Mingəçevirdə “Azərenerji” ASC və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Oktyabr – Energetiklər Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə ölkəmizdə elektroenergetika sahəsinin tarixini və bu gününü əks etdirən fotolardan ibarət sərgiyə baxış olub. Tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə elektroenergetika sahəsinin inkişafına göstərdiyi diqqətdən bəhs edən “Müstəqil energetikanın banisi” adlı video-çarx nümayiş etdirilib. Tədbirdə həmçinin, “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin 20 Oktyabr…