Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Arda Turan futbol tarixinə düşdü İdman
  • “Biri ilə çay içirəm, başqa yerə yozur” Cəmiyyət
  • Tramp: İranla bağlı planlaşdırılan hücum təxirə salınıb Siyasət
  • Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar Dünya
  • Azərbaycanda 9-cu sinif şagirdi özünü güllələyərək ÖLDÜRDÜ Hadisə
  • Dövlətinə sədaqətli, xalqa bağlı bir ömrün ünvanı Cəmiyyət
  • Nazirlikdə sürücü işləmək istədi, dələduzluğa məruz qaldı Kriminal
  • İranın ali rəhbərinin müşaviri: Hörmüzün ABŞ-yə heç bir aidiyyatı yoxdur Siyasət

Tünzalə Seyidova:”Məni ən çox həyatda sevindirən cənab Prezidentin əməyimə verdiyi fəxri addır”.

Posted on 1 Oktyabr 20261 Oktyabr 2026 By admin Şərh yoxdur Tünzalə Seyidova:”Məni ən çox həyatda sevindirən cənab Prezidentin əməyimə verdiyi fəxri addır”.

Müəllim ömrü — zərrə-zərrə əriyən, lakin əridikcə ətrafına işıq saçan bir şamın hekayəsidir. Hər il oktyabrın 5-də qeyd olunan Beynəlxalq Müəllimlər Günü sadəcə təqvimdəki bir bayram deyil; bu tarix ömrünü şagirdlərinin maariflənməsinə, savadlanmasına və bir şəxsiyyət kimi yetişməsinə həsr edən fədakar insanlara göstərilən ali ehtiramın rəmzidir. Həmçinin müəllimlik peşəsi yalnız sinif otağında dərs keçməkdən ibarət deyil. Bu, gələcəyi inşa etmək, körpə qəlblərə vətən sevgisini, elmin sirlərini və insani dəyərləri aşılamaq sənətidir.

Ömrünü bu müqəddəs yola verən bir müəllim hər gün şagirdlərinin uğurları ilə yenidən doğulur, onların sevinci ilə sevinir, kədəri ilə kədərlənir. Bir insanın həyatına toxunmaq, onun qaranlıq yollarını elmin çırağı ilə işıqlandırmaq müəllim ömrünün ən böyük mükafatı və mənasıdır.


5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində Mingəçevir şəhər Noel Ahəngari adına 13 nömrəli tam orta məktəbin keçmiş direktoru, tanınmış təhsil işçisi və pedaqoq,”Əməkdar Müəllim” Tünzalə Seyidova ilə görüşüb ötən illərin xatirələrinə qayıtdıq. Bu, həqiqətən də çox dəyərli və təsirli bir görüş oldu. Müəllimlər günü ərəfəsində insanın üzərində əməyi olan bir müəllimlə illər sonra yenidən bir araya gəlmək, köhnə xatirələri vərəqləmək ən gözəl və unudulmaz anlardan biri oldu desək yanılmarıq.

Tünzalə müəlliməyə olan bu diqqət və vəfa borcumuz həm ona böyük bir sevinc bəxş etdi, həm də keçmişə gözəl bir səyahət oldu . Uzun illər bu təhsil müəssisəsinə rəhbərlik edən Tünzalə müəllim, məktəbin idarə olunmasında, təlim-tərbiyə prosesinin təşkilində və gənc nəslin yetişməsində böyük əmək sərf etmişdir.

O, xüsusilə 2019-2020-ci illərdə Heydər Əliyev Fondu tərəfindən məktəbin tamamilə yenidən bərpa olunaraq müasir səviyyədə istifadəyə verilməsi dövründə də rəhbərlik fəaliyyətini davam etdirmişdir. Hazırda yaş həddi ilə bağlı olaraq təqaüddədir.
Tünzalə xanımla söhbət əsnasında necə oldu ki,məhz müəllimlik peşəsinə üz tutdunuz sualımıza böyük məmuniyyətlə bildirdi ki,bu peşənin sirləri ona anasından keçib:”Müəllim –elm,bilik xəzinəsinin qapısını insanların üzünə açan müqəddəs varlıqdır.Bu xəzinəyə daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir,öz biliyi və əməyiilə cəmiyyətin inkişafına töhfələr verirlər”.
Tünzalə xanım,sizi pedoqoji fəaliyyətiniz dövründə daha çox sevindirən nə olub?
-Məni ən çox həyatda sevindirən cənab Prezidentin əməyimə verdiyi fəxri ad,bir də mənim şagirdlərimin hal-hazırda xarici ölkələrdən gələn xoş soraqlarıdır.Müəllim nə ilə fəxr edə bilər?…Müəllimin qiymətini kim verə bilər?
“Əlbəttə onun yetişdirdiyi şagirdlər,cəmiyyətimiz üçün yetişdirdiyi şəxsiyyətlərdir.


“Mən fəxr edirəm ki,mənə görə neçə nəfər biologiya müəllimi olub.Hazırda da mənim dəsti-xəttimi davam etdirən,məni özünə ideal seçmiş 16 saylı məktəbdə Aliyə Müəllimdir. Çox yaxşı istedadlı müəllimdir”.
Qeyd edək ki,Tünzalə Seyidova uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinə və Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ölkə rəhbərliyi tərəfindən “Əməkdar müəllim” fəxri adı ilə təltif olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, “Əməkdar müəllim” fəxri adı bir pedaqoqun fəaliyyətinə verilən ən ali dövlət mükafatlarından biridir və Tünzalə xanım bu adı fədakar əməyi ilə qazanmış ziyalılardandır.

Onun uzunillik pedaqoji və idarəçilik fəaliyyəti dövründə qazandığı uğurlar nəticəsində Mingəçevir şəhər Noel Ahəngari adına 13 nömrəli tam orta məktəbə rəhbərlik etdiyi dövrdə məktəb şəhərin qabaqcıl təhsil ocaqlarından birinə çevrilmişdir. Xüsusilə məktəb binasının əsaslı şəkildə yenidən qurulması və müasir avadanlıqlarla təmin olunması prosesində bir direktor kimi böyük əmək sərf etmişdir. Tünzalə müəllim təkcə şagirdlərin deyil, həm də gənc müəllimlərin pedaqoji mühitə uyğunlaşması, müasir kurikulum metodlarını mənimsəməsi üçün böyük bir məktəb olmuşdur.
Onu da qeyd etməyə dəyər ki,Tünzalə xanımın uğurları təkcə pedaqoji fəaliyyəti ilə məhdudlaşmır. O,həm də ətrafımıza nur saçan, zərifliyi və xanım-xatınlığı ilə seçilən, səmimi və böyük ürəyə sahib olan bir ziyalıdır. Tünzalə xanım yalnız peşəkar uğurları ilə deyil, həm də ailəyə,həkim yoldaşı Əhməd Seyidova bütöv bir qadın xoşbəxtliyi bəxş edib. O,həm gözəl bir ailənin dayağı, qızlarının sevgi dolu anası, həm də 3 nəvələrinin canından əziz olan qayğıkeş nənədir. Tünzalə xanımın sehirli, qızıl kimi əl qabiliyyəti, yaratdığı hər bir gözəllik isə onun daxili dünyasının , zövqünün və zəhmətsevərliyinin bariz nümunəsidir desək yanılmarıq.
Bu əlamətdar gündə Sizi ürəkdən təbrik edir, ailənizlə, qızlarınız və nəvələrinizlə birlikdə keçirəcəyiniz uzun, sağlam və xoşbəxt ömür arzulayırıq. Bayramınız mübarək, əziz Tünzalə xanım!

Esmira Hidayətova,Mingəçevir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdə Prokurorluğun 108-ci ildönümü qeyd edildi
Next Post: Hacıqabulda qəza – 4 nəfər xəsarət alıb

Related Posts

  • Brusellyoz təhlükəsi: xəstəlik necə yayılır və ondan necə qorunmaq olar? Cəmiyyət
  • Şəhid Elnur Zeynalovun ailəsi Göyçay rəhbərliyindən şikayətçidir: “Övladımız unudulub” Cəmiyyət
  • Dəhlizdə bu 5 əşyanı saxlamayın – Uğurun qarşısını kəsir Cəmiyyət
  • Niyə ağaclar göy üzünə qədər uzana bilmir? Cəmiyyət
  • Sosial şəbəkədə canlı yayım açıb söyüş söyən 3 gənc həbs edildi Cəmiyyət
  • Ramazan ayının on ikinci gününün DUASI Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • 60 ildir səhnədədir – indi isə sədr oldu Mədəniyyət
  • Ramazanın 15-ci gününün imsak, iftar vaxtı Ölkə
  • Sürücülər bu xidmətlərə “mygov”dan müraciət edə biləcəklər Cəmiyyət
  • “Qəbələ” “İmişli”yə, “Şamaxı” “Kəpəz”ə qarşı İdman
  • Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır İqtisadiyyat
  • ABŞ planlarını bizə deməlidir – Lavrov Dünya
  • Nazirlik 57 min ailəni sevindirdi – MÜHÜM QƏRAR Cəmiyyət
  • Bakıda M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by