hollivud ulduzları Dünya
  • İranda yeni ali rəhbər seçildi Dünya
  • Amerikalı jurnalist Bağdadda oğurlanıb Dünya
  • Laboratoriyada yetişdirilən neyronlar: Bioloji kompüterlər gəlir Dünya
  • İspaniya Baş naziri Aİ-ni ittiham etdi: “Bu yanaşma qəbuledilməzdir” Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mingəçevirdə İlham İsmayılov sakinlərlə səyyar görüş keçirib Cəmiyyət
  • Bir ay komada qalan aktyor o biri dünyada gördüklərini danışdı Maraqlı
  • Dəhşətli baş ağrısının ŞOK SƏBƏBlərindən biri üzə çıxdı Maraqlı
  • Altıncı hissi çox güclü olan BÜRCLƏR Maraqlı
  • Ağadadaş Ağayev qızının xəstəliyindən danışdı Mədəniyyət
  • La vérité sur les systèmes de paris infaillibles Blog
  • “Neftçi” onunla yollarını ayırdı İdman
  • Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by