Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Nazir ərzaq təhlükəsizliyindən danışdı Ölkə
  • Roma Papası çağırış etdi Dünya
  • Ceyhun Bayramov somalili həmkarı ilə Naxçıvana dron hücumunu müzakirə edib Siyasət
  • Atmağa tələsməyin: İstifadə olunmuş tualet kağızı rulonları xəzinə imiş Maraqlı
  • Məşhur erməni idmançını fitə basdılar İdman
  • Kriştianu Ronaldunun dəyəri azaldı İdman
  • Sabah Azərbaycanda külək güclənəcək – XƏBƏRDARLIQ Cəmiyyət
  • Nazirlikdə sürücü işləmək istədi, dələduzluğa məruz qaldı Kriminal

Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə bağlanır – SƏBƏBİ AÇIQLANDI

Posted on 18 Avqust 2026 By admin Şərh yoxdur Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə bağlanır – SƏBƏBİ AÇIQLANDI

Bakının əsas ticarət küçələrində bəzi kommersiya obyektlərinin boş qalması və icarəyə çıxarılan obyektlərlə bağlı elanların artması son dövrlərdə diqqət çəkən məsələlərdəndir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc  açıqlamasında bildirib ki, bu vəziyyəti yalnız sahibkarların fəaliyyətindəki zəifləmə ilə əlaqələndirmək düzgün deyil.

Onun sözlərinə görə, icarə qiymətlərinin yüksək olması, biznes xərcləri, istehlakçı davranışındakı dəyişikliklər və obyektlərin yerləşdiyi ərazilərin kommersiya imkanları bu prosesə birlikdə təsir göstərir.

Vüqar Oruc əlavə edib ki, aktiv biznesin müəyyən dərəcədə passivləşməsinin əsas səbəblərindən biri pandemiya dövründən başlayan prosesin indi də davam etməsidir: “Aktiv biznesin müəyyən dərəcədə passivləşməsinin əsas səbəbi pandemiya dövründən başlayan prosesin hazırda da davam etməsidir. İnsanlar daha çox sığortalanmış, yəni risklərdən azad olan istiqamətlərdə fəaliyyət göstərməyə üstünlük verirlər. Məsələn, daşınmaz əmlak alıb təmir edərək satmaq və ya onu icarəyə vermək kimi daşınmaz əmlaka söykənən biznes modeli ölkədə formalaşdığı üçün alternativ biznes sahələrində müəyyən fasilələr yarana bilər. Lakin bu, həmin obyektlərin daima boş qalacağı anlamına gəlmir. Bu vəziyyət sadəcə mülkiyyətçilərin və ya sahibkarların obyektlərin icarə qiymətini düzgün qiymətləndirməməsinin nəticəsidir. Yaxşı olar ki, hər hansı bir obyekt bazara icarəyə təqdim edilməzdən əvvəl peşəkar qiymətləndiriciyə müraciət olunsun və qiymətləndirici onun icarə haqqının real bazar dəyərini müəyyən etsin”.

AQC İdarə Heyətinin sədri bildirib ki, Bakının əsas ticarət küçələrində kommersiya obyektlərinin icarə qiymətləri kifayət qədər yüksəkdir. Hazırda şəhərin mərkəzi və daha çox ticarət axınının olduğu küçələrdə 1 kvadratmetr üçün 30 manat və daha yüksək icarə haqqı tələb olunan obyektlərə rast gəlinir. Lakin burada vahid qiymətdən danışmaq olmaz. Obyektin yerləşdiyi küçə, piyada axını, metroya yaxınlığı, sahəsi, təmir vəziyyəti, vitrin imkanları və parklanma şəraiti icarə qiymətinə birbaşa təsir göstərir”.

 

 

Vüqar Orucun sözlərinə görə, sahibkar üçün icarə haqqının yüksək olması yalnız onun aylıq ödənişindən ibarət məsələ deyil. “Sahibkar icarə haqqı ilə yanaşı əməkhaqqı, kommunal xərclər, vergi, məhsulun maya dəyəri, logistika, reklam və digər xərcləri də qarşılamalıdır. Məsələn, 250 kvadratmetrlik obyektə görə ayda 7 min manat icarə ödəyən sahibkarın həmin xərci biznes dövriyyəsi hesabına qarşılaması lazımdır. Əgər obyektin aylıq dövriyyəsi bütün xərcləri və sahibkarın gözlədiyi gəliri təmin etmirsə, yüksək icarə haqqı biznes üçün ciddi yükə çevrilir. Bu halda sahibkarın daha münasib qiymətli obyektə keçməsi və ya fəaliyyətini həmin ərazidən çıxarması təbiidir”.

Onun sözlərinə görə, bu vəziyyət geniş yayıldıqda təkcə ayrı-ayrı sahibkarların deyil, bütövlükdə həmin ərazinin iqtisadi fəallığının zəifləməsinə səbəb ola bilər. “Ticarət küçəsində obyektlərin uzun müddət boş qalması müştəri və piyada axınına, digər obyektlərin dövriyyəsinə və nəticə etibarilə məşğulluğa təsir göstərə bilər. Proses davamlı xarakter alarsa, xidmət sektorunun dövriyyəsində və vergi daxilolmalarında da müəyyən azalma yarana bilər. Ona görə də boş obyektlərin sayının artması bazar üçün nəzərə alınmalı siqnaldır”.

Bununla yanaşı, AQC sədri hesab edir ki, boş obyektlərin artması bazarın özünü tənzimləməsi baxımından da müəyyən rol oynayır. “Mövcud vəziyyət həm də mülkiyyətçilərin icarə qiymətlərini düzgün dəyərləndirməməsindən qaynaqlanır. Əgər obyekt uzun müddət boş qalırsa, deməli, sahibinin tələb etdiyi qiymətlə bazarın real ödəmə qabiliyyəti arasında uyğunsuzluq var. Ona görə də hər hansı obyekti bazara təqdim etməzdən əvvəl peşəkar qiymətləndiriciyə müraciət olunmalı və obyektin real bazar icarə dəyəri müəyyənləşdirilməlidir.”
Mülkiyyətçi yüksək icarə haqqını saxlaya bilər, amma bunun müqabilində obyektin aylarla boş qalması riskini də qəbul edir. Halbuki daha real qiymətlə uzunmüddətli icarəçi tapmaq bəzi hallarda daha sərfəli olur. Məsələn, aylıq 7 min manatlıq obyekt 6 ay boş qalarsa, mülkiyyətçinin əldə edə bilmədiyi potensial gəlir 42 min manat təşkil edir.

Vüqar Oruc bildirib ki, buna görə kommersiya obyektlərinin icarə qiymətləri müəyyən edilərkən yalnız mülkiyyətçinin gözləntisi deyil, bazarın real göstəriciləri və obyektin gəlirlilik potensialı nəzərə alınmalıdır. “Kommersiya obyektinin qiymətləndirilməsində əsas məsələlərdən biri onun iqtisadi fayda yaratmaq imkanlarıdır. Eyni şəhərdə, hətta eyni rayonda iki obyektin qiyməti arasında ciddi fərq ola bilər. Ona görə də ‘Bakıda icarə haqları bahadır’ fikrini bütün bazara şamil etmək düzgün deyil. Daha doğru yanaşma konkret obyektin icarə haqqının onun lokasiyasına, xüsusiyyətlərinə və yaratdığı gəlir imkanlarına uyğun olub-olmadığını müəyyənləşdirməkdir”.

AQC İdarə Heyətinin sədri hesab edir ki, hazırkı mərhələdə həm sahibkarların, həm də əmlak sahiblərinin bazardakı real vəziyyəti nəzərə alması vacibdir. “İcarə haqqı bazarın ödəmə imkanından əhəmiyyətli dərəcədə yüksək olduqda obyektin boş qalması, sahibkarın fəaliyyətini dayandırması və nəticədə həmin ərazidə kommersiya fəallığının zəifləməsi riski artır. Ona görə də burada əsas məsələ qiymətin sadəcə yüksək və ya aşağı olması deyil, onun bazar şərtlərinə nə dərəcədə uyğun olmasıdır”, – Vüqar Oruc əlavə edib.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
Next Post: Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı

Related Posts

  • Bakıda bu qurum gücləndirilmiş iş rejiminə keçdi Ölkə
  • Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib Ölkə
  • Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK Ölkə
  • Bu tarixlərdə küçələrə çıxmayın: Bakıda yollar bağlanır – SİYAHI Ölkə
  • Qadınlarla bağlı hərbi xidmət haqqında – Qanuna dəyişiklik edilir Ölkə
  • Baş prokuror Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvilini qəbul edib Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Möhsün Rezai ABŞ-ni hədələdi Siyasət
  • Azərbaycan şahmatçısı beynəlxalq turnirdə qalib birinci oldu İdman
  • İran Hörmüz boğazını açıb Siyasət
  • Azərbaycanda ekologiya sahəsində qəbul edilmiş dövlət standartı yenilənib Ölkə
  • İnsidentdən sonra “Okuklu Holding”in tikinti cəhdi dayandırılıb – TƏFƏRRÜAT Hadisə
  • Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi – 600 mindən çox vergi borcu da var Ölkə
  • MİDA güzəştli mənzillərin satışına BAŞLADI Ölkə
  • Bu ərazidə 760 abonent qazsız qaldı Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by