Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Amerika seçkiləri saxtalaşdırılıb” – Tramp Dünya
  • “Qalatasaray”ın oyunçusu Fransa klubuna transfer olundu İdman
  • İlk dəfə qızının üzünü göstərdi – FOTO Dünya
  • AB liderləri Orbanın tələsinə düşdülər – KİV Siyasət
  • “İsrail Yaxın Şərq müharibəsinin son fəslinə yaxınlaşır” Siyasət
  • İdman brendi Benzemadan imtina etdi İdman
  • Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır Dünya
  • Tutun tərkibindəki maddələr sağlamlıq üçün niyə vacibdir? Maraqlı

Prezidentin mesajı: “BMT niyə 30 il susdu? Dəyişməlidir!”

Posted on 2 Sentyabr 2026 By admin Şərh yoxdur Prezidentin mesajı: “BMT niyə 30 il susdu? Dəyişməlidir!”

“Bişkekdə “ŞƏT plyus” formatında çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın bugünkü xarici siyasət kursunun mahiyyətini və ölkənin dəyişən dünya nizamında özünü necə mövqeləndirdiyini aydın şəkildə ortaya qoydu. Prezidentin əsas mesajı ondan ibarət idi ki, qlobal və regional qarşıdurmaların dərinləşdiyi, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə Azərbaycan böhranların yaratdığı risklərə sadəcə reaksiya vermir, onları yeni imkanlara çevirərək sülh, əməkdaşlıq və inkişaf üçün alternativ model formalaşdırır. Bu baxımdan Azərbaycanın son illərdə keçdiyi yol təkcə Cənubi Qafqaz üçün deyil, daha geniş Avrasiya məkanı üçün mühüm siyasi təcrübədir”.

Bunu açıqlamasında sabiq deputat İltizam Yusifov deyib.

Münaqişə zonasından sülh məkanına

Onun sözlərinə görə, uzun illər Cənubi Qafqaz münaqişə, qarşıdurma və geosiyasi rəqabət məkanı kimi təqdim olunurdu.

“Ermənistan-Azərbaycan münaqişəsi regionun inkişaf imkanlarını məhdudlaşdırır, nəqliyyat və iqtisadi əlaqələri bloklayır, böyük dövlətlərin rəqabəti üçün əlavə zəmin yaradırdı. Lakin Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin etdikdən sonra regionun siyasi gündəliyini tamamilə dəyişdirdi. Prezidentin də qeyd etdiyi kimi, bir ildən bir qədər əvvəl Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması 30 ildən artıq davam edən qarşıdurmanın arxada qalması baxımından tarixi dönüş nöqtəsi oldu”, – o vurğulayıb.

İ.Yusifov hesab edir ki, bu gün artıq yeni geosiyasi reallıq formalaşır:

“Cənubi Qafqaz  artıq münaqişənin idarə olunduğu məkan deyil, sülhün və əməkdaşlığın qurulduğu məkana çevrilir. Burada Azərbaycanın  digər ölkələrdən fərqli olaraq yürütdüyü siyasətin əsas fərqi ondan ibarətdir ki, Bakı hərbi qələbəni son məqsəd kimi deyil, sülh və əməkdaşlıq üçün yeni başlanğıc nöqtəsi kimi dəyərləndirir. Prezident İlham Əliyevin Bişkekdən verdiyi ən mühüm mesajlardan birincisi bu idi”.

BMT-yə ünvanlanan mesaj: beynəlxalq sistem reallığa uyğunlaşmalıdır

Sabiq deputat əlavə edib ki, Prezidentin çıxışının digər mühüm istiqaməti beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin müasir böhranların həllində üzləşdiyi ciddi problemlər, onun həll etmək iqtidarında olmaması və bu səbəbdən də təşkilatda ciddi islahatların aparılaraq yeni dövrün tələblərinə uyğun fəaliyyətini qurması ilə bağlı idi:

“Azərbaycanın təcrübəsi bu baxımdan olduqca simvolikdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə uzun illər kağız üzərində qaldı. Qətnamələrin icrası üçün beynəlxalq səviyyədə təsirli və işlək mexanizm yaradılmadı. Nəticədə Azərbaycan öz gücü, siyasi iradəsi və imkanları hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Bu, əslində beynəlxalq sistem üçün ciddi sual yaradır: əgər BMT Təhlükəsizlik Şurasının qətnaməsi onilliklər boyu icra olunmursa, həmin qərarın hüquqi və siyasi çəkisini təmin edən mexanizm haradadır?

Bişkekdən səsləndirilən mesaj təkcə Azərbaycanın keçmişi ilə bağlı deyildi. Bu, bütövlükdə beynəlxalq idarəetmə sisteminin gələcəyi ilə bağlı çağırış idi. BMT Təhlükəsizlik Şurasının qərarlarının vaxtında və məcburi şəkildə icrasını təmin edən yeni mexanizmlərin hazırlanması artıq beynəlxalq sistemin etibarlılığı baxımından zərurətə çevrilib. Azərbaycanın mövqeyi burada konstruktiv xarakter daşıyır. Bakının məqsədi BMT-ni zəiflətmək deyil, əksinə, təşkilatın nüfuzunun və effektivliyinin artırılmasıdır”.

Bişkek mesajının strateji mənası

İ.Yusifov qeyd edib ki, Prezident İlham Əliyevin Bişkekdən verdiyi mesajın mahiyyətində bir əsas fikir dayanır:

“Dünya böhranlar içərisində yeni əməkdaşlıq modellərinə ehtiyac duyur və Azərbaycan bu modelin praktik nümunələrindən birini yaradır. Azərbaycan 30 illik münaqişəni arxada qoyaraq sülh gündəliyi formalaşdırır. Regional nəqliyyat və enerji layihələri vasitəsilə qarşılıqlı asılılıq yaradır. Keçmiş rəqiblərlə belə iqtisadi və kommunikasiya əməkdaşlığının mümkün olduğunu nümayiş etdirir. Eyni zamanda beynəlxalq sistemdəki problemləri açıq şəkildə gündəmə gətirərək islahat çağırışları edir.

Bu baxımdan Bişkek çıxışı təkcə bir beynəlxalq tədbirdə səsləndirilən nitq deyil. Bu, Azərbaycanın gələcək geosiyasi rolunun konseptual təqdimatıdır. Azərbaycan artıq yalnız Cənubi Qafqazda sülhün təmin olunmasına çalışan dövlət deyil. Bakı daha geniş coğrafiyada təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadi əməkdaşlıq və çoxtərəfli diplomatiyanın formalaşmasına töhfə verən mühüm siyasi aktora çevrilir.

Bişkekdən verilən əsas mesaj da məhz budur: Azərbaycan dünyadakı böhranların tamaşaçısı deyil. Azərbaycan yeni reallıqların formalaşmasında iştirak edən, qarşıdurmanı əməkdaşlığa, münaqişəni isə sülh və inkişaf imkanına çevirməyi bacaran dövlətdir”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: İran sərhədçiləri dizel daşıyan gəmini ələ keçirdi
Next Post: Elvin Cəfərquliyev əməliyyat olundu – Son durumu necədir? – FOTO

Related Posts

  • İsrail ABŞ-ni hücuma məcbur edib? – Trampdan qəribə cavab   Siyasət
  • İsrail ordusu HƏMAS komandirini məhv etdi Siyasət
  • BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub Siyasət
  • Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng edib Siyasət
  • Tramp İrana təşəkkür edib Siyasət
  • Putin İlham Əliyevə təşəkkür etdi Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • ABŞ-nin nüvə planına Polşadan sərt cavab Siyasət
  • Niyə ağaclar göy üzünə qədər uzana bilmir? Cəmiyyət
  • Oruclu halda yemək bişirən qadına qızıl hədiyyə edilməlidir? – İlahiyyatçıdan AÇIQLAMA Cəmiyyət
  • İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? – Səfirlə gərgin MÜSAHİBƏ Siyasət
  • Avropa çempionatı: Hidayət Heydərov gümüş medal qazanıb – YENİLƏNİB İdman
  • Ərdoğana sui-qəsd cəhdi: Terrorçu tutuldu Dünya
  • Rusiyada bu şəxslərin 18 yaşına çatmış övladları ölkədən ÇIXARILA BİLƏR Dünya
  • Mingəçevir Su Anbarında iki fəhlə quyuya düşdü Hadisə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by