Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bakı faktoru ilə hesablaşan Brüssel: Strateji tərəfdaşlığın yeni mərhələsi Ölkə
  • İran bayrağı köynəyi ilə hücum: 2 ölü Dünya
  • Fransa Şərqi Aralıq dənizinə təyyarədaşıyan gəmi göndərdiyini inkar edir Dünya
  • Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI İdman
  • Myanmada minlərlə məhbus əfv edilib Dünya
  • İqtisadiyyat
  • Livanda İsrail hücumlarının qurbanlarının sayı açıqlandı Siyasət
  • Soğan yükündən 25 kiloqram marixuana aşkarlandı  Kriminal

30 ildən sonra Horovlu Baharı azad şəkildə qarşıladı – FOTOLAR

Posted on 22 Mart 2026 By admin Şərh yoxdur 30 ildən sonra Horovlu Baharı azad şəkildə qarşıladı – FOTOLAR

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Aqrar tədarük və təchizat” ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələn festival çərçivəsində Horovlu kənd bazarının açılışı baş tutub, kənd təsərrüfatı məhsulları və əl işlərinin yarmarkası təşkil olunub. Müxtəlif bölgələrdən fermer və investorlar üçün satış imkanı yaradılıb.

Festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi tamaşalar, həmçinin musiqiçilər, xanəndələr, aşıqlar, xor kollektivi, rəqqaslar və incəsənət xadimlərinin ifasında əyləncəli konsert proqramı təşkil olunub. Uşaqlar üçün xüsusi zonada kukla teatr tamaşası göstərilib, interaktiv fləşmoblar, viktorinalar keçirilib, hədiyyələr paylanılıb.

Sakinlər Novruz bayramının əsas simvolu kimi hazırladıqları kreativ səmənilərlə müsabiqəyə qatılaraq birincilik uğrunda mübarizə aparıblar. İctimai xadimlərdən ibarət münsiflər heyəti kreativlik, estetiklik və digər kateqoriya üzrə qalibləri müəyyən ediblər. Müxtəlif nominasiyalarda qalib gələn iştirakçılara hədiyyələr təqdim olunub. Ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə master-klass olduqca maraqla qarşılanıb. Horovlu kənd parkında təşkil edilən festivalda qonaqlar sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin endemik bitikisi sayılan çirişotu kətəsinin dadına baxıblar.

Kəndirbazlar, pəhlivanlar, yumurta boyayayanlar və digərlərinin iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı ətrafında birlik rəmzi olan Yallı rəqsi ilə başa çatıb.

 

 

Ölkə

Yazı naviqasiyası

Previous Post: Əməkdar artist qızını PAYLAŞDI: “Həyatımın ən böyük imtahanı…” – FOTO
Next Post: İran dövriyyəyə yeni əskinas buraxdı

Related Posts

  • Hövsanda qaz olmayacaq Ölkə
  • Bakıda 11 marşrutun dayanacaqlarda hərəkəti müvəqqəti dəyişdiriləcək Ölkə
  • Bu, sadəcə maaş artımı deyil – Həkim ən çox nəyə sevinir?   Ölkə
  • Azərbaycanda 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək Ölkə
  • Sabah hava necə olacaq? Ölkə
  • “Prezidentin çıxışı və diplomatik təxliyə qərarı bir-birini tamamlayan tədbirlərdir” – Ekspert Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Test Cəmiyyət
  • Avropa onları “cəhənnəm hücumları” ilə hədələyir – Siyarto Dünya
  • Leysan, şimşək, dolu – SABAHIN HAVASI Ölkə
  • Xamneyinin ölümündən sonra Kərkükdə təhsil iki günlük dayandırılıb Dünya
  • İlham Əliyev Corcia Melonini təbrik etdi Siyasət
  • “Öldüyünə sevinirəm, artıq günahsız insanlara zərər verə bilməyəcək” – FOTO Dünya
  • Top Mobile Pokies for Real Money in Australia Blog
  • KİV: ABŞ İrana qarşı uzunmüddətli hərbi əməliyyata hazırlaşır Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by