Mingəçevir Bələdiyyəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib
22 İyul – Azərbaycan Milli Mətbuat Günü münasibətilə Mingəçevir Bələdiyyəsində şəhərdə fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib. Tədbirdə çıxış edən Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov jurnalistləri peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onların cəmiyyətin düzgün məlumatlandırılması, ictimai rəyin formalaşdırılması və milli mətbuatın inkişafındakı mühüm rolunu yüksək qiymətləndirib. O, media nümayəndələri ilə bir araya…