Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Best £5 Deposit Bingo Sites Compared: Low-Stake Value in the UK Blog
  • Tramp İranın təklifini qəbul etdi? – Danışıqlarla bağlı son vəziyyət Siyasət
  • Qadın boğularaq öldürüldü, qohumu saxlanıldı Kriminal
  • Kürdəxanıda yol kənarında tikinti materialları yanıb Hadisə
  • Trucos para ganar en tragamonedas: lo que la probabilidad dicta Blog
  • İrandan daha 27 nəfər Azərbaycana təxliyə edildi Ölkə
  • Bu şəxslərin maaşları ARTIMLA GƏLƏCƏK – RƏSMİ İqtisadiyyat
  • Hövsanda qaz olmayacaq Ölkə

Neməti əldə etmək asandır, nemətin içində insan qalmaq isə hər kəsə nəsib olmur

Posted on 8 Sentyabr 2026 By admin Şərh yoxdur Neməti əldə etmək asandır, nemətin içində insan qalmaq isə hər kəsə nəsib olmur

Bəzi insanlar nemətə çatmağı bacarırlar. Amma əldə etdikləri nemətin içində insan olaraq qalmağı, sahib olduqlarını ehtiyacı olanlarla bölüşməyi, başqasının sevincini öz sevinci qədər dəyərli bilməyi hər kəs bacarmır.

Amma elə insanlar da var ki, onlar üçün sahib olduqları yalnız özlərinə aid deyil. Onlar qazandıqlarını paylaşmağın, ehtiyacı olanın yanında olmağın, xüsusilə də Vətən qarşısında borcunu canı ilə ödəmiş şəhid ailələrinə və qəhrəman qazilərimizə diqqət göstərməyin əsl insanlıq olduğunu yaxşı bilirlər.

Belə insanlardan biri də Vüsal Əliyevdir.

Vüsal Əliyevin təşəbbüsü və Mingəçevir Şəhər Qazilər Birliyinin iştirakı ilə Mingəçevir şəhərindən olan 85 uşağa yeni tədris ili ərəfəsində məktəb ləvazimatları təqdim olunub. Tədbir Vüsal Əliyevin sahibi olduğu “Xarı bülbül” şadlıq sarayında keçirilib.

Tədbirdə iştirak edə bilməyən Vüsal Əliyev Vətən müharibəsində canını Vətən uğrunda fəda edən qəhrəman oğullarımızın övladlarına yeni tədris ilində uğurlar arzulayıb.

85 uşağa məktəb ləvazimatlarının verilməsini sadəcə bir yardım kimi qiymətləndirmək doğru olmaz. 85 uşaq — 85 ailə, 85 sevinc və kifayət qədər ciddi maliyyə yükü deməkdir. Bu işin arxasında həm maddi xərc, həm təşkilati zəhmət, həm də ən əsası, insanlara qarşı olan diqqət və məsuliyyət dayanır.

Bəzən böyük görünən işlər çoxsaylı insanlardan gələn kiçik addımların nəticəsidir. Bəzən isə bir insanın atdığı addım özü böyük məna daşıyır. Bu gün 85 uşağın yeni dərs ilinə daha rahat və sevincli başlamasına töhfə vermək də məhz belə addımlardandır.

Vüsal Əliyevin xeyriyyə və sosial yönümlü təşəbbüsləri bununla məhdudlaşmır. O, uzun müddətdir ki, şəhid ailələrini və qazilərimizi diqqətdə saxlamağa, müxtəlif əlamətdar günlərdə onların yanında olmağa çalışır.

8 Mart — Beynəlxalq Qadınlar Günü də daxil olmaqla müxtəlif bayram və əlamətdar günlərdə şəhid ailələri diqqətdən kənarda qalmır. Vüsal Əliyev tərəfindən 27 Sentyabr — Anım Günü və 8 Noyabr — Zəfər Günü kimi Vətənimiz üçün xüsusi əhəmiyyət daşıyan tarixlərdə də şəhid ailələri və qazilər üçün ehsan süfrələri təşkil edilir, onlar dəvət olunaraq diqqət və ehtiram göstərilir.

Şadlıq sarayının sahibi olaraq Vüsal Əliyevin bayram günlərində öz məkanında şəhid və qazi ailələrini bir araya gətirməsi, onlar üçün xüsusi tədbirlər təşkil etməsi də bu diqqətin davamlı xarakter daşıdığını göstərir.

Əslində, insanın böyüklüyü sahib olduğu ilə deyil, sahib olduqlarından nə qədərini başqaları ilə bölüşə bilməsi ilə ölçülür.

Vüsal Əliyevin fəaliyyətində diqqət çəkən məqamlardan biri də budur ki, onun yardım və dəstəyi yalnız şəhid ailələri və qazilərlə məhdudlaşmır. Mingəçevir sakinlərinin, şəhər vətəndaşlarının müxtəlif müraciətlərinə də imkanları daxilində diqqətlə yanaşır, onların problemlərinin həllinə kömək göstərməyə çalışır.

Çünki xeyirxahlıq yalnız müəyyən bir günə, müəyyən bir tədbirə və ya müəyyən bir qrupa münasibət deyil. Xeyirxahlıq insanın xarakteridir.

Bu baxımdan 85 uşağa məktəb ləvazimatlarının təqdim edilməsi də yalnız bir tədbir deyil. Bu, Vətən uğrunda canından keçən qəhrəmanların övladlarına göstərilən diqqətin, ehtiramın və mənəvi borcun ifadəsidir.

Nemət əldə etmək bəlkə də mümkündür. Amma nemətin içində insan olaraq qalmaq hər kəsin bacardığı iş deyil.

Vüsal Əliyev isə sahib olduqlarını insanlarla bölüşməyi, ehtiyacı olanın yanında olmağı və ən əsası, nemətin içində insan qalmağı bacaran insanlardan biridir.

85 uşağın sevincinə səbəb olmaq isə heç də kiçik iş deyil.

Bəzən bir məktəb çantasının, bir dəftərin, bir qələmin arxasında böyük bir diqqət dayanır. Və bəzən bir uşağın üzündə yaranan təbəssüm edilən bütün xərclərdən daha qiymətli olur.

Bu gün 85 uşağın üzündə həmin təbəssüm var.

Esmira Hidayətova, Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Kanaldan meyit tapıldı
Next Post: Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə Bal festivalında – VİDEO

Related Posts

  • MDU-dan Azərbaycanda ilk: Süni intellekt müəllim seçiminə cəlb olunur Cəmiyyət
  • LEYSAN MƏMMƏDOV – QARABAĞIN YENİDƏNQURMA MİSSİYASINA LAYİQİNCƏ XİDMƏT EDƏN RƏHBƏR Cəmiyyət
  • Azərbaycanda yağıntı sabah axşamadək davam edəcək Cəmiyyət
  • 23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi. Cəmiyyət
  • Mətbuatın 151-ci ildönümü Mingəçevirdə coşquyla qeyd olundu: İcra Hakimiyyətində önəmli görüş Cəmiyyət
  • Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz? Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Bu gün adının mənasını düşünən şagird sabah düzgün ad seçəcək” Təhsil
  • Müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir Dünya
  • Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə Bal festivalında – VİDEO Ölkə
  • Bakıda M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir Ölkə
  • Qaraciyəri qoruyan ucuz tərəvəz – Tərkibində elə maddələr var ki.. Maraqlı
  • Azərbaycan karateçisi qızıl medal qazanıb – FOTO İdman
  • Buraxılış imtahanının nəticəsi bu tarixdə açıqlanacaq Təhsil
  • Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını kəskin artırıb İqtisadiyyat

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by