Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Uzunömürlülük kefiri hazırlanır Dünya
  • Tramp: “Bomba səsini eşitməyəndə əsəbləşirlər” Siyasət
  • Məşhur Xalq artistinin villası satışa çıxarıldı Cəmiyyət
  • Rektor Anar Eminov: “Universitet-sənaye əməkdaşlığı tələbə, məzun və əməkdaşlarımız üçün yeni imkanlar yaradır” Təhsil
  • İsrailin hərbi maşınları Suriyaya daxil olub Siyasət
  • Agentlik sədri şöbə müdirini işdən çıxardı – Yeni təyinat Cəmiyyət
  • Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı Kriminal
  • Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir – Baş nazir  İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzurda 65 yaşdan yuxarı əhalinin SAYI

Posted on 14 Avqust 2026 By admin Şərh yoxdur Qarabağ və Şərqi Zəngəzurda 65 yaşdan yuxarı əhalinin SAYI

İşğaldan azad edilmiş rayonların daxil olduğu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 65 və yuxarı yaşda olan əhalinin sayı artıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2025-ci ilin sonunda Qarabağ iqtisadi rayonunda 72 min 111 nəfər 65 və yuxarı yaşda olub. Bu yaş qrupu iqtisadi rayonun ümumi əhalisinin 9,6 faizini təşkil edib.

2024-cü ildə Qarabağ iqtisadi rayonunda 65 və yuxarı yaşda olanların sayı 67 min 214 nəfər olub. Beləliklə, bir il ərzində göstərici 4 min 897 nəfər və ya 7,3 faiz artıb.

2025-ci ilin sonunda Ağdam rayonunda 65 və yuxarı yaşda olanların sayı 16 min 426 nəfər olub. Bu yaş qrupu rayon əhalisinin 9,3 faizini təşkil edib. Füzuli rayonunda 12 min 448 nəfər və ya əhalinin 9,4 faizi, Şuşa rayonunda 2 min 739 nəfər və ya əhalinin 10,8 faizi 65 və yuxarı yaşda olub.

Xocalı rayonunda bu yaş qrupuna daxil olanların sayı 1492 nəfər, ümumi əhali içərisində payı 9,5 faiz təşkil edib. Ağdərə rayonunda 1207 nəfər və ya əhalinin 9,9 faizi, Xocavənd rayonunda 1172 nəfər və ya əhalinin 9,4 faizi, Xankəndi şəhərində isə 485 nəfər və ya əhalinin 11,1 faizi 65 və yuxarı yaşda olub.

Bu ərazilər arasında yaşlı əhalinin ümumi əhali içərisində ən yüksək payı Xankəndi şəhərində – 11,1 faiz, ən aşağı payı isə Ağdam rayonunda – 9,3 faiz qeydə alınıb.

Şərqi Zəngəzur iqtisadi rayonunda 65 və yuxarı yaşda olan əhalinin sayı 2025-ci ilin sonunda 29 min 221 nəfər təşkil edib. Bu, iqtisadi rayon əhalisinin 9,6 faizinə bərabər olub.

2024-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonunda həmin yaş qrupuna daxil olanların sayı 27 min 316 nəfər idi. Bir il ərzində onların sayı 1905 nəfər və ya 7 faiz artıb.

2025-ci ilin sonunda Cəbrayıl rayonunda 65 və yuxarı yaşda olanların sayı 7650 nəfər, onların ümumi əhali içərisində payı 10,4 faiz olub. Laçın rayonunda 6838 nəfər və ya əhalinin 8,9 faizi, Kəlbəcər rayonunda 6180 nəfər və ya əhalinin 8,5 faizi bu yaş qrupuna daxil olub.

Zəngilan rayonunda 65 və yuxarı yaşda olanların sayı 4845 nəfər, ümumi əhali içərisində payı 11,3 faiz təşkil edib. Qubadlı rayonunda isə 3708 nəfər və ya əhalinin 9,9 faizi 65 və yuxarı yaşda olub.

Şərqi Zəngəzurda yaşlı əhalinin ümumi əhali içərisində ən yüksək payı Zəngilan rayonunda – 11,3 faiz, ən aşağı payı isə Kəlbəcər rayonunda – 8,5 faiz qeydə alınıb.

Ümumilikdə, 2025-ci ilin sonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 65 və yuxarı yaşda olanların sayı 101 min 332 nəfərə çatıb. 2024-cü illə müqayisədə bu iki iqtisadi rayon üzrə göstərici 6802 nəfər artıb.

Qeyd edək ki, məlumatlar iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə statistik göstəriciləri əks etdirir və yalnız işğaldan azad edilmiş ərazilərə faktiki qayıdan şəxslərin sayını göstərmir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Sonsuzluqla bağlı hansı yanlış inanclar var? – AÇIQLAMA
Next Post: Kiyev: Moskva ilə gizli danışıqlar iflasa uğradı

Related Posts

  • Şagirdlər Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər Cəmiyyət
  • Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi – FOTO Cəmiyyət
  • 7 nazirlik işçi axtarır: 3 700 manat maaş Cəmiyyət
  • Tanınmış vəkilin ailəsində AĞIR İTKİ Cəmiyyət
  • Azərbaycanda pul bazası artdı Cəmiyyət
  • Ramazan ayının on ikinci gününün DUASI Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Naxçıvanda avtomobil su kanalına aşıb – xəsarət alanlar var Hadisə
  • Ağıllı saatlar yanıldıcı ola bilər: Bunun səbəbi nədir? Maraqlı
  • Toyuğu isti su ilə əridirsiniz? – Bu məlumatdan sonra fikriniz dəyişəcək Maraqlı
  • Ötən gün 124 nəfər tutulub, 100-ü borca görə Kriminal
  • İsmayıllıda zəncirvari qəza – xəsarət alanlar var Hadisə
  • AAYDA: Bibiheybət yolunda bərpa işlərinə başlanılıb Ölkə
  • Niyə ağaclar göy üzünə qədər uzana bilmir? Cəmiyyət
  • Qadınlarla bağlı hərbi xidmət haqqında – Qanuna dəyişiklik edilir Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by