Sülh və əmin-amanlıq istənilirsə, müharibəyə hazır olmaq lazımdır.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində deyib.
O bildirib ki, Azərbaycan, Türkiyə və Özbəkistandan olan hərbi qulluqçuların təlimi uğurla başa çatıb:
“Təlimdə iştirak edən qardaşlarımı təbrik edirəm. İnanıram ki, bundan sonra digər qardaşlarımızın da – qırğızların, qazaxların da aramıza qoşulması ilə daha böyük təlimləri birlikdə planlaşdıraraq uğurla həyata keçirəcəyik. Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. Bütün bunlara görə də biz bölgəmizdəki vəziyyətləri nəzərə alaraq hazırlığımızı ən yaxşı şəkildə təmin edib sülh içində yaşayacağıq”.