Hövsanın su təchizatında fasilə yaranıb – SƏBƏB NƏDİR?
Bakının Surxanı rayonunun Hövsan qəsəbəsinin bəzi ərazilərinin içməli su təchizatında gün ərzində müvəqqəti fasilə yaranıb. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC-dən məlumat verilib. Bildirilib ki, bu Suraxanı rayonundan keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlıdır.