Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günüdür.

108 il əvvəl əsası qoyulan Azərbaycan Prokurorluğu müxtəlif tarixi mərhələlərdən keçərək, bu gün müasir hüquq-mühafizə təsisatlarından birinə çevrilib. Bu yol dövlət quruculuğunun mürəkkəb və mühüm mərhələləri, müstəqilliyin bərpası, hüquqi islahatlar və ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnir.

Bu gün münasibətilə Mingəçevirdə prokurorluq əməkdaşlarının peşə günü qeyd olunub.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq əməkdaşları, hüquq işçiləri və prokurorluq veteranları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Ulu Öndərin dövlətçilik ənənələrinin formalaşmasında və hüquqi dövlət quruculuğunda xidmətləri ehtiramla yad edilib.




Esmira Hidayətova, Mingəçevir