Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Müdafiə Nazirliyi PUA-larla bağlı məlumat yaydı Ölkə
  • Yaşar Gülər: Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq Dünya
  • Tehran: Məsləhətləşmə gedir, növbəti görüş Ağ Evdən asılıdır Siyasət
  • İrandan xəbərdarlıq: ABŞ hücum etsə, qətiyyətli cavab veriləcək Siyasət
  • Milli Qəhrəman komaya düşüb – Vəziyyəti ağırdır Cəmiyyət
  • Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI Hadisə
  • Son zəngin qürur və duyğu dolu anları Təhsil
  • UNESCO rəsmisi: Davamlı sülh cəmiyyətlərdə qərəzlərin aradan qaldırılmasından başlayır Siyasət

Rusiyada böyük korrupsiya qalmaqalı

Posted on 9 Avqust 2026 By admin Şərh yoxdur Rusiyada böyük korrupsiya qalmaqalı

Rusiyanın pilotsuz uçuş aparatları sənayesində növbəti korrupsiya qalmaqalı yaşanır. Sənaye və Ticarət Nazirliyinə bağlı iri dron istehsalçılarından biri olan “Drone Solutions” şirkətinin keçmiş və hazırkı rəhbərləri Moskvada saxlanılıb.

Keçmiş baş direktoru İrakli Xazaliya və hazırkı baş direktoru, eyni zamanda şirkətin təsisçisi Vyaçeslav Barbasov həbs edilərək istintaq təcridxanasına göndəriliblər.

Onlar dələduzluq yolu ilə vəsaitlərin mənimsənilməsində ittiham olunurlar.

Xazaliya və Barbasov “Drone Solutions”ın minoritar səhmdarlarıdır. Şirkətin əsas sahibi isə Rusiya Sənaye və Ticarət Nazirliyinə bağlı Milli Texnoloji Təşəbbüs Layihələrinə Dəstək Fondudur.

“Drone Solutions” adi dronların fəaliyyət göstərə bilmədiyi mürəkkəb şərait üçün pilotsuz aviasiya sistemləri, onların proqram təminatı və neyron şəbəkələr əsasında kompüter görmə sistemlərinin hazırlanması ilə məşğuldur.

Şirkət xüsusilə neft-qaz infrastrukturunun monitorinqi, meşə yanğınlarının aşkarlanması və tibbi yüklərin daşınması üçün PUA-lar hazırladığını bildirirdi. Onun “Şerşen” və “Aist” adlı pilotsuz aparatlarının isə Şimal Dəniz Yolu ilə hərəkət edən gəmilərə yardım göstərməsi nəzərdə tutulurdu.

Son illərdə şirkət Rusiyanın bir sıra iri dövlət və özəl strukturlarından əhəmiyyətli maliyyə dəstəyi alıb. “Drone Solutions”a “Skolkovo”, Sənaye və Ticarət Nazirliyi, “Rosatom”, eləcə də milyarder Vladimir Potaninin “İnterros” şirkətinin yaratdığı “Vosxod” fondu tərəfindən böyük həcmdə vəsait ayrıldığı bildirilir.

Mənbələrin məlumatına görə, şirkətin rəhbərləri cümə günü məhz dələduzluq yolu ilə mənimsəmə işi çərçivəsində saxlanılıblar. Lakin söhbətin konkret olaraq hansı məbləğdən getdiyi hələ açıqlanmayıb.

Bu, Rusiya Sənaye və Ticarət Nazirliyinin dron proqramları ətrafında ilk belə qalmaqal deyil. Daha əvvəl nazirliyin Pilotsuz Sistemlər və Robototexnika İdarəsinin rəis müavini Alla Polovçenya, həmçinin iri pilotsuz aviasiya sistemləri istehsalçısı “Efko” qrupunun rəhbərləri və sahiblərinin həbs olunduğu bildirilmişdi.

Dünya

Yazı naviqasiyası

Previous Post: Sürücü polisin yazdığı cərimə protokolunu yedi
Next Post: Ermənistanda keçmiş baş nazirin oğlu HƏBS EDİLDİ

Related Posts

  • ABŞ-nin xərcləri 42 milyard dolları ötüb Dünya
  • Sakit okeanda zəlzələ baş verdi Dünya
  • Bu ölkədə istilərə görə qırmızı təhlükə səviyyəsi elan edildi Dünya
  • Küveyt ordusundan xəbərdarlıq – HHM sistemləri işə düşdü Dünya
  • İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırıq – Pentaqon generalı Dünya
  • Qrenlandiyalılar ABŞ konsulluğunun yaxınlığında etiraz aksiyası keçirdilər Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Motosikletlə “Mercedes” toqquşdu – Kuryer xəsarət aldı Hadisə
  • Rəsmi Bakı Azərbaycana dəstək verən ölkə və təşkilatlara təşəkkür etdi Ölkə
  • Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır Ölkə
  • 2027-ci ilin qəbul imtahanları ilə bağlı xəbərdarlıq  Təhsil
  • 3 il qızını axtaran ata acı həqiqəti DNT analizi ilə öyrəndi Dünya
  • Rusiya Ukraynanın üç yaşayış məntəqəsini nəzarətə götürdü Dünya
  • Krımda Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb: 29 ölü Dünya
  • Təbiət qoynunda istirahət edənlərin diqqətinə – Nazirlik XƏBƏRDAQLIQ yaydı Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by