Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevir Turizm Kollecinin direktoru jurnalistlər üçün Milli Mətbuat Günü münasibətilə səhər süfrəsi təşkil edib Ölkə
  • “Təşəbbüs Tbilisidən gəlməlidir” – Zaxarova Dünya
  • Kostanyan: Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir Dünya
  • Boliviyada yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 22-yə çatıb Dünya
  • Cənubi Afrikada dabaq xəstəliyinə görə fəlakət vəziyyəti elan edilib Dünya
  • Əmisi tərəfindən baltalanan yeniyetmədən XƏBƏR VAR Kriminal
  • Ceyhun Bayramov Stiven Dauti ilə Yaxın Şərqdəki hərbi eskalasiyanı müzakirə edib Ölkə
  • Bakıda azyaşlı bağlı qapı arxasında qaldı Hadisə

Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə Bal festivalında – VİDEO

Posted on 12 Sentyabr 2026 By admin Şərh yoxdur Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə Bal festivalında – VİDEO

Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda növbəti Bal Festivalı keçirilib.

Festival IDEA İctimai Birliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri, yerli sakinlər iştirak ediblər.

Tədbirdən əvvəl nümayəndə heyəti rayon ərazisində aparılan tikinti işləri ilə tanış olublar. Bəşir Hacıyev Kəlbəcər rayonunda işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri barədə diplomatik korpusun nümayəndələrinə ətraflı məlumat verib.

Bildirilib ki, rayonda müasir infrastrukturun yaradılması, sosial-iqtisadi inkişafın təmin edilməsi, kənd və şəhərlərin yenidən qurulması, eləcə də əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Daha sonra Dövlət Himninin səsləndirilməsi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə festival başlayıb.

Festivalın əsas məqsədi Azərbaycan balının tanıdılması və coğrafi brendləşmə, yerli arıçıların dəstəklənməsi, yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin, Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılması, bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin, milli-mədəni irsin təbliğidir.

Kəlbəcər Bal Festivalında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, eləcə də respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 34 arıçı fermer iştirak edib. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc Arıçı” layihəsinin iştirakçıları da festivalda məhsullarını sərgiləyiblər. Arıçıların istehsal etdiyi bal və digər arıçılıq məhsullarının nümayişi, arıçılıq sahəsində tətbiq olunan innovativ yanaşma və texnologiyalar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Ziyarətçilər, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri arıçı fermerlərin təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsullarına baxış keçirib, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə fikir mübadiləsi aparıblar.

Prezidentin Kəlbəcərdəki Xüsusi Nümayəndəsi Bəşir Hacıyev bildirib ki, dövlət başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yaşayış məntəqələri yenidən qurulur və soydaşlarımız doğma yurdlarına qayıdırlar. O qeyd edib ki, Kəlbəcərin qədim təsərrüfat ənənələrindən olan arıçılıq bu gün də inkişaf edir və arıçıların öz məhsullarını Bal Festivalında təqdim etməsi təqdirəlayiqdir. Bəşir Hacıyev festivalın ənənəvi xarakter alaraq ildən-ilə genişlənəcəyinə və Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi potensialının ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcəyinə inandığını vurğulayıb.

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində kənd təsərrüfatının, o cümlədən Kəlbəcərdə arıçılığın inkişafı üçün geniş imkanlar yaradılıb. 2026-cı ildə rayon ərazisinə 3 396 fermerə məxsus 148 308 arı ailəsinin mövsümi köçürülməsinə icazə verilməsi arıçılığa marağın göstəricisidir. Nazir Məcnun Məmmədov əlavə edib ki, Kəlbəcərdə nümayiş olunan məhsullar və arıçıların zəhməti Azərbaycanda arıçılığın böyük potensiala malik olduğunu göstərir və əsas hədəf bu potensialı inkişaf etdirərək yerli arıçılıq məhsullarının keyfiyyət və rəqabət qabiliyyətini artırmaq, Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirməkdir: “İnanıram ki, dövlət dəstəyi və birgə səylər nəticəsində Azərbaycan balı yaxın illərdə həm daxili, həm də dünya bazarlarında mövqeyini daha da möhkəmləndirəcək”.

Daha sonra tədbirdə Kəlbəcərə qayıdışla bağlı hazırlanan video çarx nümayiş etdirilib.

Festival konsert proqramı ilə davam edib.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Neməti əldə etmək asandır, nemətin içində insan qalmaq isə hər kəsə nəsib olmur
Next Post: Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram

Related Posts

  • “Şamaxinka”da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ Ölkə
  • Vüsal Nəsirli onu özünə müşavir təyin etdi (FOTO) Ölkə
  • Bakıda M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir Ölkə
  • Bakı faktoru ilə hesablaşan Brüssel: Strateji tərəfdaşlığın yeni mərhələsi Ölkə
  • Ceyhun Bayramov Migel Angel Moratinos və Rebeka Qrinspanla görüşüb – YENİLƏNİB Ölkə
  • Prokurorluq orqanlarına məxsus nəqliyyat vasitələri operativ kateqoriyaya daxil edilir Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanda yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ Ölkə
  • AYNA: Naxçıvandan İğdıra və əks istiqamətdə indiyə kimi 1442 nəfər daşınıb Ölkə
  • Araşdırma: Maço ölkələr daha bədbəxtdir Dünya
  • Rusiya: Fevralın əvvəlindən Ukraynada 12 yaşayış məntəqəsini ələ keçirmişik Dünya
  • Sabah yollarda duman səbəbindən hərəkət çətinləşəcək Ölkə
  • “Qəbələ” “İmişli”yə, “Şamaxı” “Kəpəz”ə qarşı İdman
  • Mərkəzi Bankdan sahibkarlar üçün yeni kredit qaydaları  İqtisadiyyat
  • İran dövriyyəyə yeni əskinas buraxdı Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by