Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İranda son bir ildə 15 min insan yol qəzalarının qurbanı olub Dünya
  • Rusiyada bu şəxslərin 18 yaşına çatmış övladları ölkədən ÇIXARILA BİLƏR Dünya
  • Almaniya Yaponiya ilə hərbi saziş imzalayır Dünya
  • Ən dəhşətli il: dənizdə yüzlərlə qaçqın ölüb Siyasət
  • Ankara vacib qərarlar ərəfəsində: MTŞ-nin kritik iclası başladı Dünya
  • Azərbaycanda xəstəxana direktoru cərimələndi – SƏBƏB Ölkə
  • Ərindən icazəsiz ata evinə gedən qadınlar HƏBS OLUNACAQ Dünya
  • Putin və Tramp gizlicə danışıblar? Siyasət

“Qələmimlə qəhrəmanlarımızın yolunu işıqlandırmağa çalışıram” – Mingəçevirli gənc şair Nərmin Əliyeva ilə müsahibə

Posted on 27 İyun 202627 İyun 2026 By admin Şərh yoxdur “Qələmimlə qəhrəmanlarımızın yolunu işıqlandırmağa çalışıram” – Mingəçevirli gənc şair Nərmin Əliyeva ilə müsahibə

Mingəçevir şəhərində yaşayan gənc şair Nərmin Əliyeva yaradıcılığı ilə vətən sevgisini, milli-mənəvi dəyərləri və qəhrəmanlıq tariximizi gələcək nəsillərə çatdırmağı qarşısına məqsəd qoyub. Dövlət əhəmiyyətli günlər, şəhidlərin anım mərasimləri, vətənpərvərlik mövzusunda keçirilən tədbirlər və gənclərin milli ruhda yetişdirilməsi istiqamətində göstərdiyi fəaliyyət onun yaradıcılığının əsas xəttini təşkil edir. Nərmin Əliyeva ilə söhbətimizdə həm yaradıcılığı, həm də ictimai fəaliyyəti haqqında danışdıq.

– Nərmin xanım, əvvəlcə özünüz haqqında məlumat verməyinizi istərdik.

– Salam. Mən Nərmin Əliyevayam. Həyatımı iki müqəddəs sahənin – elmin və sözün vəhdəti üzərində qurmuşam. İnanıram ki, elm insanın düşüncəsini formalaşdırır, poeziya isə onun ruhunu zənginləşdirir. Həm fəaliyyətim, həm də yaradıcılığım vasitəsilə cəmiyyətə, xüsusilə də gələcək nəsillərin vətənpərvər, milli dəyərlərə bağlı yetişməsinə öz töhfəmi verməyə çalışıram.

– Yaradıcılığınızın əsas mövzuları hansılardır?

– Mən Mingəçevir Yazıçılar Birliyinin üzvüyəm və “Ürəyimdə közərən söz” adlı şeirlər kitabının müəllifiyəm. Yazılarımın əsas mövzusu Vətən sevgisi, qəhrəmanlıq salnaməmiz, şəhidlərimizin əziz xatirəsi və milli-mənəvi dəyərlərimizdir. Hesab edirəm ki, hər bir şair öz qələmi ilə xalqının tarixini, qəhrəmanlarını və mənəvi irsini yaşatmalıdır. Şeirlərimin bir qismi redaktoru dəyərli şair Elşən Əzim olan “Söz odası” jurnalında da dərc olunub.

– Dövlət və ictimai tədbirlərdə də fəal iştirak edirsiniz. Bu istiqamətdə fəaliyyətiniz nədən ibarətdir?

– Mənim üçün vətənpərvərlik təkcə şeirlərdə deyil, həm də əməli fəaliyyətlə yaşadılmalıdır. Buna görə də dövlətimizin əlamətdar günlərinə, şəhidlərimizin anım mərasimlərinə, şəhid ailələrinə həsr olunan tədbirlərə xüsusi həssaslıqla yanaşıram. Bu tədbirlər üçün vətənpərvərlik ruhunda şeirlər yazır, müxtəlif ədəbi-bədii proqramların hazırlanmasında iştirak edir və gənclərin milli ruhda tərbiyəsinə xidmət edən layihələr həyata keçirirəm.

İnanıram ki, bugünkü gənclər qəhrəmanlarımızı nə qədər yaxından tanısalar, Vətənə bağlılıqları da bir o qədər möhkəm olar. Bu, mənim həm yaradıcı, həm də vətəndaşlıq missiyamdır.

 

– Yadda qalan layihələrinizdən biri haqqında danışardınız.

– Mənim üçün ən yaddaqalan tədbirlərdən biri 17 fevral 2026-cı il tarixində təşkil etdiyim və Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir oldu. Bu tədbirin əsas məqsədi qəhrəmanlarımızın şücaətini gənc nəslə çatdırmaq, onların xatirəsini daim yaşatmaq idi. Bu cür layihələrin davamlı olması cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır.

– Bu fəaliyyətinizdə sizə dəstək olanlar barədə nə demək istərdiniz?

– Hər bir uğurlu layihənin arxasında dəstək dayanır. Bu və digər tədbirlərimin həyata keçirilməsində göstərdiyi diqqət və dəstəyə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısına dərin təşəkkürümü bildirirəm. Bu etimad mənim üçün yeni layihələr həyata keçirmək baxımından böyük stimul yaradır.

– Gələcək hədəfləriniz nələrdir?

– Ən böyük məqsədim qələmlə vətənə xidmət etməkdir. İstəyirəm ki, yazdığım hər misra insanlarda Vətən sevgisini daha da gücləndirsin, şəhidlərimizin xatirəsini yaşatsın və gənclərimizi milli-mənəvi dəyərlərə daha sıx bağlasın. Gələcəkdə də yeni kitablar, vətənpərvərlik mövzusunda layihələr və ədəbi tədbirlərlə oxucularımın qarşısında olmağı planlaşdırıram.

– Sonda oxucularımıza nə demək istərdiniz?

– Qəhrəmanlarımızı unutmayaq. Onların bizə əmanət qoyduğu Vətəni sevmək, qorumaq və gələcək nəsillərə bu sevgini aşılamaq hər birimizin borcudur. Mən də qələmim və fəaliyyətimlə bu müqəddəs yolda xidmət etməyə davam edəcəyəm.

Esmira Hidayətova, Mingəçevir

Mədəniyyət

Yazı naviqasiyası

Previous Post: Mingəçevir liseyinin növbəti qürur mənbəyi: Burlaxatun qəbul imtahanında yüksək nəticə göstərdi
Next Post: Azərbaycan İsrailə müraciət etdi

Related Posts

  • İbrahim Tatlısəs qızını məhkəməyə verdi Mədəniyyət
  • Zaurun verilişinin yerinə bu layihə başlayır Mədəniyyət
  • Əməkdar artist “Çocuklar duymasın”ın aktyoru ilə bir arada – FOTO Mədəniyyət
  • Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı – FOTO Mədəniyyət
  • “Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim” Mədəniyyət
  • Məşhur müğənniyə ilik köçürüləcək Mədəniyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu İdman
  • ICESCO Prezidenti İlham Əliyevə təşəkkür etdi Siyasət
  • Səudiyyə Ərəbistanı: Şahzadə Sultan aviabazasının yaxınlığında 5 pilotsuz təyyarə məhv edilib Dünya
  • “Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı” Maraqlı
  • İslamabadda ara qarışdı: minlərlə insan küçələrə axışdı Dünya
  • İdman
  • İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib Dünya
  • Noyer rekorda imza atıb İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by