Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Toğanalı” KSES-də istehsal olunan enerjinin həcmi məlum olub Ölkə
  • Başına ot bağlaması düşən kişi öldü Hadisə
  • Uzun müddət davam edən soyuq hava pişiklərə də təsir edirmiş Maraqlı
  • Bakıda bəzi avtobuslarda bank kartı ilə ödəniş çökdü Ölkə
  • Narkomaniya və zərərli vərdişlərə yox deyək!  Cəmiyyət
  • Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun başsağlığı Cəmiyyət
  • Əməkdar jurnalist Nurani dəfn olundu Cəmiyyət
  • Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə bağlanır – SƏBƏBİ AÇIQLANDI Ölkə

Qəzada ölən piyadanın oğlu: “25 min manat ziyana düşmüşük”

Posted on 2 Sentyabr 2026 By admin Şərh yoxdur Qəzada ölən piyadanın oğlu: “25 min manat ziyana düşmüşük”

Bakının Sabunçu rayonunda 1960-cı il təvəllüdlü Firudin Hacıyevi avtobusla vurub öldürməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Ələşrəf Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 Sabunçu Rayon Məhkəməsində hakim Orxan Qocayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə ittiham aktı elan olunub.

İttihama görə, Ələşrəf Əliyev “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndini pozub.

Belə ki, o, həmin qanuna görə, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı kimi tələblərinə riayət etməklə, yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib.

İttihamda vurğulanıb ki, o, qanunun tələblərini kobud surətdə pozub və nəticədə Bakının Sabunçu rayonunda Heydər Əliyev prospekti ilə Yavər Əliyev küçəsi istiqamətində olan yeraltı avtomobil keçidində tunelin sağ çiynində dayanan piyada Firudin Hacıyevi vuraraq ölümünə səbəb olub.

Ə. Əliyev özünü qismən təqsirli bilib. O, deyib ki, hadisə vaxtı tuneldə zərərçəkən Firudin Hacıyevdən bir neçə metr irəlidə xadimə işləyən qadınlar da olub. O, həmin qadınları gördüyünü, lakin tuneldə işıq olmadığı üçün Firudin Hacıyevi görmədiyini söyləyib.

“Bu hadisənin olmağını mən də istəməzdim. Onu görən kimi əyləci basdım. Lakin avtobus əyləci basdıqdan sonra bir metr irəlilədi. Hadisə yerindən qaçmadım, təcili tibbi yardıma zəng elədim. Tunel qaranlıq olduğu üçün orada Firudin Hacıyevi görməmişəm. Tuneldə işıq və müşahidə kameraları yox idi”.

Zərərçəkən şəxsin hüquqi varisi, mərhum Firudin Hacıyevin oğlu Əkbər Hacıyev prosesdə bildirib ki, hadisədən sonra qarşı tərəfdən barışıq üçün müraciət edilməyib:

“Mən hadisənin qəsdən olduğunu düşünmürəm. Mənə dəyən mənəvi ziyanı ödəyə bilməzlər, lakin yas mərasimi, eləcə də bu qəbildən olan işlərin görülməsi üçün 12 min manatdan çox kredit götürmüşük, eyni zamanda qohumlardan da borca pul almışıq. Ümumilikdə 25 min manat ziyana düşmüşük. Təqsirləndirilən tərəf məhkəməyə qədər barışığa cəhd etməyib. Bir dəfə də zəng edib könlümüzü almayıblar. Biz onlardan pul tələb etməmişdik. Mən təqsirləndirilən şəxsdən şikayətçiyəm, ən ağır şəkildə cəzalandırılmağını istəyirəm”.

Hakim tərəflərə barışıq üçün 3 həftə vaxt verib. Növbəti iclas sentyabrın 23-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2026-cı ilin 24 aprelində səhər saatlarında Bakının Sabunçu rayonunda Heydər Əliyev prospekti ilə Yavər Əliyev küçəsi istiqamətində olan yeraltı avtomobil keçidində baş verib.

Belə ki, Ələşrəf Əliyev 186 xətt marşrutu üzrə fəaliyyət göstərən “Daewoo” markalı avtobusla hərəkətdə olan zaman yolun sağ tərəfində dayanan Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyinin sahə rəisi, ərazidə təyinatı üzrə fəaliyyət göstərən 1960-cı il təvəllüdlü Firudin Hacıyevi vurub. O, xəstəxanaya çatdırılan zaman yolda vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Ələşrəf Əliyev cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Azərbaycanda ekologiya sahəsində qəbul edilmiş dövlət standartı yenilənib
Next Post: Gədəbəydə 78 yaşlı kişinin meyiti tapılıb

Related Posts

  • Bakıda dəbdəbəli toyu olan bəyin kimliyi məlum olub – FOTO Cəmiyyət
  • Mingəçevir Dövlət Universiteti və Marmara Universitetindən böyük əməkdaşlıq addımı: tələbə mübadiləsi, ortaq laboratoriyalar və ikili diplom imkanları Cəmiyyət
  • Mingəçevir Bələdiyyəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib Cəmiyyət
  • Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu Cəmiyyət
  • Təqaüd və ünvanlı sosial yardım alanlara ŞAD XƏBƏR Cəmiyyət
  • Mingəçevirdə Üzeyir Hacıbəyli adına musiqi məktəbinə yeni direktor təyin olunub Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Daha 7 məşhur SAXLANILDI: Hande Erçel, Sabancılar.. Dünya
  • Ailə başçısını itirən 195 mindən çox şəxsə ödəniş edilib Ölkə
  • Təzə lobya sirkəli suda saxlanılmalıdır? Cəmiyyət
  • Premyer Liqa: “Qarabağ” “Zirə”ni məğlub edib İdman
  • “Real Madrid” Arda Gülerlə bağlı qərarını verdi İdman
  • MDU rektoru Anar Eminovun doğum günüdür – universitetdə yeni inkişaf mərhələsi Təhsil
  • ICESCO Prezidenti İlham Əliyevə təşəkkür etdi Siyasət
  • ABŞ dəniz piyadaları Cənubi Çin dənizində drona zərbə endirdi Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by