Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Kərim Vəliyev Belarus və Slovakiya Baş Qərargah rəisləri ilə telefon danışığı apardı Ölkə
  • Mayda bu BÜRClər pul içində üzəcək – Karyera və şans partlayışı Maraqlı
  • Xankəndidə 27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib – FOTO Ölkə
  • Vaxtsız ölüm sevilən müəllimi aramızdan apardı Hadisə
  • Qırğızıstanda sabiq nazir həbs edildi Dünya
  • İranda 500 nəfər həbs edildi – Casusluqda ittiham olunurlar Siyasət
  • Cəlilabadda avtomobilin vurduğu piyada ölüb Hadisə
  • Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir Ölkə

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Posted on 28 Avqust 2026 By admin Şərh yoxdur Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Gürcüstanda 2026-cı il üzrə vahid milli imtahanların nəticələri açıqlanıb. İmtahanlarda iştirak edən 39 689 abituriyentin 34 150-si ali və ya peşə təhsili proqramlarına qəbul olunub.

Bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzi (NAEC) məlumat yayıb.

Qəbul olunanların 20 679-u, yəni 60,55 faizi dövlət tərəfindən tam maliyyələşdiriləcək.

Belə ki, 17 862 nəfər dövlət hesabına bakalavr proqramlarında, 1 322 nəfər peşə təhsili proqramlarında, 1 495 nəfər isə gürcü dili hazırlıq proqramında təhsil alacaq.

Mərkəzin məlumatına görə, 1 795 abituriyent minimal səriştə həddini keçsə də, seçdikləri proqramlarda yüksək rəqabət səbəbindən heç bir təhsil proqramına qəbul ola bilməyib. Daha 3 744 abituriyent isə bir və ya bir neçə fənn üzrə minimal səriştə həddini keçməyib.

NAEC bildirib ki, qəbul prosesində abituriyentin topladığı bal və seçdiyi proqramlardakı rəqabət nəzərə alınmaqla reytinq siyahısında dəyişiklik etmək vacibdir.

Abituriyentlər apellyasiya nəticələri dərc edildikdən sonrakı gün saat 18:00-dək şəxsi səhifələri vasitəsilə prioritetlərini dəyişə, həmçinin yeni bakalavr və peşə təhsili proqramları əlavə edə bilərlər.

Qeyd edək ki, Gürcüstanda ali təhsil islahatından əvvəl dövlət təhsil qrantları abituriyentlərin vahid milli imtahanlarda göstərdiyi nəticələr əsasında 50, 70 və 100 faiz həcmində verilirdi.

2013-2025-ci illərdə 100 faizlik dövlət təhsil qrantı qazanan abituriyentlərin sayı qəbul olunanların ümumi sayının 2,90-3,84 faizini təşkil edib.

Dünya

Yazı naviqasiyası

Previous Post: Bu ərazilərdə işıq olmayacaq
Next Post: Azərbaycanlı dənizçinin meyiti aşkarlandı

Related Posts

  • “Ərim atamı döyüb” – FOTO Dünya
  • Almaniyanın dövlət borcu 3 trilyon avroya yaxınlaşır Dünya
  • Alimlər Qədim Misir mumiyalarını qoxlamağa başladılar Dünya
  • Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR Dünya
  • Rusiya: Fevralın əvvəlindən Ukraynada 12 yaşayış məntəqəsini ələ keçirmişik Dünya
  • “ABŞ-nin dünyanın digər regionlarında öhdəlikləri var” Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sonsuzluqla bağlı hansı yanlış inanclar var? – AÇIQLAMA Cəmiyyət
  • Köçəryanın oğlu haqqında həbs qətimkan tədbiri seçilib Dünya
  • Əfv sərəncamının icrası başa çatdı – YENİLƏNİB Cəmiyyət
  • Ekonomim: Türkiyə İranla müharibədə neytral qala bilməyəcək Dünya
  • Axios: ABŞ ilə İran arasında danışıqlarda Türkiyə, Misir və Pakistan vasitəçilik edir Siyasət
  • Müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir Dünya
  • 3 il qızını axtaran ata acı həqiqəti DNT analizi ilə öyrəndi Dünya
  • DİM-dən 300 bal toplasa da, adı siyahıda olmayan abituriyentlə bağlı AÇIQLAMA Təhsil

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by